Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2377/2021 18.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 BOKT "xxxx" MMC-nin xeyrinə 2548,91 manat əsas, 40,75 manat faiz borcu və 0,16 manat cərimə borcu olmaqla cəmi 2589,82 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,00 manat məbləğində vəsaitin və 0,40 manat həcmində bank xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçının nümayəndəsi məhkəməyə tələbin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh1 və Cavabdeh2 2432,68 manat əsas, 36,98 manat faiz, 0,16 manat cərimə borcu olmaqla, cəmi 2469,82 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin və 0,40 manat həcmində bank xərcinin alınaraq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi və azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı BOKT “Viator-Mikrokredit Azərbaycan" MMC ilə borclu Cavabdeh1 arasında, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə bağlanmış 26.12.2019cu il tarixli 8349/8 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən borcluya 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 2809,92 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 26.12.2019-cu il tarixli 8349/8 saylı kredit (restrukturizasiya) müqaviləsinin 1.2-ci bəndinə görə “Bu Müqaviləyə əsasən, Kreditor Borclunun vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 2809,92 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 2809,92 manat məbləğində güzəştli krediti verməyi, Borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş ödəniş cədvəli (kreditin qaytarılması cədvəli) üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür”. Eyni zamanda 26.12.2019-cu il tarixli 8349/8 saylı kredit (restrukturizasiya) müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə bağlanmış eyni tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Zamin kredit verənin qarşısında Borcalanın 8349/8 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və Borcalan isə həmin kreditin nüəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Borcalan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun kredit (restrukturizasiya) müqaviləsi üzrə “Viator- Mikrokredit Azərbaycan" MMC-nə 2432,68 manat əsas, 36,98 manat faiz, 0,16 manat cərimə borcu olmaqla, cəmi 2469,82 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor BOKT "xxxx" MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2n məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan iddiaçı 26 dekabr 2019-cu il tarixli kredit və zaminlik müqaviləsndən görünür ki, həmin müqavilə əsasında Cavabdeh1 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 2809,92 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan, 26 dekabr 2019-cu il tarixli, zaminlik müqaviləsindən görünür ki, zamin Yusifov X1 Ayaz Şövkət oğlunun BOKT "xxxx" MMC qarşısındakı 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 11 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 SH/08349 saylı kredit müqaviləsi üzrə 15.09.2021-ci il tarixə 2548,91 manat əsas, 40,75 manat faiz və 0,16 manat cərimə olmaqla, cəmi 2589,82 manat borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki iddiaçı BOKT “Viator-Mikrokredit Azərbaycan" MMC ilə borclu Cavabdeh1 arasında, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə bağlanmış 26.12.2019-cu il tarixli 8349/8 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən borcluya 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 2809,92 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 26.12.2019-cu il tarixli 8349/8 saylı kredit (restrukturizasiya) müqaviləsinin 1.2-ci bəndinə görə “Bu Müqaviləyə əsasən, Kreditor Borclunun vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 2809,92 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 2809,92 manat məbləğində güzəştli krediti verməyi, Borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş ödəniş cədvəli (kreditin qaytarılması cədvəli) üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür”. Eyni zamanda 26.12.2019-cu il tarixli 8349/8 saylı kredit (restrukturizasiya) müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə bağlanmış eyni tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Zamin kredit verənin qarşısında Borcalanın 8349/8 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh1 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də BOKT "xxxx" MMC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh1 və onun zamini Cavabdeh2 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 BOKT "xxxx" MMC-nin xeyrinə 2432,68 manat əsas, 36,98 manat faiz, 0,16 manat cərimə borcu olmaqla, cəmi 2469,82 manat borc, dövlət rüsumu olaraq ödənilmiş 30,00 manat məbləğində vəsait və 0,40 manat həcmində bank xərci tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 BOKT "xxxx" MMC-nin xeyrinə 2432,68 manat əsas, 36,98 manat faiz, 0,16 manat cərimə borcu olmaqla, cəmi 2469,82 manat borc, dövlət rüsumu olaraq ödənilmiş 30,00 manat məbləğində vəsait və 0,40 manat həcmində bank xərci tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-2377/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2377/2021
18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver