Məhkəmə qərarları › İş №2(075)-1833/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1833/2021

24.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1833/2021 24.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, X1 “məhkəmə qaydasında mənzildən istifadə hüququnun tanınması” tələbinə dair ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: X2 ərizə ilə məhkəməyə müraciət edərək, doğulduğu xx.xx.1995-ci il tarixindən bu günkü günədək, yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, X1 ərizəsindən aydın olur ki, o xüsusi iddia icraatı qaydasında məhkəməyə müraciət etmişdir.Lakin ərizəçi ərizəsində kimi və ya hansı orqanı maraqlı şəxs qismində cəlb etməmiş, MPM-nin 149-cu maddəsinin tələbinə uyğun olaraq onun adını, qeydiyyat və poçt ünvanını göstərilməmiş, həmçinin bunlara dair sübutlarını ərizəsinə əlavə etməmişdir. Göründüyü kimi iddiaçı MPM-nin 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adlarını və onların poçt ünvanlarını dəqiq göstərməli olduğu halda maraqlı şəxsin adını, ünvanını göstərməmişdir. Belə olan halda məhkəmə ərizəni icraata qəbul edə bilməz. Çunki hazırki vəziyyətdə işin icraata qəbul edilməsi aidiyyat qaydalarının pozulmasına və maraqlı şəxsin məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi olaraq məlumatlandırılmamasına səbəb ola bilər. Bundan başqa Azərbaycan Respublikası MPM-nin 305-ci maddəsində məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər göstərilmişdir. Həmin Məcəllənin 307-ci maddəsində məhkəmənin baxa biləcəyi hüquqi əhəmiyyətli faktların siyahısı öz əksini tapmışdır. Lakin həmin siyahıda məhkəmə qaydasında mənzildən istifadə hüququnun tanınması hüquqi əhəmiyyətli hal kimi müəyyən olunması nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə ərizəçiyə qanunvericiliyin və MPM-nin 149-cu maddəsinin tələbinə uyğun şəkildə müvafiq iddia və ya ərizə ilə məhkəməyə müraciət etməsini tövsiyyə edir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də ərizə Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM.-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: X1 “məhkəmə qaydasında mənzildən istifadə hüququnun tanınması” tələbinə dair ərizəsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar