Məhkəmə qərarları › İş №2(075)-2223/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2223/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2223/2021 27.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə islasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə BOKT "xxxx" MMC arasında bağlanmış L-SK-0048986-F saylı kredit, SK- 00010277 və SK-00022736 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ödənilməmiş 2483.31 manat məbləğində əsas borc, 615.86 manat məbləğində faiz və 71.30 manat cərimə borcu olmaqla, cəmi 3170.47 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, BOKT "xxxx" MMC ilə Cavabdeh3 arasında 25 oktyabr 2019-cu il tarixdə kredit müqaviləsi imzalanmış, Cavabdeh3 illik faiz dərəcəsi 12 faiz olmaqla 33 ay müddətinə 2771.10 manat məbləğində kredit verilmişdir. Bundan əlavə eyni tarixdə Cavabdeh1 və Cavabdeh2 ilə kredit təşkilatı arasında zaminlik müqavilələri imzalanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni 25 oktyabr 2019-cu il tarixindən bu günə qədər borclu tərəfindən əsas borc üzrə 287.69 manat, faiz borcu üzrə 109.39 manat və cərimə borcu üzrə 3.92 manat olmaqla, cəmi 401 manat ödənilmişdir. Kredit müqaviləsinə əsasən cavabdehlərin iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş tarixə 2483.31 manat məbləğində əsas borc, 615.86 manat məbləğində faiz və 71.30 manat cərimə borcu olmaqla, cəmi 3170.47 manat kredit borcu ödənilməmiş qalmışdır. Məhkəmə iclasında iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahar verərək iddianı müdafiə etdiyini bildirdi. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 25 oktyabr 2019-cu il tarixli, L-SK-0048986-F saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh3 BOKT "xxxx" MMC ilə həmin müqaviləni imzalamış, kredit müqaviləsinə əsasən Cavabdeh3 illik faiz dərəcəsi 12 faiz olmaqla 33 ay müddətinə 2771.10 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 25 oktyabr 2019-cu il tarixli, SK-00010277 və SK-00022736 BOKT "xxxx" MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 bank qarşısında 25 oktyabr 2019-cu il tarixli, L-SK-0048986-F saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. İşdə olan 01 sentyabr 2020-ci və 04 dekabr 2020-ci il tarixdə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış məktubların surətlərindən görünür ki, cavabdehlərə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə bank tərəfindən xəbərdarlıq edilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, BOKT "xxxx" MMC ilə Cavabdeh3 arasında 25 oktyabr 2019-cu il tarixdə kredit, Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqavilələri imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh3 illik faiz dərəcəsi 12 faiz olmaqla 33 ay müddətinə 2771.10 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 və Cavabdeh2 25 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə borcalanın BOKT "xxxx" MMC qarşısında götürdüyü kredit öhdəliyinin icra edilmədiyi təqdirdə kredit təşkilatı qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşlər. Kredit müqaviləsinə əsasən borcalan qrafik üzrə kreditə görə hesablanmış faizlə birlikdə hər ay kreditin müəyyən hissəsini qaytarmalı olduğu halda BOKT "xxxx" MMC qarşısında kredit öhdəliklərinin icrasını təmin etməmişlər. İddiaçının nümayəndəsi iddianı müdafiə edir. Cavabdehlər isə məhkəmə iclasında iştirak etməməklə iddiaya münasibət bildirməmişlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı BOKT "xxxx" MMC tərəfindən cavabdehlərə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də BOKT "xxxx" MMC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlərə qarşı hazırkı iddia tələbinin 71.30 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1 və 472.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 2483.31 manat əsas, 615.86 manat faiz və 10 manat cərimə borcu olmaqla, cəmi 3109.17 manat məbləğində borc və 30 manat dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2483.31 manat əsas, 615.86 manat faiz və 10 manat cərimə borcu olmaqla, cəmi 3109.17 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq BOKT "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar