Məhkəmə qərarları › İş №2(075)-2067/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-2067/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-2067/2021 20.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə BOKT "xxxx" MMC arasında bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2483.31 manat məbləğində əsas borc, 615.86 manat məbləğində faiz borcu və 71.30 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3170.47 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPMnin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərlə BOKT "xxxx" MMC arasında bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2483.31 manat məbləğində əsas borc, 615.86 manat məbləğində faiz borcu və 71.30 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3170.47 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsini xahiş etsə də, iddia ərizəsini imzalamış Zaur Əliyevin BOKT "xxxx" MMC adından iddia ərizəsini imzalama səlahiyyətinin olmasına dair 16 may 2021-ci il tarixli etibarnaməni imzalamış Cəlal Əliyevin BOKT "xxxx" MMC-nin İdarə heyətinin sədri vəzifəsini icra etməsini təsdiq edən hər hansı bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Qeyd edilənlər isə o nəticəni yaradır ki, iddia ərizəsini imzalamış şəxsin səlahiyyətləri qeyri-müəyyəndir. Belə ki, iddiaçının nizamnaməsi təqdim edilmədiyindən, Cəlal Əliyevin hansı səlahiyyətlərə malik olması aydın deyildir. Ona görə də iddiaçı BOKT "xxxx" MMC-nin iddia ərizəsi geri qaytarılmalı, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar