Məhkəmə qərarları › İş №2(075)-198/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-198/2021

02.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-198/2021 02.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Cavabdeh X5 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 uşaqları - xx xxxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ödənilməli olan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat miqdarında alimentin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(075)-1438/2013 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında xx xxxxxx 2008-ci il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahları pozulmuş, onların birgə nikahdan olan uşaqları - xx xxxxx 2010-cu il tarixdə anadan olmuş X4 və xx xxxxx 2010-cu il təvəllüdlü X2 onun yanında saxlanılmış X1 və X2 yetkinlik yaşına çatanadək saxlanımalan üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 60 manat alimentin tutularaq ona verilməsi, alimentin tutulmasının əvvəlinin xx xxxxxx 2013-cü il tarixdən hesablanması qət edilmişdir. Bildirmişdir ki, uşaqları əkiz doğulmuşdur. Hər uşağa görə 60 manat aliment məbləği indiki zamana görə çox azdır, uşaqlara baxmaq üçün kifayət etmir. Günü-gündən övladlarının tələbatları artır. Belə ki, uşaqlar normal qaydada yeməli, müalicə olunmalı, onlara pal-paltar alınmalı, təhsili və uşağın dünyagörüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Bu il əvvəlki illərə nisbətən hər şeyin qiyməti qalxmışdır. Özü də heç yerdə işləmir və heç yerdən də qazancı yoxdur. Belə bir vəziyyətdə uşaqlara baxmaq onun üçün maddi cəhətdən çox çətindir. Buna görə də məhkəmə qətnaməsi ilə ödənilməli olan alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək Bakı şəhərində müalicəsini davam etdirdiyi üçün məhkəmə iclasında iştirak edə bilmir. İştirakı olmadan işə baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında cavabdeh X9 izahat verərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(075)-1438/2013 saylı qətnaməsi ilə iddiaçı ilə aralarında bağlanmış nikah pozulmuş və övladları iddiaçının himamyəsində saxlanmışdır. Həmin qətnamə ilə hər bir uşaq üçün 60 (altmış) manat aliment müəyyən edilmişdir. İddiaçı ilə nikahları pozulduqdan sonra o, yeni ailə həyatı qurmuşdur. Hazırda həmin ailəsi ilə, yəni həyat yoldaşı X8 və övladı X6 ilə birgə Şəki şəhəri, Pişnamazzadə küçəsi, 7 ünvanında yaşayırlar. Oğlu Miradil doğulandan xəstə hesab olunur və o, spastik kvadroplegik serebral iflic diaqnozu ilə mütəmadi olaraq nevroloji müalicələrə cəlb edilir. Özünün də səhhətidə ciddi problemlər var. Bu səbəbdən fiziki aktivliyi məhduddur və normal əmək fəaliyyəti göstərmək iqtidarında deyil. Belə ki, fəqərəarası diskin arxa sağ foraminal ekstruziyası diaqnozu ilə interlaminar mikrodiskektomiya cərrahi əməliyyatı keçirmiş və əməliyyatdan sonra cərrah nəzarəti altında mütəmadi ambulator müalicələrə cəlb olunmuşdur. Heç yerdə işləmir. Himayəsində serebral iflicdən əzivyət çəkən uşaq var. Hazırda 70-80 manat aliment ödəyə bilər. Müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(075)-1438/2013 nömrəli qətnaməsinin təsdiq edilmiş surətidən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2008-ci il tarixdə Şəki rayon qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları-xx xxxxx 2010-cu il tarixdə anadan olmuş X4 və X2 anaları İddiaçı anaları İddiaçı yanında qalmaları, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 60 manat alimentin tutularaq İddiaçı verilməsi alimetin tutulmasının əvvəlinin xx xxxxxx 2013-cü il tarixdən hesablanması qət edilmişdir. Məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(075)-1438/2013 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2008-ci il tarixdə Şəki rayon qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları-xx xxxxx 2010-cu il tarixdə anadan olmuş X4 və X2 anaları İddiaçı anaları İddiaçı yanında qalmaları, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 60 manat alimentin tutularaq İddiaçı verilməsi alimetin tutulmasının əvvəlinin xx xxxxxx 2013-cü il tarixdən hesablanması qət edilmişdir. İddiaçı həmin aliment məbləği ilə uşağının tələbatlarının ödənilməsinin mümkünsüz olması və uşağın tələbatlarının artması ilə əsaslandırmışdır. Cavabdeh isə ikinci dəfə nikah girərək ailə qurmasını, həmin nikahdan da bir uşağının olmasını, həmin uşağın da iflic omasını, özünün də xəstə olmasını və hər hansı işlə məşğul olmamasını bildirmiş, lakin ikinci dəfə rəsmi nikah qeyd etdirməsi və həmin nikahdan da uşağının olması barədə məhkəməyə hər hansı rəsmi sübut təqdim edə bilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşaqların saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(075)-1438/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxxx 2010-cu il tarixdə anadan olmuş X4 və X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh X3 İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini, nəzərə alaraq iddianın qismən təmin edilməsini məqsədəmüvafiq heasb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin xx xxxxx 2010cu il tarixdə anadan olmuş X4 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(075)-1438/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş 60 manat aliment məbləği artırılaraq hər ay hər uşaq üçün 120 olmaqla, cəmi 240 manat sabit pul məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən cavabdeh X3 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxxx 2010-cu il tarixdə anadan olmuş X4 və xx xxxxx 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(075)-1438/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün 120 olmaqla, cəmi 240 manat sabit pul məbləğində müəyyən edilsin və həmin aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. X3 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar