Məhkəmə qərarları › İş №2(075)-213/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-213/2022

27.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-213/2022 27.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X7 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X7 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X7 Təsərrüfatı Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki rayonu Daşbulaq kəndində yaşayan Cavabdeh dövlət meşə fonduna vurmuş olduğu 406,63 (dörd yüz altı) manat 63 qəpik ziyanlığın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X7 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Nümayəndə izahat verərək göstərmişdir ki, X7 X4 meşəbəyliyinin 16 saylı meşə dolayısında meşələrin qorunub mühafizə olunması vəziyyəti yerində araşdırılarkən Şəki rayonu Daşbulaq kəndində yaşayan Cavabdeh heç bir icazə sənədi olmadan qanunsuz (özbaşına) olaraq köküstə yaş halda Qovaq cinsindən 16 sm 2 ədəd, 24 sm 2 ədəd, 28 sm 4 ədəd, 32 sm 2 ədəd, 36 sm 4 ədəd, 44 sm 5 ədəd, ümumilikdə 19 ədəd ağacı kəsərək doğradığı aşkar edilmiş və 15.83 m3 Qovaq cinsindən olan yaş ağaclardan hazırlayıb apararkən mərkəzin əməkdaşları tərəfindən tutularaq barəsində akt və dəymiş ziyana görə qiymətləndirmə cədvəli tərtib edilmişdir. Bildirmişdir ki, Cavabdeh etdiyi qanun pozuntusunu təsdiqləyərək yazılı məlumat vermişdir. Beləliklə Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinrtinin 27 dekabr 1993-cü il tarixli 636 saylı və “Meşə Qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında 2004-cü il 30 sentyabr tarixli 145 saylı qərarlarına dəyişiklik edilməsi haqqında 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarla təsdiq edilmiş 7 nömrəli əlavəsinə əsasən Dövlət meşə fonduna 406,63 (dörd yüz altı) manat 63 qəpik məbləğində ziyan vurmuşdur. İddianın təmin edilməsini məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, onların yaşadıqları kənddə mavi yanacaq olan qaz yoxdur. Buna görə də o, məcburiyyət qarşısında qalaraq Şəmkir ərazisində yerləşən meşədə ağacları kəsmişdir ki, odun əldə etsin. Onunla birlikdə həmkəndlisi də meşəyə gəlmişdir ki, ağac kəsməyə kömək etsin. Ağacları drujbayla kəsib ** BC *** dövlət qeydiyyat nişanlı qaz 53 markalı yük avtomobilə yükləyən zaman meşə gözətçiləri tərəfindən tutulmuş və barəsində akt tərtib olunuşdur. Daha sonra avtomobilə yüklədikləri ağacları apararaq fermaya boşaltmışlar. Bildirmişdir ki, həmin meşədə ağacların çoxu qurumuşdur. O, qurumuş ağaclardan kəsmişdir. İddiaçının ona qarşı olan dövlət meşə fonduna vurmuş olduğu 406,63 (dörd yüz altı) manat 63 qəpik ziyanlığın ödənilməsi ilə bağlı iddiasını qəbul etdiyini göstərmiş və bu məzmunda ərizəsini məhkəməyə təqdim etmişdir. Bununla bağlı qətnamə çıxarılmasına etiraz etməmişdir. İşdə olan 16 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş həcm və qiymətləndirmə cədvəldən görünür ki, Cavabdeh qovaq cinsindən 16 sm 2 ədəd, 24 sm 2 ədəd, 28 sm 4 ədəd, 32 sm 2 ədəd, 36 sm 4 ədəd, 44 sm 5 ədəd, ümumilikdə 19 ədəd ağacı kəsməklə Dövlət meşə fonduna 406,63 (dörd yüz altı) manat 63 qəpik məbləğində ziyan vurmuşdur. İşdə olan 16 sentyabr 2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh 16 sentyabr 2021-ci il tarixdə Samux rayonu Alazan çayının 16 saylı sol sahili meşə ərazisində drujbayla odun eləyərkən meşə gözətçisi Yusibəliyev Şövqü tərəfindən tutulmuşdur. İşdə olan 16 sentyabr 2021-ci il tarixli məlumatdan görünür ki, meşə gözətçisi X2 və X3 ərazini reyd edərkən qanıq çayı qırağında saat 12:00 radələrində iki nəfər şəxsin qovaq ağacı kəsməkləri aşkar olunmuşdur. Yoxlama zamanı onların Şəki rayon, Daş bulaq kənd sakinləri Cavabdeh və Əhliyyat olduqları müəyyən olunmuşdur. Əraziyə baxış zamanı onların 20 ədəd yaş Qovaq ağaclarını kəsməkləri aşkar olunmuşdur. İşdə olan 17 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, meşə gözətçisi Şövqü Yusibəliyevin 16.09.2021-ci il tarixli məlumatına əsasən X7 Təsərrüfatı Mərkəzi tərəfindən 16 saylı meşə dolayısında baxış keçirilmişdir. Baxış zamanı Şəki rayon Daşbulaq kənd sakini Cavabdeh tərəfindən qanunsuz kəsilərək Qaz 53 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə yığdığı ağaclar qeydə alınmışdır. Bu ağacların qovaq cinsindən 16 sm 2 ədəd, 24 sm 2 ədəd, 28 sm 4 ədəd, 32 sm 2 ədəd, 36 sm 4 ədəd, 44 sm 5 ədəd, ümumilikdə 19 ədəd ağac olması aşkar olunmuşdur. Aşkar edilmiş 19 ədəd ağacların dib kötükləri 136 nömrəli damğa ilə damğalanmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, dövlət meşə fonduna vurmuş olduğu 406,63 (dörd yüz altı) manat 63 qəpik maddi ziyan Cavabdeh alınaraq iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X7 Təsərrüfatı Mərkəzinə verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh vurmuş olduğu 406,63 (dörd yüz altı) manat 63 qəpik maddi ziyan alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X7 Təsərrüfatı Mərkəzinin Dövlət xəzinədarlığı agentliyi; kod 210005; VÖEN **********; müxbir hesab AZ41NABZ********************; S.W.İ.F.T CTREAZ22; alan müştəri X7 Təsərrüfatı Mərkəzi; hesab nömrəsi AZ22CTRE********************; VÖEN **********; büdcə təsnifatının kodu 142522; büdcə əməliyyatının kodu 3. hesabıına ödənilsin Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar