Məhkəmə qərarları › İş №2(075)-1884/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1884/2021

13.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1884/2021 13.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəlik yolu ilə 1/4 hissəsi paylı mülkiyyətinə keçmiş və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarını həyata keçirməyinə, həmçinin, həmin ünvanda ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının ölçmə işləri aparmasına cavabdeh İsayeva (Zərgərova) Yeganə Adil qızı tərəfindən hər hansı maneəçiliyin törədilməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək göstərdi ki, onun atası X5 18 iyul 2002-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra onun vərəsələri kimi o, qardaşı X16, bacısı X7 qalmışdır. Digər qardaşı X11 isə 2002-ci ildə, lakin atasından əvvəl vəfat etmişdir. O, atası X1 qulluğunda durmuş, atasına baxmış və atasının vəfatından sonra onun dəfn və bundan sonraki yas mərasimlərində yaxından iştirak etmiş, ümumiyyətlə atasının yas mərasimini yola verilməsində yaxından iştirak etmişdir. Beləliklə də o, atasından qalmış miras əmlakı faktiki olaraq qəbul etməyini nümayiş etdirmişdir. Onun atası X3 vəfat etdiyi günə, yəni 18 iyul 2002-ci il tarixə ondan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin miras evdən payının müəyyən edilməsi üçün notariat kontoruna müraciət etsə də, notaris tərəfindən tələbinin icrasından imtina edilmiş və ona aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Buna səbəb kimi müddətin ötürülməsi göstərilmişdir. Buna görə də həmin tələblə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(075)- 1153/2020 nömrəli qətnaməsinə əsasən onun atasından miras qalmış həmin fərdi yaşayış evindən 1/4 hissə mirası qəbul etməsi faktı müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. O, həmin şəhadətnamə əsasında onun payına düşən hissədə çıxarışın verilməsi ilə bağlı ƏMDK yanında DƏDRXnin Şəki Ərazi idarəsinə müraciət etmişdir. Lakin, həmin evdə yaşayan cavabdeh İsayeya (Zərgərova) Yeganə Adil qızı ƏMDK yanında DƏDRX-nin əməkdaşlarının həmin ünvanda ölçmə işləri aparmalarına imkan verməmişdir. Həmçinin, onun da həmin evdən istifadəsinə maneəçilikər yaradır. Göründüyü kimi mübahisə predmeti olan fərdi yaşayaş evi 1/4 hissədə ona məxsusdur. Yaranmış vəziyyətdə cavabdeh tərəfindən edilən manelərin qadağan edilməsini tələb etmək hüququ vardır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, o, iddiaçının mərhum qardaşı X8 arvadıdır. O, 1993-cü ildə X11 ilə rəsmi qaydada ailə quraraq sözügedən evə gəlin gəlmişdir. Həmin vaxtdan hal-hazıradək 2 uşağı ilə birlikdə sözügedən evdə yaşayır. Göstərmişdir ki, həyat yoldaş Aydın Rusiya federasiyasında vəfat etmişdir. O, gəlin gəldiyi vaxtdan qeyd edilən evdə yaşayır. Həmin evdə müəyyən yaxşılaşdırmalar aparmışdır. İddiaçının özünün aydıca evi vardır və o, ailəsi ilə birlikdə həmin evdə yaşayır. Şəki Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(075)-1153/2020 nömrəli qətnaməsinə əsasən iddiaçının atasından miras qalmış həmin fərdi yaşayış evindən 1/4 hissə mirası qəbul etməsi faktı müəyyən edilmişdir. Evdə iki uşağı və nəvəsi vardır. İddiaçı ayrılıb gedəndən sonra heç vaxt miras əmlakda yaşamamışdır. Bu yaxınlarda ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin işçiləri kimi özlərini təqdim etmiş şəxslər onların evinə daxil olmaq istəmişlər. Lakin həmin şəxslərin bu barədə hər hansı sənədləri olmadığından onları içəri buraxmamışdır. Məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. İşdə olan “Dağ dibi” məhəllə nümayəndəsi tərəfindən verilmiş 12 oktyabr 2021-ci il tarixli, 433 nömrəli arayışdan görünür ki, Cavabdeh Şəki şəhəri “Dağ dibi” məhəlləsi, A.Abdullayev küçəsi, 1 saylı evdə yaşayır. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən İddiaçı göndərilmiş 16 iyun 2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasınınn dayandırılması barədə bildirişdən görünür ki, Şəki şəhəri, R.Axundov küçəsinsə yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 26.05.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə baxılmışdır. Aparılan çöl ölçmə işləri zamanı fərdi yaşayış evi üzərində mübahisə olduğu məlum olmuşdur. Bu səbəbdən, ərizənin icrası qanunvericiliklə müəyyən olunmuş müddətdə mümkün olmamış və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ərizənin icrası 1 (bir) ay müddətinə dayandırılmışdır. Məlumat üçün bildirilmişdir ki, qeyd olunmuş müddət ərzində fərdi yaşayış evi üzərində mübahisə başa çatmayacağı təqdirdə ərizənin icrasından imtina olunacaqdır. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən İddiaçı göndərilmiş 16 iyul 2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, X4 məxsus Şəki şəhəri, R.Axundov küçəsində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 26 may 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə baxılmışdır. Müayinə-ölçü işlərinin aparılmasına şərait yaradılmadığından “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin müddəalarına əsasən ərizənin icrası 1 (bir) ay müddətinə dayandırılmiş, lakin dayandırma müddətində dayandırmaya səbəb aradan qaldırılmadığından ərizənin icrası mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. İşdə olan Şəki Rayon Məhkəməsinin 28 okyabr 2020-ci il tarixli, 2(075)-1153/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı 18 iyul 2002-ci il tarixdə vəfat etmiş mərhum atası X2 miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət mirasın ¼ hissəsini qəbul etməsi faktının müəyyən edilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 28 okyabr 2020-ci il tarixli, 2(075)-1153/2020 saylı qətnaməsinin məzmununda olan Şəki rayonlararası Texniki İnventarlaşdırılma Bürosu tərəfindən 05 sentyabr 1991-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X3 adına qeydiyyata alınmışdır. Yenə həmin qətnamənin məzmununda oaln; Şəki rayon qeydiyyat şöbəsi tərəfindən 20 iyun 2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 oğlu 21 iyul 2002-ci il tarixdə vəfat etmişdir. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən 15 oktyabr 2020-ci il tarixdə verilmiş nikaha dair çıxarışdan görünür ki, X6 ilə X9 arasında 12 dekabr 1963-cü il tarixdə nikah bağlanmışdır. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən 15 oktyabr 2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 04 noyabr 2004-cü il tarixdə vəfat etmişdir. Nuxa şəhər VVAQ Bürosu tərəfindən 28 noyabr 1964-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxxx 1964-cü il təvəllüdlü İddiaçı atası X6, anası isə X10r. Nuxa şəhər VVAQ Bürosu tərəfindən mart 1966-cı il tarixdə verilmiş doğum haqqında akt qeydindən görünür ki, 23 mart 1966-cı il təvəllüdlü X8 atası X6, anası isə X10r. Şəki rayon Qeydiyyat Şöbəsinin 21 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, X8 ölümü barədə Şəki rayon Qeydiyyat Şöbəsinin arxivində akt qeydi aşkar eidlməmişdir. Şəki şəhər İHB-nin Dağdibi məhəllə nümayəndəliyi tərəfindən verilmiş 17 iyun 2020ci il tarixli, 184 nömrəli arayışda göstərilmişdir ki, Şəki şəhəri, A.Abdullayev küçəsi 1 saylı evdə yaşamış X6 həqiqətən 2002-ci ildə vəfat etmiş, onun vərəsələri kimi İddiaçı, X16, X7, X11 (vəfat etmişdir) qalmışlar. Məhkəmə iclası zamanı tərəflərin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi zamanı aydın oldu ki, Şəki Rayon Məhkəməsinin 28 okyabr 2020-ci il tarixli, 2(075)- 1153/2020 saylı qətnaməsinə əsasən İddiaçı 18 iyul 2002-ci il tarixdə vəfat etmiş mərhum atası X2 miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət mirasın ¼ hissəsini qəbul etməsi faktının müəyyən edilmişdir. İddiaçı isə çıxarış almaq üçün ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçü işlərinin aparılmasını istəyir. Lakin Cavabdeh ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının sənədləri olmadan onların evinə gəlmələrini əsas gətirərək onların ölçü işlərinin aparmalarına imkan vermir. İddiaçı iddiasını müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Avropa Məhkəməsi «Önəryıldız Türkiyəyə qarşı» qərarında xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində «mülkiyyət anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır. Həmin qərarda Avropa Məhkəməsi həmçinin vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur və ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyət»ə bərabərdir. Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. X18 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, X19rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Avropa Məhkəməsi presedentlərində göstərildiyi kimi yaşayış evini cavabdeh X13 inşa etdirdiyi üçün həmin ev ona məxsusdur. Həmin yaşayış evi Avropa Məhkəməsinin presedentlərinə görə «mühüm iqtisadi maraq» kəsb edir və həmin yaşayış evi üzərində onun ən azından istifadə, həmçinin “gözlənilən” hüququ vardır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenimununun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 15.04.2002-ci ildən konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasını tanıyır. İnsan və vətəndaş hüquqları və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən insan hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüqüq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüqaqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqları üzrə Avropa məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Yuxarıda göstərilən əsaslarla məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı vərəsəlik yolu ilə 1/4 hissəsi paylı mülkiyyətinə keçmiş və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarını həyata keçirməyinə, həmçinin, həmin ünvanda ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının ölçmə işləri aparmasına cavabdeh İsayeva (Zərgərova) Yeganə Adil qızı tərəfindən edilən maneələr aradan qaldırılmalıdır. Tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı vərəsəlik yolu ilə 1/4 hissəsi paylı mülkiyyətinə keçmiş və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarını həyata keçirməyinə, həmçinin, həmin ünvanda ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının ölçmə işləri aparmasına cavabdeh İsayeva (Zərgərova) Yeganə Adil qızı tərəfindən edilən maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar