Məhkəmə qərarları › İş №2(075)-1665/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1665/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1665/2020 18.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı BOKT MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı BOKT MMC ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xeyrinə 2613.13 manat məbləğində əsas, 1489.91 manat faiz və 8499.01 manat cərimə borcu olmaqla, cəmi 12601.95 manat borcun və 20 manat dövlət rüsumunun tutulması barədə əmr çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə təmin edilmiş, bununla bağlı Şəki Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2017-ci il tarixli, 2(075)-2065/2017 saylı əmr çıxarılmışdır. İş üzrə borclu Cavabdeh1 Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-2065/2017 nömrəli əmrindən etiraz ərizəsi məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(075)-2623/2018 nömrəli qərardadına əsasən Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)- 2065/2017 nömrəli əmri ləğv edilmiş və iş üzrə iddia icraatına keçirilmişdir. İş üzrə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin məhkəmə baxışı iclası xx xxxxxx 2018-ci il tarixə təyin edilmişdir. xx xxxxxx 2018-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasına mülki proses tərəfləri gəlmədiklərindən Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-2623/2018 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-2623/2018 saylı qərardadından İddiaçı BOKT MMC tərəfindən şikayət verilmiş, iş üzrə icraat təzələnərək mülki işin məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. İddiaçı BOKT MMC iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 35 faiz dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə xx xxxxxxxx 2014-cü il tarixdə İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 Cavabdeh1 kredit təşkilatı qarşısında xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin müddəti xx xxxxxxxx 2016-cı il tarixdə bitmişdir. Kredit təşkilatı tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərinin icrasını bu günədək təmin etməmişlər. Bu səbəbdən də İddiaçı BOKT MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı BOKT MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş, lakin borclular tərəfindən müraciət edilmədiyinə görə yeni kredit (restrukturizasiya) müqaviləsinin bağlanması mümkün olmamışdır. Cavabdehlərin xx xxxxxx 2020-ci il tarixə olan borcları əsas borc üzrə 2613.13 manat, faiz borcu üzrə 1489.91 manat və cərimə borcu üzrə 8499.01 manat təşkil edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, KAŞək 120901/14 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında İddiaçı BOKT MMC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 35 faiz dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan, xx xxxxxxxx 2014-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh1 BOKT «xxxx» MMC-dən 4000 manat pulu həmin tarixdə qəbzə imza etməklə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 götürdüyü 4000 manat krediti ona hesablanmış faizlərlə birlikdə 24 ay müddətində hər ay hissə-hissə ödəməklə qaytarmalı olmuşdur. İş materiallarında olan, xx xxxxxxxx 2014-cü il tarixli, KAŞək 120901/14 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 İddiaçı BOKT MMC qarşısındakı xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıqların surətlərindən görünür ki, onlar kredit borcunun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişlər. İşdə olan problemli kreditlər məlumatlarının sorğulanmasına dair “https://pk.cbar.az/az/kompensasiya” elektron informasiya sistemindən çıxarılmış portaldan çıxarışdan görünür ki, Cavabdeh1 İddiaçı BOKT MMC ilə arasında bağlanmış kredit müqaviləsi üzrə onun BOKT «xxxx» MMC-yə xx xxxx 2019-cu il tarixə 2613.13 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 35 faiz dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüş, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə xx xxxxxxxx 2014-cü il tarixdə İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmış, zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 Cavabdeh1 kredit təşkilatı qarşısında xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad edir. Cavabdehlər isə məhkəmə iclasında iştirak etməmiş və iddiaya münasibət bildirməmişlər. Göründüyü kimi İddiaçı BOKT MMC tərəfindən Cavabdeh1 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı BOKT MMC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehlərin iddiaçı BOKT «xxxx» MMC-yə xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddia tələbi üzrə tələb edilən məbləğdə borcu qalmamışdır. Belə ki, “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın 7.1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə X2 banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Həmin Fərmanın 6-cı bəndində göstərilmişdir ki, banklara tövsiyə edilsin ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Həmin Fərmanın 8.7-ci bəndində göstərilmişdir ki, restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 8.9-cu bəndində göstərilmişdir ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Maliyyə X1 fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası haqqında xx xxxx 2019-cu il tarixli qərarının ümumi müddəasına əsasən bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra-Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin qaydaların 6.3-cü bəndinə əsasən kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Həmin qaydaların 6.9-cu bəndinə əsasən kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. Həmin qaydaların 6.15-ci bəndinə əsasən kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Göründüyü kimi iddiaçı İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borc Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüşdür. Yəni, Cavabdeh1 İddiaçı BOKT MMC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə onun BOKT «xxxx» MMC-yə xx xxxx 2019-cu il tarixə 2613.13 manat borcu qalmışdır. Lakin İddiaçı BOKT MMC iddia ərizəsinin geri götürülməsi və cavabdehlə yeni müqavilənin bağlanma imkanlarını araşdırmadan işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Halbuki, digər banklarla yanaşı iddiaçı BOKT «xxxx» MMC-yə də qeyd edilən Fərmanın 6-cı bəndinə əsasən banklara nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirləri görmələri, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Lakin, İddiaçı BOKT MMC qeyd edilən Fərmanın 6-cı bəndində göstərilənlərə riayət etməsinə dair məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Beləliklə, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın tələbləri əsas götürülərək Cavabdeh1 iddiaçı BOKT «xxxx» MMC-yə xx xxxx 2019-cu il tarixə yaranmış 2613.13 manat borcu ilə bağlı onlar arasında yeni müqavilə bağlanmamış, yəni tərəflər arasında yeni müqavilə öhdəlikləri əmələ gəlməmişdir. Belə olduğu halda iddiaçı BOKT «xxxx» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2613.13 manatdan artıq məbləğdə, o cümlədən əlavə olaraq faiz və cərimə borcu tələb etməsi üçün hər hansı bir hüquqi əsası yaranmamışdır. Bütün bunları diqqətə alaraq məhkəmə cavabdehlərin iddiaçı BOKT «xxxx» MMC-yə xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx xxxx 2019-cu il tarixə cəmi 2613.13 manat borcunun qalmasını qəbul edir ki, həmin borc məbləği də əsas borc məbləği hesab edilməlidir. Çünki, qeyd edilən Fərmanın tələblərinə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə əsas borca hesablanmış faiz və cərimə borcu da azaldılaraq yekun borcun 2613.13 manat olması qənaətinə gəlinmişdir. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1, 470, 472-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2613.13 manat məbləğində əsas borc tutulub İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. İddia qismən təmin edildiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 manat dövlət rüsumu tutularaq onun 20 manatı İddiaçı BOKT MMC-nin hesabına, 10 manatı isə dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2613.13 manat məbləğində əsas borc tutulub İddiaçı BOKT MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 manat dövlət rüsumu tutularaq onun 20 manatı İddiaçı BOKT MMC-nin hesabına, 10 manatı isə dövlət büdcəsinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar