Məhkəmə qərarları › İş №2(075)-2643/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2643/2021

28.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2643/2021 28.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin həcminin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 sentyabr 2005ci il tarixdə anadan olmuş X14 və 05 fevral 2007-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 250 manat olmaqla, cəmi 500 manat alimentin tululub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, Cavabdeh ilə 28 iyun 2004-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə 05 sentyabr 2005-ci il tarixdə Nübar, 05 fevral 2007-ci il tarixdə Nurtac adlı iki övladları olmuşdur. Cavabdehlə ailə münasibətləri uyğun gəlmədiyindən ayrılmış və aralarında olan nigah məhkəmə qaydasında pozulmuşdur. Şəki Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli qətnaməsi ilə qızları Nübar və Nurtacın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşağa 125 manat məbləğində aliment müəyyən edilmişdir. Sonradan uşaqların maddi tələbatlarını tam qarşılaya bilmədiyi üçün Cavabdeh qarşı alment məbləğinin həcminin artıtılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli 2(075)-1059/2019 saylı qətnaməsi ilə 14 iyun 2017-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 05 sentyabr 2005-ci il tarixdə anadan olmuş X6 və 05 fevral 2007-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 125 manat olmaqla sabit pul məbləğində cəmi 250 manat alimentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Lakin həmin vaxtdan 2 il müddət keçmiş və hazırkı bazar qiymətlərinə görə qeyd olunan məbləğ həddindən çox azdır. Belə ki, uşaq normal qaydada yeməli, müalicə olunmalı, ona pal-paltar alınmalı, təhsili və uşağın dünya görüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Bunun üçün isə kifayət qədər vəsait tələb olunur. Cavabdeh 2019-cu ildən hazıradək Respublikada kifayət qədər infilyasiya olmasını, bir uşaq üçün verdiyi alimentin uşağın tələbatlarını ödəmədiyini nəzərə almamış və müəyyən edilmiş alimentdən əlavə maddi yardım göstərməmişdir. O, Cavabdeh ödədiyi alimentlə uşaqları saxlaya, uşaqların zəruri təlabatlarını ödəyə bilmir. Həmçinin bildirmişdir ki, uşaqlar repitetorluq fəaliyyəti ilə məşğul olan müəllimlərin yanına əlavə məşğələlərə gedirlər. Hazırki aliment uşaqların normal təhsil alması üçün maddi tələbatlarını qarşılamır. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həmdə vacib vəzifələridir. Göstərmişdir ki, cavabdeh 2021-ci il tarixdən aqliment ödəmir və halhazırda axtarışdadır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh nümayəndəsi X10 izahatında göstərdi ki, Cavabdeh iddiaçı ilə 28 iyun 2004-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə 05 sentyabr 2005-ci il tarixdə Nübar, 05 fevral 2007-ci il tarixdə Nurtac adlı iki övladları olmuşdur. İddiaçı ilə ailə münasibətləri uyğun gəlmədiyindən ayrılmışlar və aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Sonradan Şəki Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli, 2(075)-3655/2017 saylı qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin 21 may 2015-ci tarixli, 2(075)-1095/2015 nömrəli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 110 manat məbləğində müəyyən edilmişdir. Sonradan yenidən İddiaçı aliment tələbinin artırılması ilə bağlı məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli 2(075)-1059/2019 saylı qətnaməsi ilə 14 iyun 2017-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 125 manat məbləğində müəyyən edilmişdir. Bildirmişdir ki, Cavabdeh sonradan başqa birisi ilə nikaha daxil olmuş və həmin nikahdan da iki uşağı var. Cavabdeh Vətən müharibəsində də iştirak etmişdir. O, müharibədə olduğu dövrdə, həmçinin müharibədən sonra müalicə olunduğu üçün heç bir yerdə işləməmiş və hal-hazırda da heç bir yerdə işləmir. Maddi vəziyyəti aşağıdır. İddia tələbində göstərilən miqdarda alimenti ödəmək cavabdehin imkanı xaricindədir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının və cavabdehin nümayəndəsinin izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh 28 iyun 2004-cü il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuş, birgə yaşadıqları müddətdə 05 sentyabr 2005-ci il tarixdə Nübar, 05 fevral 2007-ci il tarixdə Nurtac adlı iki övladları olmuşdur. Tərəflərin ailə münasibətləri uyğun gəlmədiyindən ayrılmışlar və aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Sonradan Şəki Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli, 2(075)-3655/2017 saylı qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin 21 may 2015 ci tarixli 2(075)-1095/2015 nömrəli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 110 (bir yüz on) manat miqdarında müəyyən olunmuşdur. Həmçinin sonradan iddiaçı aliment məbləğinin artırılması tələbi ilə yenidən məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli 2(075)-1059/2019 saylı qətnaməsi ilə 14 iyun 2017-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 125 manat məbləğində müəyyən edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, cavabdehin nümayəndəsi isə iddianı qəbul etməmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(075)-1059/2019 saylı qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli, 2(075)-3655/2017 saylı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 05 sentyabr 2005-cı il tarixdə anadan olmuş X6 və 05 fevral 2007-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 125 manat olmaqla 250 (iki yüz əlli) manat məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan 02 noyabr 2005-ci il tarixdə verilmiş AZ-İ 699551 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 05 sentyabr 2005-ci il tarixdə anadan olmuş X6 atası Cavabdeh, anası isə X2r. İşdə olan 01 aprel 2007-ci il tarixdə verilmiş AZ-İ 914810 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 05 fevral 2007-ci il tarixdə anadan olmuş X5 atası Cavabdeh, anası isə X2r. İşdə olan Şəki RMX PHŞ İlkin Səhiyyə Xidməti tərəfindən verilmiş 05 avqust 2021ci il tarixli 577 nömrəli Tibbi Rəydən görünür ki, 05.09.2005-ci il təvəllüdlü X3 İlkin Səhiyyə Xidməti (ASM) şöbəsində 05.08.2021-ci il tarixdə həkim pediatr müayinəsindən keçmişdir. İşdə olan Şəki RMX PHŞ İlkin Səhiyyə Xidməti tərəfindən verilmiş 05 avqust 2021ci il tarixli 577 nömrəli Tibbi Rəydən görünür ki, 05.09.2007-ci il təvəllüdlü X1 İlkin Səhiyyə Xidməti (ASM) şöbəsində 05.08.2021-ci il tarixdə həkim pediatr müayinəsindən keçmişdir. İşdə olan 09 yanvar 2021-ci il tarixli Fəxri Fərmandan görünür ki, Səfərov X12 və Zəngilan rayonlarının işğaldan azad olunmasında fəaliyyətinə, yüksək iltizamına, bacarığına və vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə Fəxri Fərmanla təltif olunmuşdur. İşdə olan 01 oktyabr 2021-ci il tarixli 2021-002209 nömrəli X9 İştirak Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı X9 iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh X9 iştirak etməmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(075)-1059/2019 saylı qətnaməsindən görünür ki, 23 aprel 2018-ci il tarixdə verilmiş AZ-İV 108506 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 26 mart 2018-ci il tarixdə anadan olmuş X7 atası Cavabdeh, anası isə X11r. İşdə olan Şəki Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(075)-1059/2019 saylı qətnaməsindən görünür ki, 15 fevral 2017-ci il tarixdə verilmiş İİ-PY 895333 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 06 fevral 2017-ci il tarixdə anadan olmuş X8 atası Cavabdeh, anası isə X11r. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(075)-1059/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 05 sentyabr 2005-cı il təvəllüdlü X6 və 05 fevral 2007-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə məhkəməyə heç bir sübut təqdim edilməməsini, cavabdehin ikinci dəfə nikaha daxil olmasını və cavabdehin həmin nikahdan da iki əlavə azyaşlı uşağının olmasını nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 05 sentyabr 2005-cı il təvəllüdlü X6 və 05 fevral 2007-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(075)-1059/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün 135 (yüz otuz beş) manat olmaqla, 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(075)-1059/2019 saylı qətnaməsi ilə 05 sentyabr 2005-cı il təvəllüdlü X6 və 05 fevral 2007-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh alınaraq İddiaçı ödənilməli olan aliment məbləği artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 135 (yüz otuz beş) manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat məbləğində müəyyən edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar