Məhkəmə qərarları › İş №2(075)-2520/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-2520/2021

13.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-2520/2021 13.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyanın əvəzi olaraq 1097 manat və iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödənilmiş 31 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iş materialını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, o zaman iddia ərizəsi geri qaytarılmalıdır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi qaytarılır. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyanın əvəzi olaraq 1097 manat və iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödənilmiş 31 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq onlara verilməsini xahiş etsələr də, iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və X2 tərəfindən imzalanmamışdır. Bundan başqa iddia ərizəsinin məzmunundan iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və X1 tələb etdikləri iddia həcminin dəyərinin 1000 manatdan yuxarı olmasına baxmayaraq iddiaçılar qanunvericiliklə nəzərə tutulmuş 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbzin əslini iddia ərizəsinə əlavə etməmişlər. Həmçinin məhkəmə elektron portalından əldə edilərək İş materiallarına əlavə edilmiş 13 oktyabr 2021-ci il tarixli portaldan çıxarışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyat ünvanı Xocalı rayonu, Kosalar kəndidir. Belə olduğu halda iddia cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə, yəni Xocalı rayon məhkəməsinə verilməlidir. Ona görə də iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və X1 iddia ərizəsi geri qaytarılmalı, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçılara yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də ərizə Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 266- 268ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar