Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1508/2021 02.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 696.30 manat əsas, 5.75 manat faiz borcu olmaqla, ümumilikdə 702.05 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 01 iyul 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəməyə daxil olmuş, cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, iş üzrə mübahisə olduğundan işə iddia icraatı qaydasında baxılması qərara alınmış, mülki işin məhkəmə hazırlıq iclası bu günə, yəni 02 avqust 2021-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. Lakin 17 iyul 2021-ci il tarixdə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Yavər Novruzov məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh oğlu isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. İddiaçı "xxxx" ASC-nin ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh oğluna qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" ASC-yə yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1508/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1508/2021
02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver