Məhkəmə qərarları › İş №2(075)-281/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-281/2021

16.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-281/2021 16.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 866 (səkkiz yüz altmış altı) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, şahidlərdən ifadələrinin və ya ekspertlərdən rəyin alınması zərurəti yarandığından İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddiasına iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC iddia ərizəsində göstərmişdir ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X3” haqqında müqavilə imzalanmışdır. xx.xx.2017-ci il tarixli 444-K saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddənin “a” bəndini rəhbər tutaraq (heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmə səbəbi ilə) 70-ci maddənin “ç” bəndinə əsasən 119-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə “Oba Qarayev 2” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2018-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 866 (səkkiz yüz altmış altı) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borc 866 (səkkiz yüz altmış altı) manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X3 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. İddianın təmin edilməsini məhkəmdən xahiş etmişlər. İddiaçı MMC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin İddiaçı MMC-nin nümayəndəsi X2 xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək, iş üzrə məhkəmə iclasının pandemiya ilə əlaqədar onların iştirakı olmadan keçirib qərar verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2017-ci il tarixdə sistemə dsxil edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh Xails oğlu xx.xx.2017-ci il tarixdən müddətsiz olaraq İddiaçılər Şəbəkəsinə satıcı kassir vəzifəsinə qəbul edilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixdə sistemə dsxil edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh Xails oğlu xx.xx.2017-ci il tarixdən müddətsiz olaraq İddiaçılər Şəbəkəsinə administrator vəzifəsinə qəbul edilmişdir. İşdə olan Cavabdeh Xails oğlunun “X6” MMC-nin direktoru X1 verdiyi xx.xx.2017-ci il tarixli izahatın təsdiq edilmiş surətindən görünür ki, o, izahatında bildirmişdir ki, xx xxxxxx 2017-ci il tarixində Bölgə Müdiri Kamal.M kassanı yoxlayarkən 81,93 manat əksik aşkarlanmış və o həmin pulu evdən gətirib yerinə qoymuşdur. İşdə olan Cavabdeh Xails oğlunun “X6” MMC-nin direktoru X1 verdiyi xx.xx.2018-ci il tarixli izahatından görünür ki, yoxlama prosesindən və sayılan miqdardan heç bir narazılığı yoxdur. Araşdırma nəticəsinin çoxluğundan imza çəkməkdən imtina edir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.2018-ci il tarixində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 866 (səkkiz yüz. altmış altı) manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 866 (səkkiz yüz altmış altı) manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə heçbir ödəniş edilməmişdir. Faktiki qalıq borc 866 (səkkiz yüz altmış altı) manat borcu qalmışdır. İşdə olan xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “X6” MMC-nin Satış Əməliyyatları Şöbəsinin İddiaçılər Şəbəkəsinin Administratoru Cavabdeh əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdən ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixində Oba Q.Qarayev-2 filialında aparılmış inventarizasiya nəticələrinə dair ilkin aktdan görünür ki, Oba Q.Qarayev-2 filialında aparılmış inventarizasiya nəticəsində maddi məsul şəxs Cavabdeh tərəfindən 866 manat məbləğində maddi zərər vurulduğu müəyyən edilmişdir. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X3” haqqında müqavilə imzalanmışdır. xx.xx.2017-ci il tarixli 444-K saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddənin “a” bəndini rəhbər tutaraq (heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmə səbəbi ilə) 70-ci maddənin “ç” bəndinə əsasən 119-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə Oba Qarayev 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2018-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 866 (səkkiz yüz altmış altı) manat məbləğində zərər vurması məlum olmuşdur. İş materialları ilə müəyyən olunur ki, cavabdeh vurulmuş ziyanla bağlı hesablamaya cəlb edilmiş və bu hesablamada iştirak etmişdir. Belə ki, işdə olan Cavabdeh Xails oğlunun “X6” MMC-nin direktoru X1 verdiyi xx.xx.2018-ci il tarixli izahatından görünür ki, yoxlama prosesindən və sayılan miqdardan heç bir narazılığı olmamış, lakin araşdırma nəticəsi çox olduğundan akta imza çəkməkdən imtina etmişdir. Məhkəmə cavabdehin yoxlama prosesindən və sayılan miqdardan heç bir narazılığı olmamasını onun iddia tələbində olan məbləği qəbul etməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi Cavabdeh İddiaçı MMC-nə maddi vurmuşdur. Ona görə də İddiaçı MMC Cavabdeh aparılmış inventarizasiya nəticəsində müəyyən edilmiş ona dəymiş 866 manat məbləğində maddi zərəri tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh maddi zərər olaraq 866 (səkkiz yüz altmış altı) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı MMC-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh maddi zərər olaraq 866 (səkkiz yüz altmış altı) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı MMC-nə verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar