Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1584/2020 17.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətdə olan fərdi yaşayış evindən və torpaq sahəsindən istifadəyə müdaxilələrə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ üzrə ona məxsus Şəki şəhəri, B.Vahabzadə küçəsi, ev 18, yeni qaydalarla ünvan 1 (40) ünvanında yerləşən yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun (sahiblik, istifadə, sərəncam) həyata keçirilməsi ilə bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən və törədiləbiləcək istənilən maneələrin cavabdehlərə qadağan edilməsi, ödənilmiş 10 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi xx xxxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki işi üzrə məhkəmə hazırlıq iclası xx xxxxxxx 2020-ci il tarixdə keçirilmiş, mülki işin məhkəmə baxışı iclası bu günə, yəni xx xxxxxx 2020-ci il tarixə saat 10:00-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, sənədləri natamam olduğundan iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianın baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirdilər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi İddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isəişə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətdə olan fərdi yaşayış evindən və torpaq sahəsindən istifadəyə müdaxilələrə son qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1584/2020
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1584/2020
17.11.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver