Məhkəmə qərarları › İş №2(075)-226/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-226/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-226/2021 15.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 50 000 (əlli min) ABŞ dolları məbləğində pulun və iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) X3 izahat verərək bildirdi ki, iddiaçının Cavabdeh ilə uzun müddətdir dostluq münasibətləri olmuş, yaşadığı rayonda rəhbər vəzifədə çalışmışdır, iri məbləğdə pula ehtiyacı olduğu üçün bir gün ona müraciət etmişdir. Bunun üçün tərəflər arasında xx.xx.2018-ci il tarixdə Zaqatala rayon Dövlət Notariat kontorunda müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 50000 (əlli min) ABŞ dolları borc pul vermişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh xx.xx.2018-ci il tarixə borc pulu qaytarmağı öhdəsinə götürməyinə baxmayaraq bu günə qədər borc pulu qaytarmamışdır. Cavabdehlə aparılmış danışıqlar nəticə vermədiyi üçün iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan notarial qaydada təsdiqlənmiş xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 50000 ABŞ dolları- bu günə olan məzənnəzi ilə 85000 manat borc pul vermiş və Cavabdeh borcu xx xxxxxx 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının izahatları və iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən cavabehə müqavilə imzalandığı gündən xx xxxxxx 2018-ci il tarixədək faizsiz olaraq 50000 ABŞ dolları- həmin günə olan məzənnəzi ilə 85000 manat məbləğində borc pul vermişdir. Kredit müqiləsinə müvafiq iddiaçı öz üzərinə düşən hərəkətləri etmişdir. Lakin iddiaçı cavabdehdən borcun müəyyən edilmiş müddətdə tam və birdəfəlik ödəməsini gözləsə də cavabdeh, iddiaçıya borcu indiyədək ödəməmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməyərək iddiaya qarşı yazılı və ya şifahi olaraq hər hansı bir münaibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh qətnamənin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 50000 ABŞ dolları məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh qətnamənin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 50 000 (əlli min) ABŞ dolları məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar