Məhkəmə qərarları › İş №2(075)-179/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-179/2021

11.02.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-179/2021 11.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «maneələrin aradan qaldırılması və torpaqdan çıxarılma» tələbinə dair iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 miras qalmış A 195783, A 195782, A 195801, A 195794, A 195793, A 195787, A 195701, A 195547 saylı torpaq sahələrinin və torpağa mülkiyyət hüququna dair verilmiş JN-0107 seriyalı, 40404058 kodlu dövlət aktında qeyd edilən Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahəsi üzərində çöl ölçmə işlərinin aparılmasına yaradılan maneələrin cavabdehə qadağan edilməsi və Cavabdeh həmin torpaq sahələrindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində tələblərini onunla əsaslandırmışlar ki, Şəki Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(075)-464/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddia tələbləri təmin edilmiş, mərhum ataları X1 miras qalmış A 195783, A 195782, A 195801, A 195794, A 195793, A 195787, A 195701, A 195547 saylı torpaq sahələrinin ölçü planlarında qeyd olunan Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahələri və torpağa mülkiyyət hüququna dair verilmiş JN-0107 seriyalı 40404058 kodlu dövlət aktında qeyd edilən Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahəsi üzərində mirasın qəbul edilməsi hüquqi faktı müəyyən edilmişdir. Onlar yuxarıda qeyd edilən torpaq sahələrinin ölçülərək müvafiq hüquqmüəyyənedici sənədlərin alınması üçün DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə müraciət etmişlər. Oradan verilən rekvizitlər əsasında müvafiq dövlət rüsumunu ödəyərək sənəd verilməsini xahiş etmişlər. Lakin həmin idarədən onlara xx xxxxxxxx 2020-ci il tarixdə ərizələrinin icrasından imtina edilərək bildirilmişdir ki, həmin torpaq sahələrində ölçü işlərinin aparılması üçün idarənin mütəxəssislərinə maneə yaradılmış, torpaq sahələrinin ölçülməsinə şərait yaradılmamışdır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, mərhum ataları X1 çoxlu torpaq sahələri qalmışdır. Həmin torpaqları ataları sağlığından onların arasında faktiki bölmüşdür. Hazırkı iddia tələbində qeyd edilən A 195783, A 195782, A 195801, A 195794, A 195793, A 195787, A 195701, A 195547 saylı torpaq sahələrinin ölçü planlarında qeyd olunan Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahələri və torpağa mülkiyyət hüququna dair verilmiş JN-0107 seriyalı 40404058 kodlu dövlət aktında qeyd edilən Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahəsi faktiki olaraq onun sahibliyində və istifadəsindədir. Uzun illərdir ki, o əkib-becərir. Atalarından qalan digər torpaqlar isə iddiaçıların faktiki olaraq sahibliyində və istifadəsindədir. Əvvəllər aralarında heç bir mübahisə olmasa da, sonradan cavabdehlər ona məxsus torpaqlara da iddia etməyə başlamışlar. İddiaçılar atalarından qalan digər torpaqları adlarına rəsmiləşdirərək istifadə edə bilərlər. Həmin torpaqlara tələbi yoxdur. Lakin hazırkı iddia tələbində olan torpaqlar ona məxsus olduğundan hesab edir ki, həmin torpaq sahələrində hər hansı ölçü işləri aparıla bilməz. Odur ki, əsaslı olmadığından iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Şəki Rayon Məhkəməsinin 2(075)-464/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, X5 xx xxx 2010-cu il tarixdə Şəki rayonu İkinci Biləcik kəndində beyin ödemi serebral iflic xəstəliyindən ölmüşdür. A seriyalı, 195547 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon X7 xx xxxxxxxx 2002-ci il tarixli, 06 saylı qərarı ilə Şəki rayonu İkinci Biləcik kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün X3 4590.28 kv.m torpaq payı verilmişdir. A seriyalı, 195701 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon X7 xx xxxxxxxx 2002-ci il tarixli, 06 saylı qərarı ilə Şəki rayonu İkinci Biləcik kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün X3 2814.24 kv.m torpaq payı verilmişdir. A seriyalı, 195782 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon X7 xx xxxxxxxx 2002-ci il tarixli, 06 saylı qərarı ilə Şəki rayonu İkinci Biləcik kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün X3 220.6 kv.m torpaq payı verilmişdir. A seriyalı, 195783 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon X7 xx xxxxxxxx 2002-ci il tarixli, 06 saylı qərarı ilə Şəki rayonu İkinci Biləcik kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün X3 220.6 kv.m torpaq payı verilmişdir. A seriyalı, 195787 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon X7 xx xxxxxxxx 2002-ci il tarixli, 06 saylı qərarı ilə Şəki rayonu İkinci Biləcik kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün X3 5397.98 kv.m torpaq payı verilmişdir. A seriyalı, 195793 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon X7 xx xxxxxxxx 2002-ci il tarixli, 06 saylı qərarı ilə Şəki rayonu İkinci Biləcik kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün X3 1392.58 kv.m torpaq payı verilmişdir. A seriyalı, 195794 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon X7 xx xxxxxxxx 2002-ci il tarixli, 06 saylı qərarı ilə Şəki rayonu İkinci Biləcik kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün X3 1092.82 kv.m torpaq payı verilmişdir. A seriyalı, 195801 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon X7 xx xxxxxxxx 2002-ci il tarixli, 06 saylı qərarı ilə Şəki rayonu İkinci Biləcik kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün X3 488.75 kv.m torpaq payı verilmişdir. JN:0107 nömrəli (kod 40404058) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»nın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X4 xx xxxxxxxx 2002-ci il tarixli, 06 saylı qərarına əsasən Şəki rayonu İkinci Biləcik kənd sakinləri X5, X9, İddiaçı2, İddiaçı1, Cavabdeh, X10, Xasıyev Röyal Abuzər oğlu və X8 1.15 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-464/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 və İddiaçı2 tərəfindən ataları X1 miras qalmış, Azərbaycan Respublikası Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən ataları X2 adına verilmiş A 195783 saylı, A 195782 saylı, A 195801 saylı, A 195794 saylı, A 195793 saylı, A 195787 saylı, A 195701 saylı, A 195547 saylı torpaq sahəsinin ölçü planlarına qeyd olunan Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahələri, atalarından miras qalmış torpağa mülkiyyət hüququna dair verilmiş JN-0107 seriyalı 40404058 kodlu dövlət aktında qeyd edilən Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahəsi üzərində mirasın qəbul edilməsi hüquqi faktı müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1662/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-464/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7751/2018 saylı, xx xxxxxx 2018ci il tarixli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1662/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasının dayandırılması barədə İddiaçı1 ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli, **********21 nömrəli bildirişdən görünür ki, təqdim olunan sənədlərə əsasən torpaq sahəsi üzərində çöl ölçmə işlərinin aparılması üçün ərazi idarəsinin mütəxəssislərinə şərait yaradılmamış və torpaq sahəsi üzərində mübahisə olduğu məlum olmuşdur. Bu səbəbdən ərizənin qanunvericilikdə müəyyən olunmuş müddət ərzində icrası mümkün olmamış və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ərizənizin icrası 1 (bir) ay müddətinə dayandırılmışdır. Qeyd olunan müddət ərzində ərazidə çöl ölçmə işlərinin aparılması üçün şərait yaradılmayacağı təqdirdə ərizənin icrasından imtina ediləcəkdir. Məhkəmə iclasında tərəflərin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, mübahisə predmeti olan torpaq sahələri A 195547 saylı A 195701 saylı, A 195782 saylı, A 195783 saylı, A 195787 saylı, A 195793 saylı, A 195794 saylı və A 195801 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahələri X2 tam, həmçinin Şəki rayonu X7 xx xxxxxxxx 2002-ci il tarixli, 06 nömrəli qərarına əsasən Şəki rayonu İkinci Biləcik kənd sakinlərinə 1.15 ha torpaq sahəsi isə X5, X9, İddiaçı2, İddiaçı1, Cavabdeh, X10, Xasıyev Röyal Abuzər oğlu və X6 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən mərhum X2 adına verilmiş A 195783 saylı, A 195782 saylı, A 195801 saylı, A 195794 saylı, A 195793 saylı, A 195787 saylı, A 195701 saylı, A 195547 saylı torpaq sahəsinin ölçü planlarına qeyd olunan Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahələri, həmçinin torpağa mülkiyyət hüququna dair verilmiş JN- 0107 seriyalı 40404058 kodlu dövlət aktında qeyd edilən Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahəsi üzərində iddiaçıların mirasın qəbul edilməsi hüquqi faktı müəyyən edilmişdir. İddiaçılar torpaq sahələrini daşınmaz əmlakın dövlət reyestrində adlarına qeydiyyata alınaraq çıxarış verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə müraciət etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi çıxarışın verilməsindən imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin səlahiyyətli şəxsləri torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının aparılması məqsədilə çıxarışın tərtib edilməsi üçün həmin torpaq sahələrinə naturada baxış keçirilməsi və müayinə ölçü işlərinin aparılması üçün həmin əraziyə getsələr də, həmin torpaqlarda çöl-ölçü işlərinin aparılması mümkün olmamış, cavabdeh tərəfindən süni maneələr yaradılmışdır. İddiaçılar iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, «Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanunu»nun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu»nun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Həmin Qanunun 10.2.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün torpaq sahəsinin planı və ölçüsü təqdim edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Həmin maddəyə əsasən cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti olan torpaq sahələri üzərində mirası qəbul etmələri müəyyən edildiyindən onların əmlakdan istifadə etməsinə maneçilik törədilməsi yolverilməzdir. Bu səbəbdən də iddiaçılar torpaq sahələri üzərində ölçmə işlərinin aparılmasına yaradılan maneələrin cavabdehə qadağan olunmasını tələb etməkdə haqlıdırlar. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ə.Ə.Axverdiyevin şikayəti üzrə X13 Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. İddiaçılar İddiaçı1 və İddiaçı2 ataları X1 miras qalmış A 195783, A 195782, A 195801, A 195794, A 195793, A 195787, A 195701, A 195547 saylı və torpağa mülkiyyət hüququna dair verilmiş JN-0107 seriyalı, 40404058 kodlu dövlət aktında qeyd edilən Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahələrindən Cavabdeh çıxarılması tələb etsələr də, Şəki rayonu İkinci Biləcik kəndində yerləşən A 195783, A 195782, A 195801, A 195794, A 195793, A 195787, A 195701, A 195547 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan mübahisəli torpaq sahələri hazırda tam mülkiyyət hüququ üzrə mərhum X2 adına olsa da, Cavabdeh vərəsə kimi həmin torpaq sahələrindən gələcəkdə gözlənilən mülkiyyət hüququ vardır. Şəki rayonu X7 xx xxxxxxxx 2002-ci il tarixli, 06 nömrəli qərarına əsasən Şəki rayonu İkinci Biləcik kənd sakinlərinə 1.15 ha torpaq sahəsinin verilməsi barədə JN:0107 nömrəli (kod 40404058) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»nda qeyd edilən Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahəsi isə cavabdehin ümumi birgə mülkiyyətindədir. Odur ki, iddia tələbi cavabdehin torpaq sahələrindən çıxarılması hissəsində əsaslı deyildir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən X2 adına verilmiş A 195547 saylı A 195701 saylı, A 195782 saylı, A 195783 saylı, A 195787 saylı, A 195793 saylı, A 195794 saylı və A 195801 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahələri, həmçinin Şəki rayonu X7 xx xxxxxxxx 2002-ci il tarixli, 06 nömrəli qərarına əsasən Şəki rayonu İkinci Biləcik kənd sakinlərinə 1.15 ha torpaq sahəsinin verilməsi barədə JN:0107 nömrəli (kod 40404058) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»nda qeyd edilən Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahəsi üzərində ölçmə işlərinin aparılmasına yaradılan maneələr Cavabdeh qadağan edilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Tələb edilməməsi nəzərə alınaraq iddiaçıların dövlət büdcəsinə ödədikləri 10 manat dövlət rüsumu onların özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən X2 adına verilmiş A 195547 saylı A 195701 saylı, A 195782 saylı, A 195783 saylı, A 195787 saylı, A 195793 saylı, A 195794 saylı və A 195801 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahələri, həmçinin Şəki rayonu X7 xx xxxxxxxx 2002-ci il tarixli, 06 nömrəli qərarına əsasən Şəki rayonu İkinci Biləcik kənd sakinlərinə 1.15 ha torpaq sahəsinin verilməsi barədə JN:0107 nömrəli (kod 40404058) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»nda qeyd edilən Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahəsi üzərində ölçmə işlərinin aparılmasına yaradılan maneələr Cavabdeh qadağan olunsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar