Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1745/2021 06.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, hakim İmanov Cahid Fehruz oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın tutulması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı MMC-yə məxsus 01889 nömrəli ödəmə terminalından oğurluq edilməsi ilə əlaqədar iddiaçıya vurulmuş 4477 manat məbləğində ziyanın qalan 3444 manatının və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, iddiaçı MPM-nin 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adlarını və onların poçt ünvanlarını dəqiq göstərməli olduğu halda cavabdehin ünvanını qeyri-müəyyən olaraq Şəki şəhəri ərazisində yerləşən Şəki penitensiar müəssisəsi kimi göstərmişdir. Halbuki, vahid məhkəmə portalından çıxarılmış Cavabdeh şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh qeydiyyat ünvanı Balakən rayonu, Qazma kəndidir. Bu hal iddiaçı tərəfindən işə əlavə edilmiş Balakən rayon məhkəməsinin 08.06.2021-ci il tarixli, 1(019)-29/2021 saylı hökmü üzrə təqsirləndirilən şəxsin şəxsiyyətinin müəyyən edilməsi ilə də təsdiq olunur. Belə olan halda məhkəmə iddianı icraata qəbul edə bilməz. Çunki hazırki vəziyyətdə işin icraata qəbul edilməsi aidiyyət qaydalarının pozulmasına səbəb ola bilər. Bütün yuxarıda şərh edilənlərə əsasən iddia ərizəsi MPM-nin 35.2 və 149-cu maddələrinin tələbləri pozularaq Şəki rayon məhkəməsinə göndərildiyindən Azərbaycan Respublikası MPM-nin 149-152-ci maddələri rəhbər tutularaq iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci madəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci madəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də ərizə Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM.-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1745/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1745/2021
06.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver