Məhkəmə qərarları › İş №2(075)-1663/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1663/2020

23.10.2020 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1663/2020 23.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, Tələbkar Borclu “bir uşağın saxlanılması üçün əlillik pensiyasından 115 manat alimentin tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə ona əlavə olunmuş sənədlərlə birlikdə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Borclu xx xxxxxxxx 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 115 manat alimentin tutulması və alimentin tutulmasının əvvəlinin ilk dəfə məhkəməyə bu tələblə ərizənin daxil olduğu vaxtdan hesablanması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəyə və ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 278.2.4-cü maddəsinə əsasən tələbkarın tələbi və tələbin əsaslılığını təsdiq edən sənədlər təqdim edilməlidir. Həmin Məcəllənin 279.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. Tələbkar Borclu xx xxxxxxxx 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 115 manat alimentin tutulması və alimentin tutulmasının əvvəlinin ilk dəfə məhkəməyə bu tələblə ərizənin daxil olduğu vaxtdan hesablanması barədə əmr verilməsini xahiş etsə də, işdə olan sənədlərdən görünür ki, tələbkarın tələbi aşkar deyil və tərəflər arasında mübahisə vardır. Belə ki, işdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-886/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Tələbkar cavabdeh Borclu xx xxxxxxxx 2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 manat sabit pul məbləğində alimentin müəyyən edilərək hər ay cavabdehdən tutulub ona verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə iclası zamanı cavabdeh Borclu vəkili X1 izahatında göstərmişdir ki, “...Aralarında bağlanmış nikah pozularkən azyaşlı uşaqları iddiaçı Tələbkar yanında saxlanılmışdır. Həmin vaxt iddiaçı Tələbkar uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələb etməmişdir. Cavabdeh Borclu heç bir yerdə işləmir və onun qazancı yoxdur. Cavabdeh Borclu 1999-cu ildən psixi xəstədir və hal-hazırda dispanser müşahidəsindədir. Cavabdeh Borclu özünə yaxınları baxırlar. Cavabdeh Borclu səhhətinin vəziyyəti ona işləməsinə və qazanc əldə etməsinə imkan vermir. Buna görə də iddianı qəbul etmir və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.” Qətnamədən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin 2(075)-886/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Tələbkar aliment tələbi ilə bağlı iddia icraatı qaydasında məhkəməyə müraciət etmiş, Borclu iddianı qəbul etməmiş və iddia təmin edilməmişdir. Hazırda iddiaçı Şəki Rayon Məhkəməsinin 2(075)-886/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə tələb etdiyi aliment məbləğini (150 manat) azaldaraq 115 manat məbləğində tələb etməsi tərəflər arasında mübahisənin olmamasına dəlalət etmir. İş materiallarından da görünür ki, Borclu psixi xəstə olmaqla, kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Bütün bu hallar gələcəkdə mühahisənin yaranmasına əsas ola biləcəyindən ərizə üzrə əmrin çıxarılmasından imtina edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göstərilənlərə əsasən, Azəbaycan Respublikasının MPM-nin 119, 275, 276, 280-282 və 284-cü maddələrinin tələblərini rəhbər tutub, QƏRARA ALDİM: Tələbkar Borclu “bir uşağın saxlanılması üçün əlillik pensiyasından 115 manat alimentin tutulması” barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsindən imtina edilsin. Tələbkar izah edilsin ki, ərizənin forma və məzmununa riayət etməklə yenidən məhkəməyə ərizə təqdim edə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar