Məhkəmə qərarları › İş №2(075)-2327/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2327/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2327/2021 23.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 BOKT "xxxx" MMC-nin xeyrinə 812.89 manat əsas və 6,10 manat faiz borcu olmaqla cəmi 818.99 manat borcun, dövlət rüsumu olaraq ödənilmiş 30,00 manat məbləğində vəsaitin və 0.40 həcmində bank xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı BOKT "xxxx" MMC ilə borclu Cavabdeh2 arasında, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə bağlanmış 27.12.2019-cu il tarixli 17354 saylı kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 1 % ödəmək şərtilə 920.13 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 27.12.2019-cu il tarixli 17354 saylı kredit müqaviləsinin 1.2-ci bəndinə görə “Bu Müqaviləyə əsasən, Kreditor Borclunun vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 920.13 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 920.13 manat məbləğində güzəştli krediti verməyi, Borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş idən iş cədvəli (“Kredit üzrə ödəniş cədvəli") üzrə kreditora ödəməklə öhdəliyini tam səkildə yerinə yetirməyi öz öhdəsinə götürür”. Eyni zamanda 27.12.2019-cu il tarixli 17354 saylı kredit (restrukturizasiya) müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1 bağlanmış eyni tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən “Zamin kredit verənin qarşısında Borcalanın 17354 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə etirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. Borc verən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditin müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə eorcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin kredit borcalan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun kredit (restrukturizasiya) müqaviləsi üzrə "xxxx" MMC-nə 812.89 manat əsas və 6.10 manat faiz borcu olmaqla cəmi 818.99 manat borcu yaranmışdır. tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor BOKT "xxxx" MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan etmək qərarına gəlmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsnə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialllarında olan 27 dekabr 2019-cu il tarixli 17354 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, Cavabdeh2 36 ay müddətinə illik 1 % ödəmək şərtilə 920.13 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 27 dekabr 2019-cu il tarixli 17354 saylı zaminlik müqaviləsindən görünür ki, Zamin Cavabdeh1 Cavabdeh2 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyır. İş materiaallarında olan 27.12.2019-cu il tarixli kredit üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 BOKT “Viator-Mikrokredit Azərbaycan" MMC-dən götürdüyü 920,13 manat məbləğində pul vəsaitini illik1% faiz ödəmək şərti ilə 36 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan 83 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 SH/17354 saylı kredit müqaviləsi üzrə 08.09.2021-ci il tarixə 812,89 manat əsas, 6,10 manat faiz və cəmi 818,99 manat borcu vardır. İş materiallarında olan 22 noyabr 2021-ci il tarixli xxxxxxx saylı hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 SH/17354 saylı kredit müqaviləsi üzrə 08.09.2021-ci il tarixə 812,89 manat əsas, 6,10 manat faiz və cəmi 818,99 manat borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki iddiaçı BOKT “Viator-Mikrokredit Azərbaycan" MMC ilə borclu Cavabdeh2 arasında, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə bağlanmış 27.12.2019-cu il tarixli 17354 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 1 % ödəmək şərtilə 920,13 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 27.12.2019-cu il tarixli 17354 saylı kredit (restrukturizasiya) müqaviləsinin 1.2-ci bəndinə görə “Bu Müqaviləyə əsasən, Kreditor Borclunun vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 920,13 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 920,13 manat məbləğində güzəştli krediti verməyi, Borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş ödəniş cədvəli (kreditin qaytarılması cədvəli) üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür”. Eyni zamanda 27.12.2019-cu il tarixli 17354 saylı kredit (restrukturizasiya) müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1 ilə bağlanmış eyni tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Zamin kredit verənin qarşısında Borcalanın 17354 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı BOKT "xxxx" MMC tərəfindən Cavabdeh2 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də BOKT "xxxx" MMC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh2 və onun zamini Cavabdeh1 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 BOKT "xxxx" MMC-nin xeyrinə 812,89 manat əsas, 6,10 manat faiz borcu və cəmi 818,99 manat borc, dövlət rüsumu olaraq ödənilmiş 30,00 manat məbləğində vəsait və 0,40 manat həcmində bank xərci tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 BOKT "xxxx" MMC-nin xeyrinə 812,89 manat əsas, 6,10 manat faiz borcu cəmi 818,99 manat borc, dövlət rüsumu olaraq ödənilmiş 30,00 manat məbləğində vəsait və 0,40 manat həcmində bank xərci tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov. İş № 2(075)-420/2021 Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ 02 mart 2021-ci il Şəki şəhəri Şəki Rayon Məhkəməsi Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 BOKT "xxxx" MMC-nin xeyrinə 812,89 manat əsas, 6,10 manat faiz borcu və 0,58 manat cərimə borcu olmaqla cəmi 818,99 manat borc, dövlət rüsumu olaraq ödənilmiş 30,00 manat məbləğində vəsait və 0,40 manat həcmində bank xərci tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar