Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1678/2021 18.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 aprel 2012-ci il təvəllüdlü X3, 26 iyun 2013-cü il təvəllüdlü X4 və 12 aprel 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı məhkəməyə 13 oktyabr 2021-ci il tarixdə ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli, 2(075)-381/2018 saylı qətnaməsi ilə (hakim K.Süleymanov) iddia qismən təmin edilmiş, onların birgə nikahdan olan uşaqları - 27 aprel 2012-ci il təvəllüdlü X3, 26 iyun 2013-cü il təvəllüdlü X4 və 12 aprel 2017-ci il təvəllüdlü X1 onun yanında saxlanılmaları, həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 80 manat olmaqla, 240 manat məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. Hər uşağa görə 80 manat aliment məbləği indiki zamana görə çox azdır, uşaqlara baxmaq üçün kifayət etmir. Günü-gündən övladlarının tələbatları artır. Belə ki, uşaqlar normal qaydada yeməli, müalicə olunmalı, onlara pal-paltar alınmalı, təhsili və uşağın dünyagörüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Bu il əvvəlki illərə nisbətən hər şeyin qiyməti qalxmışdır. Özü də heç yerdə işləmir və heç yerdən də qazancı yoxdur. Belə bir vəziyyətdə uşaqlara baxmaq onun üçün maddi cəhətdən çox çətindir. Buna görə də məhkəmə qətnaməsi ilə ödənilməli olan alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh göstərdi ki, İddiaçı ilə birgə nikahlarından 27 aprel 2012-ci il təvəllüdlü X3, 26 iyun 2013-cü il təvəllüdlü X4 və 12 aprel 2017-ci il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. İddiaçı ilə ailə münasibətləri iddiaçının təqsiri nəticəsində baş tutmadığından aralarındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Birgə nikahdan doğulmuş uşaqlar uzun müddət onun yanında qalmış, həmin müddət ərzində iddiaçı uşaqları ilə maraqlanmamışdır. Sonradan iddiaçı uşaq tələbi qaldırmış, Şəki Rayon Məhkəməsinin 2(075)-381/2018 saylı, 16 aprel 2018-ci il tarixli qətnaməsi ilə 27 aprel 2012-ci il təvəllüdlü X3, 26 iyun 2013-cü il təvəllüdlü X4 və 12 aprel 2017-ci il təvəllüdlü X1 analarının yanında saxlanılmaları, onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 240 manat alimentin iddiaçıya verilməsi qət edilmişdir. Ona Şəki rayonu Çələbixan qəsəbəsində ikiotaqlı ev verilmişdir. O, həmin evi iddiaçıya vermişdir. Hazırda özü Gəncədə qohum evində qalır. Aylıq əmək haqqı 260 manatdır. Adına borc yığılmasın deyə hər ay 240 manat aliment ödəyir. Ona hər ay cəmi 20 manat pul qalır. Başqa evi, malı, mülkü yoxdur. Maddi vəziyyəti çox ağırdır. Bundan başqa iddiaçı məhkəmə tərəfindən kəsilmiş 240 manat alimentin də hamısını uşaqlara xərcləmir. Övladlarının saxlanılmaları üçün aliment ödəməkdən imtina etmir. Lakin keçən müddət ərzində maddi vəziyyətində hər hansı müsbət dəyişiklik olmamışdır. Bütün bunları nəzərə alaraq məhkəmədən alimentin azaldılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 27 aprel 2012-ci il təvəllüdlü X3, 26 iyun 2013-cü il təvəllüdlü X4 və 12 aprel 2017-ci il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 2(075)-381/2018 saylı, 16 aprel 2018-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olmuş 27 aprel 2012-ci il təvəllüdlü X3, 26 iyun 2013-cü il təvəllüdlü X4 və 12 aprel 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 240 manat məbləğində aliment təyin edilmişdir. İddiaçı həmin aliment məbləği ilə uşaqların tələbatlarının ödənilməsinin mümkünsüz olması, uşaqların tələbatlarının artmasını ilə əsaslandırmışdır. Cavabdeh isə iddianı qəbul etmir. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-381/2018 saylı, 16 aprel 2018-ci il tarixli qətnaməsindən görünür ki, 27 aprel 2012-ci il təvəllüdlü X3, 26 iyun 2013-cü il təvəllüdlü X4 və 12 aprel 2017-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmaqla onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 80 manat olmaqla, cəmi 240 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-381/2018 saylı, 16 aprel 2018-ci il tarixli qətnaməsindən görünür ki, 27 aprel 2012-ci il təvəllüdlü X3, 26 iyun 2013-cü il təvəllüdlü X4 və 12 aprel 2017-ci il təvəllüdlü X1 ataları Cavabdeh, anaları isə İddiaçıdır. İşdə olan "xxxx" ASC-nin 7 saylı Regional Sukanal İdarəsinin Kəlbəcər Sukanal sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh idarədə gözətçi işləyir və əmək haqqında aliment üzrə tutulmalar çıxıldıqdan sonra ödənilən əmək haqqı aşağıdakı kimidir: yanvar 2021 - 146.87 manat, fevral 2021 - 0 manat, mart 2021 - 8.87 manat, aprel 2021 - 3.93 manat, may 2021 - 149.36 manat, iyun 2021 - 93.92 manat, avqust 2021 - 23.93 manat və sentyabr 2021 - 42.45 manat. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 2(075)-381/2018 saylı, 16 aprel 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılmaları üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 27 aprel 2012-ci il təvəllüdlü X3, 26 iyun 2013-cü il təvəllüdlü X4 və 12 aprel 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Cavabdeh iddianı qəbul etməyərək maddi vəziyyətində dəyişiklik olmadığını qeyd etsə də, məhkəmə hesab edir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-381/2018 saylı, 16 aprel 2018-ci il tarixli qətnaməsi ilə alimentin təyin edilməsindən 3 ildən çox müddət keçmişdir. Bundan başqa 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilsə də, məhkəmə qətnaməsi ilə cavabdehdən hər ay hər uşaq üçün 80 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hazırkı mülki dövriyyə şəraitində 240 manatla uşağın çox cüzi tələblarının ödənilməsi mümkündür. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Belə ki, cavabdehin göstərdiyi dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 27 aprel 2012-ci il təvəllüdlü X3, 26 iyun 2013-cü il təvəllüdlü X4 və 12 aprel 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin 2(075)- 381/2018 saylı, 16 aprel 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 100 (bir yüz) manat olmaqla, 300 (üç yüz) manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 27 aprel 2012-ci il təvəllüdlü X3, 26 iyun 2013-cü il təvəllüdlü X4 və 12 aprel 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 100 (bir yüz) manat olmaqla, 300 (üç yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1678/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1678/2021
18.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver