Məhkəmə qərarları › İş №2(075)-174/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-174/2022

20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-174/2022 20.05.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 007R********** saylı kredit razılışması üzrə 2639,54 ABŞ Dolları məbləğində kredit borcu, 5272,51 ABŞ Dolları məbləğində faiz borcu və 2623,23 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 10535 ABŞ Dolları 28 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 143,73 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 17 noyabr 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, 16 dekabr 2021-ci il, 13 yanvar 2022-ci il, 01 aprel 2022-ci il tarixlərdə iş üzrə məhkəmə hazırlıq iclasları, 28 aprel 2022-ci il tarixdə məhkəmə baxış iclası keçirilmiş, mülki işin növbəti məhkəmə baxış iclası bu günə, yəni 20 may 2022-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. 17 may 2022-ci il tarixdə İddiaçı QSC-nin nümayəndəsi X2 məhkəməyə elektron qayada ərizə göndərərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsini, ona əlavə edilmiş sənədləri İddiaçı QSC-yə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirməmişlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Göründüyü kimi İddiaçı QSC-nin nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə elektron qaydada ərizə göndərmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ İddiaçı QSC-nə izah edilməli və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 143,73 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı QSC-nə qaytarılmalıdır. İş materialından görünür ki, 13.01.2022-ci il tarixdə cavabdehin şifahi vəsatəti əsasında mülki iş üzrə ekspertiza təyin edilmiş və 17 fevral 2022-ci il tarixli 9/780 nömrəli ekspert rəyində ekspert xərcinin 100 manat təşkil etdiyi göstərilmişdir. Göründüyü kimi İddiaçı QSC-nin nümayəndəsi X2 iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmiş, həmçinin cavabdeh şifahi vəsatət verərək mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə iş üzrə mövcud olan ekspertiza xərcinin cavabdehlərdən tutulmasını ədalətli hesab edir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə ekspertiza xərci olan 100 manat cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Mülki iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 manat cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilsin. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 143,73 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı QSC-nə qaytarılsın. İddiaçı ASC-nə izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar