Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1622/2021 29.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 oğlunun iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Zaqatala filialı ilə Cavabdeh4 arasında bağlanmış 12 noyabr 2019-cu il tarixli, İK №910/GK/11-19 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə Cavabdeh4 banka olan 7321.71 manat əsas, 15.62 manat faiz və 9.69 manat cərimə borcu olmaqla, ümumilikdə 7347.02 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 12 noyabr 2019-cu il tarixli, İK №910/GK/11-19 saylı kredit müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə, illik 1%, 12 ay güzəşt müddəti olmaqla 7532.32 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə həmin tarixdə İddiaçı ASC ilə Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Cavabdeh4 bank qarşısında 12 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. Hazırda cavabdehlər “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmirlər. Odur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 12 noyabr 2019-cu il tarixli, İK №910/GK/11-19 saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsi əsasında İddiaçı ASC tərəfindən Cavabdeh4 illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətində qaytarılmaq şərti ilə cəmi 7532.32 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 12 noyabr 2019-cu il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Cavabdeh4 bank qarşısında 12 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. İşdə olan ödəniş qrafikindən görünür ki, Cavabdeh4 götürdüyü 7532.32 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 60 ay müddətinə qaytarmalı olmuşdur. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 12 noyabr 2019-cu il tarixli, İK №910/GK/11-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh4 kredit verilmiş, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə 12 noyabr 2019-cu il tarixdə İddiaçı ASC ilə Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında zaminlik müqavilələri imzalanmışdır. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdehlər tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq onlar müqavilə öhdəliklərinə əməl etməmişlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 423, 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 12 noyabr 2019-cu il tarixli, İK №910/GK/11-19 saylı Güzəştli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 7321.71 manat əsas, 15.62 manat faiz və 9.69 manat cərimə borcu olmaqla, ümumilikdə 7347.02 manat məbləğində borc və 30 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 12 noyabr 2019-cu il tarixli, İK №910/GK/11-19 saylı Güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 7321.71 manat əsas, 15.62 manat faiz və 9.69 manat cərimə borcu olmaqla, ümumilikdə 7347.02 manat məbləğində borc və 30 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1622/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1622/2021
29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver