Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-175/2021 18.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-nə vurulmuş 4039.36 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 4069.36 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İB iddia ərizəsində göstərmişdir ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində, 04-575 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2 tələblərinə əməl etmək) və “X2 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş və bu faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2 pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdaki aktlar əsasında: xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 669.60 manat, xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 393.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 403.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 322.60 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 403.20 manat olmaqla cəmi 2191.8 manat məbləğində “İddiaçı" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda qalıq borcla birlikdə ümumi olaraq 4039.36 manat (1847.56 manat sayğac vasitəsi ilə istifadə edilən qazın dəyəri) təşkil edir. “İddiaçı" İB-nın nümayəndələri tərəfindən cavabdehə 4039.36 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi xəbərdarlıq məktubunda izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Yuxarıda qeyd etdikləri sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydalarfnm 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İddiaçı İB və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin İddiaçı İB-nin nümayəndəsi X1 xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək bildirmişdir ki, tələb olunan 4039.36 manat borcun 1847.56 manat hissəsi sayğac göstəricisinə əsasən və 2191.80 manat isə həmin ünvanda 5 dəfə qeyri qanuni qazdan istifadə zamanı itirilmiş qazın həcminə görə aparılmış hesabata əsasən yaranmışdır. Göstərilənləri nəzərə alaraq, xx.xx.2021-ci il saat 10:00-a təyin edilmiş iclasın iştitakları olmadan keçirlməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, iddia ərizəsindən də göründüyü kimi İddiaçı İB ilə aralsrında bağlanmış müqavilənin tarixi xx.xx.2020-ci il olduğu halda tələb edilən məbləğ müqavilə tarixindən daha əvvəlki illərə aid edilmişdir. Bundan başqa necə ola bilər ki, noyabrda 669.60 manat zərər hesablandığı halda daha sərt soyuq aylarda zərər 393.20, 403.20, 322.60, 403.20 manat olaraq hesablanmışdır. Sual yaranır ki, bu hesablama hansı hesaba əsasən aparılır? Zərər hesablanarkən hesablama səhv aparılmışdır. Belə ki, zərər aylıq bildirişlər əsasında ümumi dövriyyə çıxarılaraq hesablanmalı olduğu halda iddiaçı kefistəmə üsulla hesablama aparmış və xəyali bir rəqəmi zərər olaraq tələb etməkdədir. Bundan əlavə etiraza əlavə etdiyi bildirişlərdən görünür ki, aylıq istifadə edilən qazın həcmi 30-40 kub metr arasındadır. Görünür ki, hesablama aparılarkən səhvə yol verilmişdir. Sayğac qoyulmamışdan əvvəlki dövriyyə sayğac qoyulandan sonrakı aylardakı dövriyyəyə uyğun olmalı, hesablama analoji qaydalara uyğun aparılmalıdır. Misal olaraq göstərmişdir ki, əgər sayğac qoyulduqdan sonra aylıq istifadə 10, 12, 14, 13 və sair olmuşsa və bu istifadənin ortaq rəqəmi 12 kub metr olarsa sayğacdan əvvəlki hesablama da bu orta rəqəmə uyğun olaraq hesablanmalıdır. Bundan əlavə iddia ərizəsində iddiaçı qeyd edir ki, cavabdehin qaz sayğacı üzrə 1847,56 manat təşkil edir. Lakin həmin illərdə qaz paylayıcısı tərəfindən ona təqdim edilmiş bildirişlərdə 1847,56 manat qaz borcunun ödənilməsi barədə hər hansı bir xəbərdarlıq və ya bildiriş yoxdur. Sayğacla tələb edilən borcun maddi zərərlə birgə maddi zərər olaraq tələb edilməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçının müqavilə öhdəlikləri ilə tənzimləndiyi müqavilə xx.xx.2020-ci il tarixdə yarandığından, yaranmış borcun isə tərəflər arasında bağlanmış müqavilə ilə təsdiq olunduğuna görə məndən iddiaçının xeyrinə 4069,36 manat zərəin ödənilməsi tələbi aşağıda qeyd edilən qanunvercilik müddəlarına əsasən əsassızdır. İddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan 04-575 nömrəli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh həmin müqavilədə nəzərdə tutulan şərtlərlə razı olduğuna görə İddiaçı ilə qazın alqı-satqısı ilə bağlı müqavilə bağlamışdır. İşdə olan İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii X2 pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın təsdiq edilmiş surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyriqanuni sayğacdan kənar idtifadə etdiyi aşkar olunmuşdur. İşdə olan xx xxxxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh yaşadığı Sabunçu rayonu, 10 Bakı-04 Sabunçu-171 P. Məmməd-0290-0000 ünvanında yerləşən evdə ******* saylı akta əsasən qaz işlədicilərindən PQ-4nün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 90 gün, QSSQ-nin saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 10 saat, hesabat müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 90 gün, Kərpic sobanın maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 6696 m3 müəyyən edilərək onun dəyəri olan 669,6 manat məbləğdə ziyan (6696 m3 x 0.10 man = 669,6 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. İşdə olan İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii X2 pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın təsdiq edilmiş surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyriqanuni sayğacdan kənar idtifadə etdiyi aşkar olunmuşdur. İşdə olan xx xxxxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh yaşadığı Sabunçu rayonu, 171 P.Məmməd-0290-0000 ünvanında yerləşən evdə ******* saylı akta əsasən qaz işlədicilərindən PQ-4-nün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, QSSQ-nin saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, Kərpic sobanın maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 4032 m3 müəyyən edilərək onun dəyəri olan 403,2 manat məbləğdə ziyan (4032 m3 x 0.10 man = 403,2 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. İşdə olan İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii X2 pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın təsdiq edilmiş surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyriqanuni sayğacdan kənar idtifadə etdiyi aşkar olunmuşdur. İşdə olan xx xxxxxx 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh yaşadığı Sabunçu rayonu, 10 Bakı-04 Sabunçu-171 P.Məmməd-0290-0000 ünvanında yerləşən evdə ******* saylı akta əsasən qaz işlədicilərindən PQ- 4-nün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, QSSQ-nin saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, Kərpic sobanın maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 4032 m3 müəyyən edilərək onun dəyəri olan 403,2 manat məbləğdə ziyan (4032 m3 x 0.10 man = 403,2 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. İşdə olan İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii X2 pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın təsdiq edilmiş surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyriqanuni sayğacdan kənar idtifadə etdiyi aşkar olunmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh yaşadığı Sabunçu rayonu, 171 P.Məmməd-0290-0000 ünvanında yerləşən evdə ******* saylı akta əsasən qaz işlədicilərindən PQ-4-nün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 24 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 24 gün, QSSQ-nin saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 10 saat, hesabat müddəti 24 gün, Kərpic peçin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 24 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 3226 m3 müəyyən edilərək onun dəyəri olan 322,6 manat məbləğdə ziyan (3226 m3 x 0.10 man = 322,6 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. İşdə olan İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii X2 pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın təsdiq edilmiş surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyriqanuni sayğacdan kənar idtifadə etdiyi aşkar olunmuşdur. İşdə olan xx xxxxxx 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh yaşadığı Sabunçu rayonu, 10 Bakı-04 Sabunçu-171 P.Məmməd-0290-0000 ünvanında yerləşən evdə ******* saylı akta əsasən qaz işlədicilərindən PQ- 4-nün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, QSSQ-nin saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, Kərpic sobanın maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 4032 m3 müəyyən edilərək onun dəyəri olan 403,2 manat məbləğdə ziyan (4032 m3 x 0.10 man = 403,2 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii X2 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları” göstərilmişdir. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində, 04-575 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş və sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş və bu faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Belə ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 669.60 manat, xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 393.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 403.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 322.60 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 403.20 manat olmaqla cəmi 2191.8 manat məbləğində “İddiaçı" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda qalıq borcla birlikdə ümumi olaraq 4039.36 manat (1847.56 manat sayğac vasitəsi ilə istifadə edilən qazın dəyəri) təşkil etmişdir. İddiaçı iddiasını müdafiə etmiş, cavabdeh isə iddianı qəbul etməmişdir. Lakin məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədlərə, həmçinin cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsini nəzərdən keçirərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Belə ki, Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, iddia ərizəsindən də göründüyü kimi İddiaçı İB ilə aralsrında bağlanmış müqavilənin tarixi xx.xx.2020-ci il olduğu halda tələb edilən məbləğ müqavilə tarixindən daha əvvəlki illərə aid eddir. Həmçinin cavabdeh iddiaçı tərəfindən aktlar əsasında hesablanmış zərər məbləği ilə razı olmamaqla bir növ həmin aktların mövcudluğunu inkar etməmişdir. Belə ki, cavabdeh qeyd etmişdir ki, “necə ola bilər ki, noyabrda 669.60 manat zərər hesablandığı halda daha sərt soyuq aylarda zərər 393.20, 403.20, 322.60, 403.20 manat olaraq hesablanmışdır. Sual yaranır ki, bu hesablama hansı hesaba əsasən aparılır? Zərər hesablanarkən hesablama səhv aparılmışdır”. Ümumiyyətlə bu kimi hallar cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsinin məzmunundan da aydın olur. Bu isə məhkəməyə belə qənaətə gəlməyə imkan vermişdir ki, cavabdeh qaz xəttinə qanunsuz qoşulma ilə əlaqədar tərtib edilmiş aktları qəbul etmiş, lakin həmin aktlar əsasında hesablanmış məbləğlərlə razılaşmamışdır. Cavabdehin qaz xəttinə qeyri-qanuni qoşulması işə əlavə olunmuş foto şəkillərlə də təsdiq olunur. İddiaçı isə ərizəsində qeyd etmişdir ki, tərəflər arasında imzalanmış, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə"nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Qeyd etmişdir ki, dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii X2 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”na əsasən müəyyən edilmişdir. Həmin Qaydalara əsasən, istehlakçılar tərəfindən X2 pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şortsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşmahesabına ödənilir. Qeyd etmişdir ki, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydalarfnm 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.2-ci maddəsinə görə, müqavilə onun bağlandığı vaxt qüvvədə olanqanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Tərəflər arasında bağlanılmış müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii X2 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının xx xxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Həmin qaydaların 4-cü bənində əsasən, istehlakçılar tərəfindən sayğaca və plomblara hər hansı bir müdaxilə edilməklə X2 pozulmasına yol verilməsi aşkar edildikdə qazın verilməsi qeydşərtsiz dayandırılır və təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh İddiaçı İBnə vurulmuş və sayğac göstəricisinə əsasən ödənilməmiş cəmi 4039.36 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 4039.36 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq İddiaçı İB-nin bank hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-175/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-175/2021
18.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver