Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1774/2020 17.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı 7 saylı Regional Ekologiya və X2 rəisi X1 Cavabdeh qarşı “3440 manat ziyan” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı 7 saylı Regional Ekologiya və X2 rəisi X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ətraf mühitə vurulmuş 3440 (üç min dörd yüz qırx) manat məbləğində ziyanın X3 Dövlət Fondunun müvafiq bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPMnin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı 7 saylı Regional Ekologiya və X2 rəisi X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ətraf mühitə vurulmuş 3440 (üç min dörd yüz qırx) manat məbləğində ziyanın X3 Dövlət Fondunun müvafiq bank hesabına ödənilməsini xahiş etsə də, iddia ərizəni imzalamış X1 7 saylı Regional Ekologiya və X5 adından iddia ərizəsini imzalama səlahiyyətinin olması müəyyən edilmir. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı qismində hüquqi şəxs 7 saylı Regional Ekologiya və X5 deyil, onun nümayəndəsinin göstərilməsi yolverilməzdir. Ona görə də iddia ərizəsi geri qaytarılmalı, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı 7 saylı Regional Ekologiya və X2 rəisi X1 Cavabdeh qarşı “3440 manat ziyan” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1774/2020
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1774/2020
17.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver