Məhkəmə qərarları › İş №2(075)-2016/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2016/2021

29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2016/2021 29.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Qasımova (Abdullayeva) Mətanət Tehran qızına qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qasımova (Abdullayeva) Mətanət Tehran qızı ilə bağlanmış 11 iyul 2019-cu il tarixli müqavilənin ləğv edilməsi, cavabdeh Qasımova (Abdullayeva) Mətanət Tehran qızından İddiaçı ASC-nin xeyrinə 5361.59 manat əsas və 25.8 manat faiz borcu olmaqla, cəmi 5387.39 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Zaur İbrahimxəlilov məhkəməyə 27 oktyabr 2021-ci il tarixdə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Qasımova (Abdullayeva) Mətanət Tehran qızı arasında bağlanmış 11 iyul 2019-cu il tarixli Kompensasiya/Restrukturizasiya istehlak müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə, illik 1% olmaqla 5906.05 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdeh kredit borcundan indiyədək heç bir ödəniş etməmişdir. Hazırda cavabdehin İddiaçı ASC-yə 5361.59 manat əsas və 25.8 manat faiz borcu olmaqla, cəmi 5387.39 manat borcu vardır. Cavabdeh Qasımova (Abdullayeva) Mətanət Tehran qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Qasımova (Abdullayeva) Mətanət Tehran qızı arasında bağlanmış 11 iyul 2019-cu il tarixli Kompensasiya/Restrukturizasiya istehlak müqaviləsindən görünür ki, Qasımova (Abdullayeva) Mətanət Tehran qızına 60 ay müddətinə illik faiz dərəcəsi 1 faiz olmaqla 5906.05 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Qasımova (Abdullayeva) Mətanət Tehran qızı götürdüyü 5906.05 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 60 ay müddətinə qaytarmalı olmuşdur. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Qasımova (Abdullayeva) Mətanət Tehran qızı arasında bağlanmış 11 iyul 2019-cu il tarixli, FR/20860/70 saylı Güzəştli kredit müqaviləsinə (əsas kredit borcunun restrukturizasiya üzrə) əsasən cavabdeh Qasımova (Abdullayeva) Mətanət Tehran qızına kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh Qasımova (Abdullayeva) Mətanət Tehran qızı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdeh Qasımova (Abdullayeva) Mətanət Tehran qızından tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 423, 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək İddiaçı ASC ilə cavabdeh Qasımova (Abdullayeva) Mətanət Tehran qızı arasında bağlanmış 11 iyul 2019-cu il tarixli, FR/20860/70 saylı Güzəştli kredit müqaviləsi ləğv edilməli, cavabdeh Qasımova (Abdullayeva) Mətanət Tehran qızından İddiaçı ASC-nin xeyrinə 5361.59 manat əsas və 25.8 manat faiz borcu olmaqla, cəmi 5387.39 manat borc və 30 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Qasımova (Abdullayeva) Mətanət Tehran qızı arasında bağlanmış 11 iyul 2019-cu il tarixli, FR/20860/70 saylı Güzəştli kredit müqaviləsi ləğv edilsin. Qasımova (Abdullayeva) Mətanət Tehran qızından 5361.59 manat əsas, 25.8 manat faiz borcu olmaqla, cəmi 5387.39 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar