Məhkəmə qərarları › İş №2(075)-1789/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1789/2020

19.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1789/2020 19.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, hakim İmanov Cahid Fehruz oğlu, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlaklarının (qızıl-zinət əşyalarının), olmadıqda həmin əşyaların dəyəri olan 2884 manat məbləğində ona dəymiş ziyanın, əmlakın (əşyaların) qiymətləndirilməsi üçün ödənilmiş 50 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlinir ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. 149-cu maddənin tələbinə görə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları ərizədə göstərilməlidir. İddia ərizəsində cavabdehin adı, poçt ünvanı göstərilsə də sonuncunun həmin ünvanda rəsmi qeydiyyatda olmasını təsdiq edən hər hansı bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin “Elektron Məhkəmə” sistemi vasitəsi ilə Cavabdeh adı ilə axtarış edilsə də, həmin soyad, ad və ata adında hər hansı şəxs barəsində məlumat aşkar edilməmişdir. Bu halın özü də iddia ərizəsində cavabdehin poçt ünvanı kimi göstərilmiş ünvanda qeydə alınması, yaşaması faktını şübhə alıtna alır. MPM-nin 150.0.5-ci maddəsinin tələbinə görə iddiaçının öz tələbini əsaslandırdığı hallara dair sənədlər iddia ərizəsinə əlavə edilir. Məhkəmə hesab edir ki, cavabdehin poçt ünvanı olaraq ünvanın göstərilməsi və sonuncunun həmin unvanda rəsmi qeydiyyatda olması (yaşaması) barədə irəli sürdüyü dəlil iddiaçının tələbidir və iddiaçı həmin tələbini təsdiq edəns übutları ərizəyə əlavə etməlidir. Hazırki vəziyyətdə məhkəmə bu halı cavabdehin poçt ünvanı barədə məlumatın olmaması kimi qiymətləndirir. Məhkəmə həmçinin bu xüsusatla bağlı qeyd edir ki, cavabdehin rəsmi qeydə alındığı yer barədə məlumatın olmaması, cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsini, o cümlədən məhkəmə sənədlərinin rəsmi qaydada cavabdehə təqdim edilməsinin mümkünlüyünü şübhə altında qoyur. Halbuki, MPM-nin 134 və 168.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərə (cavabdehə) iddia ərizəsi və ona əlvə edilmiş sənədlərin rəsmi qaydada verilməsi təmin olunmalıdır. MPM-nin 152.1, 152.1.17-ci maddəsinin tələbinə görə iddiaə rizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə belə hesab edir ki, ərizə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, ərizənin qaytarılması noqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,152, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, Qərara aldı: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar