Məhkəmə qərarları › İş №2(075)-1582/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1582/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1582/2021 14.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə İddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh2 qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 27036 (iyirmi yeddi min otuz altı) manat borc - bundan 9993.27 (doqquz min doqquz yüz doxsan üç manat 27 qəpik) manat əsas, 8452.70 (səkkiz min dörd yüz əlli iki manat 70 qəpik) manat faiz, 7156.95 (yeddi min yüz əlli altı manat 95 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1433.09 (bir min dörd yüz otuz üç manat 09 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə baxılarkən Cavabdeh1 09 avqust 2020-ci il tarixdə vəfat etdiyi müəyyən edilmiş, onun hüquqi varisi Cavabdeh2 cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin LPO "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəməyə 14 dekabr 2021-ci il tarixdə ərizə göndərərək, bütün məhkəmə iclaslarının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 aprel 2016-cı il tarixli, KM014T02160004S01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 25.5 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 01 fevral 2021-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 27036 (iyirmi yeddi min otuz altı) manat təşkil edir. Bundan 9993.27 (doqquz min doqquz yüz doxsan üç manat 27 qəpik) manat əsas, 8452.70 (səkkiz min dörd yüz əlli iki manat 70 qəpik) manat faiz, 7156.95 (yeddi min yüz əlli altı manat 95 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1433.09 (bir min dörd yüz otuz üç manat 09 qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 3.1.3-cü bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Odur ki, iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə1 göstərdi ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 aprel 2016-cı il tarixli, KM014T02160004S01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 25.5 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. İddianı qəbul etmir. Belə ki, iddiaçı qanunla nəzərdə tutulan iddia müddətini buraxmışdır. İş materiallarına nəzər yetirəndə məlum olur ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti 07 aprel 2018-ci il tarixdə başa çatmışdır. Cavabdeh isə ən sonuncu ödənişi 31 oktyabr 2017-ci il tarixdə etmişdir. Həmin dövrdən etibarən heç bir ödəniş olunmamış və iddiaçı da hüquqlarının pozulduğunu bildiyi halda məhkəməyə müraciət etməmişdir. Qanunvericiliyə əsasən şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Odur ki, hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd olunması məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 aprel 2016-cı il tarixli, KM014T02160004S01 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 24 ay müddətinə illik 25.5 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit xətti açılmışdır. Hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən sonuncu ödəniş 09 aprel 2018-ci il tarixdə həyata keçirilmişdir. Nikah akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ilə X1 arasında 19 aprel 1987-ci il tarixdə bağlanmış nikah 101 nömrə ilə qeydiyyata alınmışdır. Ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 24 avqust 2021-ci il tarixli, **********42 nömrəli məlumatdan görünür ki, Cavabdeh1 adına paylı mülkiyyətdə ünvan 1 ünvanında fərdi yaşayış evi, Cavabdeh2 adına ünvan 2 ünvanında fərdi yaşayış evi mövcuddur. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli, ***-**** nömrəli məlumatdan görünür ki, Cavabdeh1 adına nəqliyyat vasitəsi qeydiyyata alınmamışdır. Cavabdeh2 adına 02 oktyabr 2013-cü il tarixdə **-EA-*** dövlət qeydiyyat nişanlı Toyota Land Cruiser Prado markalı, buraxılış ili 2012 olan minik avtomobili qeydiyyata alınmış, qeyd edilən avtomobilin 25 aprel 2015-ci il tarixdə dövlət qeydiyyat nişanı dəyişdirilərək **-ZZ-*** dövlət qeydiyyat nişanı almış və hazırda Cavabdeh2 adına qeydiyyatdadır. Elektron Məhkəmə Portalından çıxarışdan görünür ki, Cavabdeh1 09 avqust 2020-ci il tarixdə vəfat etmişdir. 31 mart 2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, 09 avqust 2021-ci il tarixdə vəfat etmiş Cavabdeh1 vərəsəsi Cavabdeh2dır. Şəhadətnamə üzrə ona çatası əmlak Cavabdeh1 pensiya kartının balansında olan 2438.67 manat pul, ünvan 1 ünvanında fərdi yaşayış evinin və 0.05 ha torpaq sahəsinin mərhuma məxsus ¾ hissəsindən ibarətdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 aprel 2016-cı il tarixli, KM014T02160004S01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 kredit xətti açılmışdır. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə1 vəkili isə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquq qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Lakin iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası iddia müddəti keçdiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilir ki, cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Qeyd edilən Plenum qərarında məhkəmə belə qərara gəlmişdir ki, müqavilə öhdəliyi ilə bağlı yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə tərəflər arasında bağlanmış sığorta aktında başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Belə ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi mövcud olmuş, beləliklə də onlar arasında müqavilə münasibətləri yaranmışdır. Müqavilə 24 ay müddətinə bağlanmış və müqavilənin müddəti 07 aprel 2018-ci il tarixdə bitmişdir. Lakin iddiaçı müqavilə öhdəliyi üzrə üç illik tələb etmə müddətini keçirməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, bu öhdəliklər üzrə icra müddəti bitmişdir və iddiaçıya öz hüququnun pozulma vaxtı əvvəlcədən məlum idi. Lakin iddiaçı cavabdeh tərəfindən borcun tam ödənilmədiyini bildiyi halda 20 may 2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi 05 iyul 2021-ci il tarixdə kuryer xidmətinə qəbul edilmiş, 12 iyul 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı bununla da iddia müddətini ötürmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, mübahisə tərəfinin iddia müddətinin keçməsinin tətbiq edilməsi barədə ərizə verdiyi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia hüququnun yaranması üçün subyektiv mülki hüququn pozulması faktı mövcud olmalıdır. Əgər iddiaçı öz hüququnun pozulmasını pozulma anı yox, daha gec müddətdə bilmişdirsə bunu sübut etməlidir. Lakin iddiaçı məhkəmədə iştirak etməməklə bunu sübut edə bilməmiş, cavabdeh tərəfindən borcun ödənilmədiyini bildiyi halda məhkəməyə iddia ərizəsi ilə yalnız 12 iyul 2021-ci il tarixdə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2 («Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır»), 375.2-ci («Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır») maddələrini rəhbər tutmaqla bu nəticəyə gəlir ki, hazırkı iş üzrə iddia tələbi təmin oluna bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi verilərkən iddia müddəti keçdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə yazılı müraciət təqdim etdiyindən iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun «cəmi 27036 (iyirmi yeddi min otuz altı) manat borc - bundan 9993.27 (doqquz min doqquz yüz doxsan üç manat 27 qəpik) manat əsas, 8452.70 (səkkiz min dörd yüz əlli iki manat 70 qəpik) manat faiz, 7156.95 (yeddi min yüz əlli altı manat 95 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1433.09 (bir min dörd yüz otuz üç manat 09 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar