Məhkəmə qərarları › İş №2(075)-2285/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2285/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2285/2021 15.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X2, Cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 BOKT “Viator-Mikrokredit" MMC-nin xeyrinə 3741,80 manat əsas, 74,31 manat faiz borcu və 0,55 manat cərimə borcu olmaqla cəmi 3816,66 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,00 manat məbləğində vəsaitin və 0,40 manat həcmində bank xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X3 Cavabdeh1 onun hüquqi varisi olan həyat yoldaşı Cavabdeh4 ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə MPM-nin müddəalarına müvafiq olaraq mübahisə edilən hüquq münasibət hüquq varisliyinə yol verdiyindən Cavabdeh1 hüquqi varisi olan Cavabdeh4 ilə əvəz etmişdir. İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı BOKT “Viator-Mikrokredit Azərbaycan" MMC ilə borclu Cavabdeh1 arasında, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə bağlanmış 13.11.2019cu il tarixli 310/14 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən borcluya 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 3741,80 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 13.11.2019-cu il tarixli 310/14 saylı kredit (restrukturizasiya) müqaviləsinin 1.2-ci bəndinə görə “Bu Müqaviləyə əsasən, Kreditor Borclunun vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 3741.80 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 3741.80 manat məbləğində güzəştli krediti verməyi, Borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş ödəniş cədvəli (Kreditin qaytarılması cədvəli) üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Eyni zamanda 13.11.2019-cu il tarixli 310/14 saylı kredit (restrukturizasiya) müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə bağlanmış eyni tarixli zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən zamin kredit verənin qarşısında borcalanın 310/14 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. Borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və Borcalan isə həmin kreditin müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin Borcalan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun kredit (restrukturizasiya) müqaviləsi üzrə "xxxx" MMC-nə 3741,80 manat əsas və 74,31 manat faiz borcu və 0,55 manat cərimə olmaqla cəmi 3816,66 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor BOKT "xxxx" MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Lakin nə əsas borclu nə də zaminlər bank qarşısında öhdəliklərini vaxtı vaxtında icra etməmişlər. Məhkəmə hazırlıq iclasında öyrənmişlər ki, Cavabdeh1 vəfat etmişdir. Bu səbəbdən də Cavabdeh1 onun hüquqi varisi olan həyat yoldaşı Cavabdeh4 ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Buna görə də cavabdehlər Cavabdeh4dan, Cavabdeh2 və Cavabdeh3 BOKT “Viator-Mikrokredit" MMC-nin xeyrinə 3741,80 manat əsas, 74,31 manat faiz borcu və 0,55 manat cərimə borcu olmaqla cəmi 3816,66 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,00 manat məbləğində vəsaitin və 0,40 manat həcmində bank xərcinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh4 məhkəmə iclasında izahat verərək göstərdi ki, mərhum Cavabdeh1 onun həyat yoldaşı olmuşdur. Həyat yoldaşı 28.06.2020-ci ildə vəfat etmişdir. Bildirmişdir ki, Cavabdeh1la 1987-ci ildə ailə qurmuş və həmin nikahlarından 1 oğul və 2 qız övladları olmuşdur. Qızları ailə həyatı quraraq evdən köçmüşlər. Hazırda o oğlan övladı ilə birlikdə Cavabdeh1la əldə etdikləri evdə yaşayırlar. Lakin həmin evdə faktiki olaraq yaşasalar da həmin əmlakı öz adlarına keçirməmişlər. Qaynanası da onlarla birgə yaşamış, lakin sonradan vəfat etmişdir. Bildirmişdir ki, zaminlərdən Səhərnaz onun bacısı, Rahilə isə qızının qaynanasıdır. Əli xəstə olduğundan bankdan kredit götürərək müalicə almışdır. Lakin vəfat etmişdir. Göstərmişdir ki, iddiaçı BOKT “Viator-Mikrokredit Azərbaycan" MMC ilə əri Cavabdeh1 arasında, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə bağlanmış 13.11.2019-cu il tarixli 310/14 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 3741,80 manat məbləğində kredit verilmişdir. Həmçinin iddiaçı ilə bacısı Cavabdeh2 və qudası Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən onlar kredit verənin qarşısında Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Bildirmişdir ki, bank kredit müqaviləsini restrukturizasiya edərkən tərəflər arasında sığorta müqaviləsi bağlanmamışdır. O, mərhum ərinin iddiaçı BOKT “Viator-Mikrokredit Azərbaycan" MMC-nə kredit borcunun olduğunu qəbul edir. Lakin maddi imkanları aşağı olduğundan iddia tələbində göstərilən borc məbləğini ödəyə bilməyəcəkdir. Belə ki, özü heç bir yerdə işləmir. Oğlu isə günü 3-5 manata işləyir. Qanuna müvafiq qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da Cavabdeh4 ilə eyni məzmunda izahat verərək, qanuna müvafiq qətnamə çıxarılmasına etiraz etmədilər. İş materiallarında olan iddiaçı 13.11.2019-cu il tarixli 310/14 saylı kredit (restrukturizasiya) və zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh1 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 3741,80 manat məbləğində kredit verilmişdir. Zaminlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh3 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyırlar. İş materiallarında olan 72 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 SH/00310 saylı kredit müqaviləsi üzrə 08.09.2021-ci il tarixə 3741,80 manat əsas, 74,31 manat faiz və 0,55 manat cərimə olmaqla, cəmi 3816,66 manat borcu vardır. İş materiallarında olan İV-JQ 309824 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ilə X1 arasında 18 iyun 1987-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 nömrə ilə qeyd edilmişdir. nikah bağlandıqdan sonra arvada Əhmədova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 115711 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 28 iyun 2020-ci il tarixdə Şəki şəhərində ölmüşdür. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki iddiaçı BOKT “Viator-Mikrokredit Azərbaycan" MMC ilə borclu Cavabdeh1 arasında, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə bağlanmış 13.11.2019-cu il tarixli 310/14 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən borcluya 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 3741,80 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 13.11.2019-cu il tarixli 310/14 saylı kredit (restrukturizasiya) müqaviləsinin 1.2-ci bəndinə görə “Bu Müqaviləyə əsasən, Kreditor Borclunun vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 3741,80 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 3741,80 manat məbləğində güzəştli krediti verməyi, Borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş ödəniş cədvəli (Kreditin qaytarılması cədvəli) üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Eyni zamanda 13.11.2019-cu il tarixli 310/14 saylı kredit (restrukturizasiya) müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə bağlanmış eyni tarixli zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən “Zamin kredit verənin qarşısında Borcalanın 310/14 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür". Nəticədə borclunun kredit (restrukturizasiya) müqaviləsi üzrə “Viator-Mikrokredit Azərbaycan" MMC-nə 3741,80 manat əsas, 74,31 manat faiz və 0,55 manat cərimə olmaqla, cəmi 3816,66 manat borcu yaranmışdır. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Cavabdeh4 mərhum Cavabdeh1 həyat yoldaşı olmaqla hüquqi varisidir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı BOKT “Viator-Mikrokredit Azərbaycan" MMC tərəfindən Cavabdeh1 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də BOKT "xxxx" MMC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdeh olan hüquqi varis Cavabdeh4 və onun zaminləri Cavabdeh2 və Cavabdeh3 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1, 472.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada BOKT "xxxx" MMC-nin xeyrinə 3741,80 manat əsas, 74,31 manat faiz və 0,55 manat cərimə olmaqla, cəmi 3816,66 manat borcu, dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsait və və 0,40 manat həcmində bank xərci tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada BOKT "xxxx" MMC-nin xeyrinə 3741,80 manat əsas, 74,31 manat faiz və 0,55 manat cərimə olmaqla, cəmi 3816,66 manat borc, dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsait və 0,40 manat həcmində bank xərci tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar