Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2375/2021 25.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçı BOKT "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada BOKT "xxxx" MMC-nin xeyrinə 1368.40 manat əsas, 27.80 manat faiz və 0.19 manat cərimə borcu olmaqla, cəmi 1396.39 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat məbləğində vəsaitin tutulması, tələbin girov predmeti olan 20.9 qram çəkidə 583 əyarlı “boyunbağı yolka yaşıl” olmaqla ibarət qızıl-ziynət əşyalarına yönəldilməsi, həmin əmlakın hərracda satılması və satışından əldə olunmuş vəsait hesabına cavabdehlərin təşkilatına olan borclarının ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun bağlanmasına yetərli olmadıqda qalıq borcun borclulardan ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 02 dekabr 2019-cu il tarixli Kredit (restrukturizasiya) müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 1% ödəmək şərtilə 1368.40 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 ilə bağlanmış girov müqaviləsinə əsasən sonuncu ona məxsus 20.9 qram çəkidə 583 əyarlı “boyunbağı yolka yaşıl” olmaqla qızıl-ziynət əşyalarını BOKT "xxxx" MMC-nin xeyrinə girov qoymuşdur. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə iddiaçı arasında zaminlik müqaviləsi bağlanmış, bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin cavabdehlər kredit və zaminlik müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin 02 dekabr 2019-cu il tarixinə kredit müqaviləsi üzrə BOKT "xxxx" MMC-yə 1368.40 manat əsas, 27.80 manat faiz və 0.19 manat cərimə borcu olmaqla, cəmi 1396.39 manat borcları yaranmışdır. Məhkəmə iclasında iddiaçı BOKT "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 02 dekabr 2019-cu il tarixli, 17944 saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə əsasında BOKT "xxxx" MMC tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 1% ödəmək şərtilə 1368.40 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 götürdüyü 1368.40 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə qaytarmalı olmuşdur. İş materiallarında olan 02 dekabr 2019-cu il tarixli girov müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ona məxsus 20.9 qram çəkidə 583 əyarlı “boyunbağı yolka yaşıl” olmaqla qızıl-ziynət əşyalarını BOKT "xxxx" MMC-nin xeyrinə girov qoymuşdur. İş materiallarında olan 02 dekabr 2019-cu il tarixli, 17944 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 BOKT "xxxx" MMC qarşısındakı 02 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlə BOKT "xxxx" MMC arasında bağlanmış zaminlik müqaviləsi əsasında zamin Cavabdeh2 kredit təşkilatı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girov təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 279-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışdan götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova üstünlük hüququ yoxdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, BOKT Viator Mikrokredit Azərbaycan MMC ilə Cavabdeh1 arasında bağlanmış 02 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 1% ödəmək şərtilə 1368.40 manat məbləğində kredit verilmiş və həmin kreditin təminatı kimi tərəflərin qarşılıqlı razılığı ilə Cavabdeh1 məxsus 20.9 qram çəkidə 583 əyarlı “boyunbağı yolka yaşıl” olmaqla qızılziynət əşyaları BOKT "xxxx" MMC-nin xeyrinə girov qoyulmuşdur. Eyni zamanda Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə zaminlik müqaviləsi imzalanmış, zamin Cavabdeh2 Cavabdeh1 BOKT "xxxx" MMC qarşısındakı 02 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdehlər müqavilə öhdəliklərinin lazımi qaydada icrasını təmin etmədiklərindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Göründüyü kimi iddiaçı BOKT "xxxx" MMC tərəfindən Cavabdeh1 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit və zaminlik müqaviləsi üzrə üzərilərinə götürdükləri öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də BOKT "xxxx" MMC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada BOKT "xxxx" MMC-nin xeyrinə 1368.40 manat əsas, 27.80 manat faiz və 0.19 manat cərimə borcu olmaqla, cəmi 1396.39 manat borc və 30.40 manat dövlət rüsumu tutulmalı, borc məbləği girov predmeti Cavabdeh1 məxsus 20.9 qram çəkidə 583 əyarlı “boyunbağı yolka yaşıl” olmaqla qızılziynət əşyasına yönəldilməli, həmin qızıl-zinyət əşyası açıq hərracda satılaraq, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra, borc ödənilməli, girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada BOKT "xxxx" MMC-nin xeyrinə 1368.40 manat əsas, 27.80 manat faiz və 0.19 manat cərimə borcu olmaqla, cəmi 1396.39 manat borc və 30.40 manat dövlət rüsumu tutulsun. Tələb Cavabdeh1 məxsus olan 20.9 qram çəkidə 583 əyarlı “boyunbağı yolka yaşıl” olmaqla qızıl-ziynət əşyasına yönəldilsin. Həmin girov predmeti açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra, 1368.40 manat əsas, 27.80 manat faiz və 0.19 manat cərimə borcu olmaqla, cəmi 1396.39 manat borc və 30.40 manat dövlət rüsumunun ödənilməsi təmin edilsin. Girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-2375/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2375/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver