Məhkəmə qərarları › İş №2(075)-2289/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-2289/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-2289/2021 15.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul, tələbin girov predmetinə yönəldilməsi və digər” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06 mart 2020-ci il tarixli, SKLMB-5679 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 2265,11 manat, faiz borcuna görə 159,94 manat, dəbbə borcuna görə 0 manat, cəmi 2425,05 manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tələblərin 06 mart 2020-ci il tarixli, SKLMB-5679 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin “Şəki"’ filialı ilə cavabdeh - Cavabdeh arasında 06 mart 2020-ci il tarixli, SKLMB-5679 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş aşağıda adları çəkilən qızıl-zinət əşyalarına yönəldilməsi 1 ədəd Qadın üzüyü - çəkisi - 4,4 qr., əyarı - 583; 1 ədəd qaşsız üzük- çəkisi - 7,1 qr., əyarı - 583; 2 ədəd qaşsız kalsolar- çəkisi - 9,2 qr., əyarı - 583; 1 ədəd komplekt çəkisi - 9,6 qr, əyarı - 585: 1 ədəd gül üzük - çəkisi - 17 qr., əyarı - 583; 2 ədəd halqa bilərzik - çəkisi - 20 qr., əyarı - 583; 1 ədəd təkqaş üzük - çəkisi - 2,1 qr., əyarı - 585; 1 cüt təkqaş sırğa - çəkisi - 1,7 qr., əyarı - 583; 1 cüt sırğa siqaniski - çəkisi - 4 qr., əyarı - 583; 1 ədəd boyunbağı - çəkisi - 9,7 qr., əyarı - 583; 1 ədəd düymə sırğa - çəkisi - 4,6 qr., əyarı - 585; 1 ədəd kişi üzüyü - çəkisi - 3,6 qr., əyarı - 585; 1 ədəd nişan üzüyü - çəkisi - 5,8 qr., əyarı - 583; 1 ədəd qranitur dəsti - çəkisi - 36,8 qr., əyarı - 585: 1 cüt qaşlı sırğa - çəkisi - 4,6 qr., əyarı - 585; Cəmi çəkisi: 126 qr. qr., əyarı - 750; Cəmi çəkisi: 210,7 qr. Həmin qızılzinət əşyalarını açıq hərracdan sataraq əldə edilmiş vəsait 06 mart 2020-ci il tarixli, SKLMB-5679 saylı kredit müqaviləsi üzrə cəmi 2425,05 (iki dörd yüz iyirmi beş manat beş qəpik) manat borcun ödənilməsinə yetərli olmadığı halda qalan borcun cavabdehlər Cavabdeh ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olmuş, 13 oktyabr 2021-ci il tarixdə iş üzrə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin məhkəmə baxış iclası bu günə, yəni 15 noyabr2021-ci il tarixə, saat 09:40-a təyin edilmişdir. 15 noyabr 2021-ci il tarixdə İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə elektron qayada ərizə göndərərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə elektron qaydada ərizə göndərmiş, Cavabdeh isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266- 269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı “pul, tələbin girov predmetinə yönəldilməsi və digər” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC-nə izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar