Məhkəmə qərarları › İş №2(075)-184/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-184/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-184/2022 17.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 28.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə 4915,08 manat əsas borc, 718,23 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 5633,31 manat borcun və 76,33 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 28.01.2020-ci il tarixli kredit müqaviləsinə əsasən “Nikoyl" İKB ASC-dən illik 25 faizlə 24 ay müddətinə 5000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 28.01.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 29.12.2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 28.10.2022-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il oktyabrın 29-dək Cavabdeh1 banka 28.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə 4915,08 manat əsas borc, 718,23 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 5633.31 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC nümayəndəsi Nümayəndə2 məhkəməyə elektron qaydada göndərdiyi ərizədə üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə iddiaçı tərəfin iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli 11-MZ-2-0-196-20 saylı Güzəştli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh1 24 ay müddətinə, illik 25% olmaqla 5000 manat məbləğində kredit verilmişdir. İşdə olan 28 yanvar 2020-ci il tarixli 11-MZ-2-0-196-20 saylı Güzəştli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh1 götürdüyü 5000 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. İşdə olan 28 aprel 2020-ci il tarixli 11-MZ-2-0-196-20 saylı Güzəştli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh1 4666,22 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. İşdə olan 16 sentyabr 2020-ci il tarixli 11-MZ-2-0-196-20 saylı Güzəştli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh1 4812,92 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 23 ay müddətinə qaytarmalı olmuşdur. İşdə olan 29 dekabr 2020-ci il tarixli 11-MZ-2-0-196-20 saylı Güzəştli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh1 4915,08 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. İşdə olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 28 yanvar 2020-ci il tarixli 11-MZ-2-0-196-20 saylı müqaviləyə əsasən 29 oktyabr 2021-ci il tarixə "Yelo Bank” ASC-yə 4915,08 manat əsas, 718,23 manat faiz borcu olmaqla cəmi 5633,31 manat məbləğində borcu vardır. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli 11-MZ-2-0-196-20 saylı Güzəştli kredit müqaviləsindən və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 28.01.2020-ci il tarixli 11- MZ-2-0-196-20 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh1 24 ay müddətinə, illik 25% olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki İddiaçı ASC ilə Cavabdeh1 ilə arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli 11-MZ-2-0-196-20 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 25 % (iyirmi beş) faiz dərəcəsi olmaqla 24 (iyirmi dört) ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh1 və onun zamini Cavabdeh2 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 4915,08 manat əsas, 718,23 manat faiz olmaqla, cəmi 5633,31 manat borc və 76,33 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 4915,08 manat əsas, 718,23 manat faiz olmaqla, cəmi 5633,31 manat borc və 76,33 manat dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar