Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1976/2021 26.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı-nin xeyrinə 1333 manat məbləğində əsas borc, 3118 manat dəbbə borcu və 30 manat dövlət rüsumu məbləği olmaqla, cəmi 4481 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin 26 oktyabr 2021-ci il tarixdə İddiaçı-nin nümayəndəsi Vəkil məhkəməyə elektron qaydada ərizə göndərərək, iş üzər bütün məhkəmə baxışı iclaslarının İddiaçı-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 25.06.2019-cu il tarixində ******* №-li alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ümumi dəyəri 1.780 (bir min yeddi yüz səksən) manat olan «Arçelik AMFDA 240» markalı 1 (bir) ədəd kondisioner almışdır. Cavabdeh ilkin ödəniş olaraq 180 (bir yüz səksən) manat ödəmişdir. Müqavilə imzalandıqdan sonra isə cavabdeh 267 (iki yüz altmış yeddi) manat ödəniş etmişdir. Müqavilənin şərtlərinə əsasən, cavabdeh 12 (on iki) ay ərzində ödəmək ilə, alınan kondisionerin dəyərini ödəməli idi, ancaq qeyd olunan ödənişləri etdikdən sonra heç bir ödəniş etməmişdir. Cavabdehin cəmiyyətə bu günə olan borcu 1.333 (bir min üç yüz otuz üç) manat təşkil edir. Müqavilənin 5.4 bəndinə əsasən Alıcı Müqavilə ödənişlərini vaxtında ödəmədikdə, Satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1,00% faizi miqdarında dəbbə pulu ödəməlidir. 2021-ci il avqust ayının 19-na dəbbə pulu 3.118 (üç min bir yüz on səkkiz) manat, 91 (doxsan bir) qəpik təşkil edir. Dəfələrlə xəbərdar etməyimizə baxmayaraq cavabdeh üzrlü səbəblər olmadan qeyd olunan ümumi borcun ödənilməsi istiqamətində heç bir hərəkət etməmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, onunla "Ultratek” MMC arasında bağlanmış 25.06.2019-cu il tarixində ******* №-li alqı-satqı müqaviləsinə əsasən o, ümumi dəyəri 1.780 (bir min yeddi yüz səksən) manat olan «Arçelik AMFDA 240» markalı 1 (bir) ədəd kondisioner almışdır. Həmin kondisionerin dəyərini 12 ay ərzində ödəməli idi. Lakin maddi imkanı aşağı olduğundan borcunu vaxtında ödəyə bilməmişdir. 1333 manat məbləğində əsas borcu qəbul edir, lakin iddia tələbində göstərilən sözügedən əsas borca hesablanmış dəbbə borcu ilə razı deyil. Bu səbəbdən də həmin dəbbə borcunun silinməsini istəyir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İşdə olan "Ultratek” MMC ilə Cavabdeh arasında bağlanmış 25 iyun 2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ümumi dəyəri 1600 manat olan «Arçelik AMFDA 240» markalı 1 (bir) ədəd kondisioner almışdır. İşdə olan ödəniş cədvəlinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh aldığı «Arçelik AMFDA 240» markalı 1 (bir) ədəd kondisionerin dəyərini hər ay hissə-hissə ödəməklə 12 ay müddətinə qaytarmalı olmuşdur. İşdə olan 01 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı və Cavabdeh arasında bağlanılmış 25.06.2019-cu il tarixli, ******* №-li alqı-satqı müqaviləsinə əsasən, X1 cəmiyyətə olan əsas borcu 1.333 (bir min üç yüz otuz üç) manat təşkil edir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1,00% i miqdarında dəbbə pulu ödəməlidir. 2021-ci ilin avqust ayının 19-na dəbbə pulu 3.118 (üç min bir yüz on səkkiz) manat, 91 (doxsan bir) qəpik təşkil edir. X1 İddiaçı-yə ümumi borcu 4.451 (dörd min dörd yüz əlli bir) rranat, 91 (doxsan bir) qəpik təşkil edir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25.06.2019-cu il tarixində ******* №-li alqı-satqı müqaviləsinə əsasən cavabdeh, ümumi dəyəri 1.780 (bir min yeddi yüz səksən) manat olan «Arçelik AMFDA 240» markalı 1 (bir) ədəd kondisioner almışdır. Alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə «Arçelik AMFDA 240» markalı 1 (bir) ədəd kondisionerin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 3118 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək cavabdeh Cavabdeh İddiaçı-nin xeyrinə 1333 manat məbləğində əsas borc, 200 manat məbləğində dəbbə pulu və 30 manat dövlət rüsmu tutulmalıdır. Tənasübsüz dərəcədə yüksək hesablandığından 3118 cərimə tələbinin 2918 manatında dair hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı-nin xeyrinə 1333 (bir min üç yüz otuz üç) manat məbləğində əsas borc, 200 manat məbləğində dəbbə pulu və 30 manat dövlət rüsmu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1976/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1976/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver