Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1966/2021 06.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 100821-145998/10 nömrəli kredit müqaviləsi üzrə 749,33 manat əsas borc, 9,1 manat faiz borcu olmaqla ümumilikdə 758,43 manat, 100821-145998/11 nömrəli müqaviləsi üzrə 534,52 manat əsas borc, 6,49 manat faiz borcu olmaqla ümumilikdə 541,01 manat , hər iki müqavilə üzrə cəmi 1299,44 manat və 30,4 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 15 iyul 2019-cu il tarixli, 100821-145998/10 nömrəli istehlak kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 749,33 manat məbləğində, 15 iyul 2019-cu il 100821-145998/11 nömrəli istehlak kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 534,52 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, Banka olan borcunu ödəməmişdir. 19 avqust 2021-ci il tarixinə cavabdehin 100821-145998/10 nömrəli kredit müqaviləsi üzrə 749,33 manat əsas borc, 9,1 manat faiz borcu olmaqla ümumilikdə 758,43 manat, 100821-145998/11 nömrəli kredit müqaviləsi üzrə 534,52 manat əsas borc, 6,49 manat faiz borcu olmaqla ümumilikdə 541,01 manat, hər iki müqavilə üzrə cəmi 1299,44 manat məbləğində kredit borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, 100821-145998/10 nömrəli kredit müqaviləsi üzrə 749,33 manat əsas borc, 9,1 manat faiz borcu olmaqla ümumilikdə 758,43 manat, 100821-145998/11 nömrəli müqaviləsi üzrə 534,52 manat əsas borc, 6,49 manat faiz borcu olmaqla ümumilikdə 541,01 manat , hər iki müqavilə üzrə cəmi 1299,44 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30,4 manat dövlət rüsumu cavabdehlər Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 100821-145998/10 nömrəli kredit müqaviləsi üzrə 749,33 manat əsas borc, 9,1 manat faiz borcu olmaqla ümumilikdə 758,43 manat, 100821-145998/11 nömrəli müqaviləsi üzrə 534,52 manat əsas borc, 6,49 manat faiz borcu olmaqla ümumilikdə 541,01 manat , hər iki müqavilə üzrə cəmi 1299,44 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İş üzrə ödənilmiş 30,4 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1966/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1966/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver