Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-195/2024 15.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri F.X.Xoyski küçəsi ev 19 ünvanında qeydiyyatda olan, 20 iyul 1977-ci il təvəllüdlü qardaşı X11 xəbərsiz itkin düşmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunl əsaslandırmışdır ki, onun qardaşı X17 20 iyul 1977-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. X26 2013-cü ildə Türkiyə Respublikasında işləmək adı ilə evdən getmişdir. Qardaşı subay olmuşdur. Daha sonra qardaşı evlə əlaqə saxlayaraq bildirmişdir ki, Suriya Respublikasındadır və orada dini radikal qruplaşmaya qoşulmuşdur. Qardaşı evlə 2016-cı ilin dekabr ayına kimi əlaqə saxlamışdır. Lakin həmin vaxtdan sonra qardaşı barədə heç bir məlumatı yoxdur. 2016-ci ilin dekabr ayından sonra qardaşı Samir nə onlara zəng etməmiş, onunla və yaxud ailə üzvləri ilə digər hər hansı bir şəkildə əlaqə saxlamamış və Azərbaycan Respublikası ərazisinə qayıtmamışdır. Bir sözlə 2016-cı ilin dekabr ayından sonra qardaşı Samirdən heç bir məlumat olmamışdır. Şəki şəhəri F.X.Xoyski küçəsi ev 19 ünvanında yerləşən fərdi yaşayış evi mərhum ataları X5 adınadır. X2 29 mart 2009-cu il tarixdə vəfat etmişdir. X9 isə 23 sentyabr 2018-ci il tarixdə vəfat etmişdir. Hazırda o, mərhum atadan miras qalmış Şəki şəhəri F.X.Xoyski küçəsi ev 19 ünvanında yerləşən fərdi yaşayış evinə mirası qəbul etmək istəyir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, X17 onun qardaşıdır. Qardaşı 2013-cü ildə işləmək üçün Türkiyəyə getmişdir. X17 usta olmuşdur. Qardaşı getdikdən sonra bir, iki dəfə anasına zəng vurub danışmışdır. X17 namaz qılan, dindan adam olmuşdur. O, Türkiyəyə işləmək adı ilə getmişdir. Samir anaları ilə təxminən getdikdən bir, iki il sonra, yəni 2014 - 2015-ci illərdə danışmışdır. Samir anası ilə danışarkən Suriyaya getdiyini bildirmişdir. Anası vəfat etmişdir. Bundan sonra Samirdən heç bir xəbər tuta bilməmişdilər. Bildirmişdir ki, eşitdiyinə görə Samir artıq Suriyada vəfat etmişdir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsi X8 izahat verərək ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Bildirmişdir ki, ərizəçinin qardaşı Samiri tanımışdır. Samir yaşca onlardan böyük olmuşdur. O, sonuncu dəfə ərizəçinin qardaşı Samiri 2013-cü ildə görmüşdür. Bundan sonra Samiri görməmişdir. Həmin vaxtdan Samir çıxıb getmişdir. Samirin hara getməsindən, hal-hazırda hara olmasından məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Bildirmişdir ki, ərizəçinin qardaşı Samiri tanımışdır. Onun Samirlə münasibətləri yaxın olmuşdur. Samirlə bir böyümüşlər. Göstərmişdir ki, o, Samiri 2013-cü ildən bəri görməmişdir. Samir dinlə əlaqədar olaraq xarici ölkəyə getmişdir. Bu vaxta kimi geri qayıtmamışdır. Samirdən heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşıdır. Bildirmişdir ki, X17 onun qardaşıdır. 2013-cü ildən sonra qardaşı Samirdən heç bir xəbərləri yoxdur. Qardaşı Samir dindar adam olmuşdur. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 sentyabr 2023-cü il tarixli, 3-16-5/8-15-976/23 saylı məktubdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X11 doğum haqqında təkrar şəhadətnaməsinin istənilməsi ilə bağlı müraciətə baxılmış, lakin X11 doğum haqqında şəhadətnaməsinin təqdim edilməsi mümkün olmamışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 31 avqust 2023-cü il tarixli, AZ-İİ 364096 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 23 sentyabr 2018-ci il tarixdə vəfat etməsi ölüm haqqında akt qeydləri kitabında 421 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 31 avqust 2023-cü il tarixli, AZ-İİ 364097 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 29 mart 2009-cu il tarixdə vəfat etməsi ölüm haqqında akt qeydləri kitabında 151 nömrə ilə qeyd edilmişdir. İşdə olan Şəki Rayon Prokurorluğunun 23 noyabr 2023-cü il tarixli, 415xid-23 saylı məktubundan görünür ki, 20 iyul 1977-ci il tarixdə Şəki şəhərində anadan olmuş X11 barəsində Şəki Rayon Prokurorluğunda araşdırma aparılmamışdır. İşdə olan Şəki ŞRPŞ-nin 18 dekabr 2023-cü il tarixli, 3-13-108/2-32821/23 saylı məktubundan görünür ki, X17 27 may 2014-cü il tarixdə yaşadığı ünvan 1 ünvanından (ölkədən) naməlum istiqamətə çıxıb getmiş və geri qayıtması haqqında məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 05 dekabr 2023-cü il tarixli, 3-38-33/2-4574/23 saylı məktubdan görünür ki, 20 iyul 1977-ci təvəllüdlü X1 dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2014-cü il tarixdə “çıxış” məlumatı qeydə alınmışdır. Bununla yanaşı, X11 xarici ölkələrdən deportasiya olması barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Şəki şəhər şöbəsi tərəfindən verilmiş 20 dekabr 2023-cü il tarixli, 4566 nömrəli məktubdan görünür ki, 20 iyul 1977-ci təvəllüdlü, Şəki şəhər sakini olmuş X17 şöbəyə terrorçu qruplaşmaların tərkibinə qoşulmaq üçün 2013-cü ildə Suriyaya səfər edən şəxs kimi məlumdur. X11 Suriyada münaqişə bölgələrində gedən döyüşlər zamanı həlak olması ilə bağlı əməliyyat məlumatları mövcud olsa da, bu barədə rəsmi məlumat daxil olmamışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 05 avqust 1977-ci il tarixli, 626 nömrəli doğum haqqında akt qeydindən görünür ki, 20 iyul 1977-ci təvəllüdlü X11 X2, X9dır. İşdə olan elektron portaldan çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, 20 iyul 1977-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan X17 07 aprel 2014-cü il tarixdə özünə şəxsiyyət vəsiqəsi almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəlləsinin 40.2-ci maddəsinə əsasən itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Həmin Məcəlləsinin 40.5-ci madəsinə əsasən xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Həmin Məcəlləsinin 41.2-ci madəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. Göründüyü kimi X7 şəhəri F.X.Xoyski küçəsi ev 19 ünvanında qeydiyyatda olmasına, 2014-cü ilin aprel ayının 07-də şəxsiyyət vəsiqəsi almasına baxmayaraq həmin vaxtdan sonra onun harada olması barədə qeydiyyat ünvanı üzrə heç bir dəqiq məlumat yoxdur. 2014-cü ildən sonrakı tarixdən X17 yaşayış yerində görünməmiş və harada yaşaması da bəlli olmamışdır. Məhkəmə iclası zamanı araşdırılmış sübutlarla təsdiq edilmişdir ki, ərizəçi X17 itkin düşmüşdür. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 20 iyul 1977-ci il tarixdə Azərbaycan Respublikası ünvan 3 ünvanında pasport qeydiyyatında olan X17 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 20 iyul 1977-ci il tarixdə Azərbaycan Respublikasının ünvan 3 ünvanında pasport qeydiyyatında olan X17 xəbərsiz itkin düşmüş hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, tərəflərə təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-195/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-195/2024
15.03.2024 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver