Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2465/2021 16.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 15 sentyabr 2020-ci il tarixli İK № 601/f-20-10 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 15 sentyabr 2020-ci il tarixli İK № 601/f-20-10 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 “Bank“a olan 4924,92 (dörd min doqquz yüz iyirmi dörd manatt, doxsan iki qəpik) manat əsas, 1137.80 manat faiz, 1277,67 manat cərimə borcu olmaqla, cəmi 7340.39 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhləmə iclasında izahat verərək göstərdi ki, İddiaçı ASC-nin "Binəqədi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 15.09.2020-ci il tarixli № 601/f-20-10 saylı kredit müqaviləsinə əsasən ona faiz dərəcəsi 24% faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə qaytarmaq şərti ilə 5235 (beş min iki yüzotuz beş) manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh1 (borcalan) öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında 15.09.2020-ci il tarixli 601/f-20-10 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Cavabdeh1 tərəfindən banka axırıncı dəfə 14.06.2021-ci il tarixdə 30 manat ödəniş edilmiş, bu tarixdən sonra hər hansı ödəniş etməmişdir. Hal-hazırda Cavabdeh1 “Bank”a 4924.92 (dörd min doqquz yez iyirmi dörd manatt, doxsan iki qəpik) manat əsas, 1137.80 (min yüz otuz yeddi manat, səksən qəpik) manat faiz, 1277,67 (min iki yüz yetmiş yeddi manat altmış yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 7340.39 (yedd min üç yüz qırx manat, otuz doqquz qəpik) manat kredit borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin mohkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borclan və kredit borclana hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək göstərdi ki, onunla İddiaçı ASC-nin "Binəqədi” filialı arasında bağlanmış 15.09.2020-ci il tarixli № 601/f-20-10 saylı kredit müqaviləsinə əsasən ona faiz dərəcəsi 24% faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə qaytarmaq şərti ilə 5235 (beş min iki yüzotuz beş) manat məbləğində kredit verilmişdir. Sözgedən kredit müqaviləsi üzrə onun öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında 15.09.2020-ci il tarixli 601/f-20-10 saylı zaminlik müqaviləsi bağlanmışdır. O və zamin Cavabdeh2 birlikdə Bakı şəhərində “AvroMed” dərman firmasında işləmişlər. Kredit götürdükdən sonra firmada ixtisar olduğundan kredit borcunu ödəyə bilməmişdir. Göstərmişdir ki, onun tərəfindən banka axırıncı dəfə 14.06.2021-ci il tarixdə 30 manat ödəniş edilmiş, bu tarixdən sonra hər hansı ödəniş etməmişdir. Digər Cavabdeh2 da məhkəmə prosesindən xəbəri vardır. Belə ki, ona məktub gələndə məhkəmə yerinin vaxtı və yeri barədə ona məlumat vermişdir. Borcunu qəbul edir və borcun yalnız ondan tutulmasını istəyir. Zamini Cavabdeh2 borcunun tutulmasını istəmir. Cərimə məbləğində ona köməklik göstərilməsini və qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsnə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Belə ki, məhkəmə tərəfindən Cavabdeh2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə SMS bildiriş göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 15.09.2020-ci il tarixli kredit və zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr əsasında Cavabdeh1 24 ay müddətinə illik faiz dərəcəsi 24 faiz olmaqla 5235 manat məbləğində kredit verilmişdir. Zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıması ilə bağlı zaminlik müqaviləsi bağlayaraq üzərinə öhdəlik götürmüşdür. İşdə olan 15.09.2020-ci il tarixli kassa məxaric orderinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1İddiaçı ASC-dən 5235 manat pulu imza edərək almışdır. İşdə olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən banka axırıncı dəfə 14.06.2021-ci il tarixdə 30 manat ödəniş edilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC-nin "Binəqədi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 15.09.2020-ci il tarixli № 601/f-20-10 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 24% faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə qaytarmaq şərti ilə 5235 (beş min iki yüzotuz beş) manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh1 (borcalan) öhdəliklərinin icrasının təminatı kimi TuranBank ASC ilə Cavabdeh2 arasında 15.09.2020ci il tarixli 601/f-20-10 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Hal-hazırda Cavabdeh1 “Bank”a 4924.92 (dörd min doqquz yez iyirmi dörd manatt, doxsan iki qəpik) manat əsas, 1137.80 (min yüz otuz yeddi manat, səksən qəpik) manat faiz, 1277,67 (min iki yüz yetmiş yeddi manat altmış yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 7340.39 (yedd min üç yüz qırx manat, otuz doqquz qəpik) manat kredit borcu qalmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı ASC-nin cavabdehlərə qarşı hazırkı iddia tələbinin 1277,67 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh1 və onun zamini Cavabdeh2 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1, 467-ci, 472.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək İddiaçı ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 15 sentyabr 2020-ci il tarixli İK № 601/f-20-10 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 4924,92 manat məbləğində əsas, 1137,80 manat məbləğində faiz borcu, 130 manat məbləğində cərimə bocu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Tənasübsüz dərəcədə yüksək hesablandığından 1277,67 manat cərimə tələbinin 1147,67 manatına dair hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 15 sentyabr 2020-ci il tarixli İK № 601/f-20-10 saylı kredit müqaviləsi ləğv edilsin və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 4924,92 manat məbləğində əsas, 1137,80 manat məbləğində faiz borcu, 130 manat məbləğində cərimə bocu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-2465/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2465/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver