Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-182/2021 25.01.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 uşaqları xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ödənilməli olan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat miqdarında alimentin xeyrimə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin o, xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-1572/2019 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub, ona verilməsi qət edilmişdir. Hər uşağa görə 100 manat aliment məbləği indiki zamana görə çox azdır, uşaqlara baxmaq üçün kifayət etmir. Günü-gündən övladlarının tələbatları artır. Belə ki, uşaqlar normal qaydada yeməli, müalicə olunmalı, onlara pal-paltar alınmalı, təhsili və uşağın dünya görüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Bu il əvvəlki illərə nisbətən hər şeyin qiyməti qalxmışdır. Özü də heç yerdə işləmir və heç yerdən də qazancı yoxdur. Belə bir vəziyyətdə uşaqlara baxmaq onun üçün maddi cəhətdən çox çətindir. Buna görə də məhkəmə qətnaməsi ilə ödənilməli olan alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-1572/2019 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin ondan tutulub, İddiaçı verilməsi qət edilmişdir. O, məhkəmə qətnaməsi ilə qət edilmiş aliment məbləğini müntəzəm olaraq ödəyir. Ancaq hazırki tələbdə göstərilən aliment məbləği onu imkanı xaricindədir. Belə ki o, ofisiant işləyir və aylıq əməkhaqqısı 250 manat təşkil edir. Həmçinin o, ikinci dəfə nikaha girmiş, həmin nikahdan xx.xx.2020-ci il tarixdə Hacağayeva Damla adlı qızı dünyaya gəlmişdir. Həmçinin işi ilə əlaqədar Şəki şəhərində kirayədə qalır. Bundan başqa iddiaçı özü də Şəki şəhər qarışıq tipli uşaq evində tibb bacısı vəzifəsində işləyir və əməkhaqqı alır. Hazırda pandemiya ilə əlaqədar alimenti çətinliklə ödəyir, həmçinin öz ailəsini də çox çətinliklə dolandırır. Ailəsində ondan başqa işləyən yoxdur. Əgər aliment miqdarı artırılarsa icra mərhələsində müəyyən problemlər yaranmasından çəkinir, həmçinin hazırkı ailəsinə də baxa bilməyəcəkdir. Buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(075)-814/2019 saylı qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(075)-1513/2014 saylı qətnaməsi ilə Cavabdeh ilə X18 arasında Şəki şəhər VVADQ Şöbəsində bağlanmış xx xxxxxx 2006-cı il tarixli, 467 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan anadan olmuş uşaqları – xx xxxxxx 2007-ci il təvəllüdlü İsmayılın atası Cavabdeh, xx xxxx 2009-cu il təvəllüdlü Xədicənin anası X12 himayəsində saxlanılması qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-1572/2019 saylı qətnaməsinin məzmunundan görünür ki: - xx xxxx 2017-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh X18 ilə olan nikahı xx xxxx 2017-ci i tarixdə ləğv edilmiş, nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 50 nömrə ilə qeydiyyat alınmışdır. Nikah ləğv olunandan sonra qaqdına Abdulhəşimova soyadı verlmişdir. - xx xxxxxxx 2009-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 2009-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası isə X14r. - xx xxxxxx 2015-ci il tarixdə verilmiş AZE 12561908 seriya nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 2007-ci il təvəllüdlü X4 Cavabdeh, anası isə Hacağayeva Arzudur. - Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(075)-814/2019 saylı qətnaməsindən görünür ki, xx xxxxxx 2007-ci il tarixdə anadan omuş X6 Cavabdeh himayəsindən alınaraq anası X7 himayəsinə verilməsi qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-1572/2019 saylı qətnaməsindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 (bir yüz) manat cəmi 200 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub iddiaçı X10 verilməsi, alimentin tutulmasının əvvəlinin xx xxxx 2019-cu il tarixdən hesablanması qət edilmişdir. İşdə olan AZ-İİ 261519 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X8 arasında xx xxxx 2018-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 46 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Hacağayeva soyadı verilmişdir. İşdə olan AZ-İV 473029 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası isə X1r. İşdə olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən o, ofisiant vəzifəsində işləyir və aylıq əmək haqqı 250 manat təşkil edir. Elektron Məhkəmə resurslarından istifadə edilməklə işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli İddiaçı şəxsi məlumat çıxarışından görünür ki, İddiaçı Şəki şəhər qarışıq tipli uşaq evində peşəkar tibb bacısı vəzifəsində işləyir və əmək haqqı 153 manat təşkil edir. Mülki proses tərəflərinin izahatlarını dinləyib, işdə mövcud olan sənədləri araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Belə ki, aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, aliment miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs aliment miqdarının artırılmasını tələb edə bilər. Məhkəmə tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimentin miqdarını dəyişməyə və yaxud aliment ödəyən şəxsi onu ödəməkdən azad edə bilər. Həmin məsələ məhkəmədə müzakirə edildikdə, buna əsas olan halın daimi xarakter daşıyıb-daşımaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. xx xxxxxx 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh əvvəllər ailəli olmuş və onların birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X9 adında uşaqları doğulmuşdur. Sonradan onlar arasındakı nikah pozulmuş və hal-hazırda hər iki uşaq ananın himayəsindədir. Cavabdeh həmin uşaqlara görə iddiaçıya məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə hər uşaq üçün hər ay 100 manat aliment ödəyir. Lakin cavabdeh sonradan ikinci dəfə rəsmi nikaha daxil olmuş və həmin nikahda da X11 adlı əlavə bir uşağı da anadan olmuşdur. Göründüyü kimi cavabdehin maddi vəziyyətində müsbət hər hansı dəyişiklik baş verməmiş, versə də iddiaçı məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Əksinə cavabdehin ikinci nikahdan da bir uşağının olması onu nisbətən daha məsuliyyətli duruma salmışdır. Beləliklə də cavabdehin himayəsində hal-hazırda 3 uşağı vardır. İddiaçı iddianın təmin, cavabdeh isə ikinci dəfə ailə qurmasını və həmin nikahdan da 1 uşağının olmasını, həmçinin iddiaçının özünün də işləyərək gəlir əldə etməsini nəzərə araq iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, cavabdehn ikinci nikahdan da 1 uşağının olmasını, maddi vəziyyətinin yaxşı olmamasını, iddiaçının özünün də işləyərək gəlir əldə etməsini, sonuncu dəfə alimentin qət edilməsindən sonra iddiaçı tərəfindən cavabdehin qazancında müsbət dəyişikliyin baş verməsi barədə məhkəməyə heç bir sübutun təqdim edilməməsini, iddiaçının əsas gətirdiyi dəlilləri nəzərə alaraq məhkəmə iddianı əsaslı hesab etmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdeh X2 uşaqları xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ödənilməli olan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat miqdarında alimentin xeyrimə tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdeh X2 uşaqları xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ödənilməli olan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat miqdarında alimentin xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-182/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-182/2021
25.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver