Məhkəmə qərarları › İş №2(075)-32/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-32/2020

10.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-32/2020 10.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı «malın, işin və ya xidmətin qüsurları nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində onlara dəyən zərərin əvəzi olaraq 6000.00 manat pulun cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin iddiaçı olmaqla digər iddiaçılar İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə nümayəndələri İddiaçı1 əvvəlki məhkəmə iclasında izahat vermiş, növbəti məhkəmə iclaslarının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 iddia ərizəsində tələblərini onunla əsaslandırmışlar ki, onların Tərtər rayonu Kəngərli kəndində fərdi yaşayış evləri vardır. Onlar bu evin pilləkənlərini əsaslı şəkildə düzəltmək üçün qohumları X5 müraciət etmiş, onlar üçün yaxşı bir usta tapmasını xahiş etmişlər. O da öz növbəsində 2018-ci ildə internetdən istifadə etməklə Bakı şəhəri, Zabrat qəsəbəsində sexi olan Cavabdeh adlı bir şəxsin çox yüksək səviyyəli bir usta olmaqla, qapı, pəncərə və pilləkən düzəltdiyini öyrənmişdir. Bunu bildikdən sonra onlar Kənanın vasitəçiliyi ilə Cavabdeh evlərinə dəvət etmiş və evdə olan pilləkənləri düzəltmək üçün həmin ustaya, yəni hazırkı iş üzrə cavabdehə sifariş vermişlər. Cavabdeh ilə aralarında olan qarşılıqlı razılaşmaya əsasən sonuncu onların Tərtər rayonu Kəngərli kəndində olan fərdi yaşayış evlərinin bütün pilləkənlərini özünün alıb gətirəcəyi qoz ağacı materialından yüksək səviyyədə düzəldib onlara təhvil verməli və bunun müqabilində cəmi 4000 manat pul almalı idi. Aralarında olan şifahi razılaşmaya əsasən onlar cavabdehin dediyi kimi yalnız qoz ağacından olmaqla yüksək keyfiyyətli material alınması üçün şəxsən sonuncunun özünə 2000 manat beh vermişlər. Cavabdeh müraciət edərkən, onunla qarşılıqlı razılığa gələrkən və 2000 manat beh verərkən yanlarında şahid və vasitəçi kimi qohumları X6 olmuş və bu işdə iştirak etmişdir. Lakin keçən müddət ərzində Cavabdeh gəlməmiş, yalnız “Elsevər” adlı bir usta ilə keyfiyyətsiz materialı göndərmişdir ki, həmin material da qoz ağacından deyil, qoz və şam ağaclarının qarışığından olmuşdur. Onlar bunu qəbul etməmiş və həmin “Elsevər” adlı bir ustaya Cavabdehlə aralarındakı anlaşmaya əsasən materialın möhkəm olması üçün ancaq qoz ağacından olmasını xatırlatmışlar. Bununla belə pilləkənin tez bir zamanda düzəldilməsi üçün cavabdehin göndərdiyi “Elsevər” adlı bir ustaya Cavabdeh verməsi üçün əlavə olaraq 2000 manat da verməli olmuşlar. Lakin həmin vaxtdan indiyədək keçən müddət ərzində Cavabdeh Rəsul oğlu nə pilləkəni düzəltmiş, nə də pulu qaytarmışdır. Onu axtarmaq istəsələr də tapa bilməmiş, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmişlər. Polis şöbəsi tərəfindən araşdırılma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək onlara mülki qaydada məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində onlara dəymiş zərər 6000.00 manat (2000 manat behin geri qaytarılması üçün nəzərdə tutulan 4000 manat və “Elsevər” adlı bir ustaya Cavabdeh verməsi üçün təqdim edilmiş 2000 manat) təşkil edir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçıların vəsatəti ilə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, iddiaçılar onun qohumlarıdır. İddiaçılara məxsus mənzildə yerləşən pilləkənlərin “Elnur” adlı şəxs tərəfindən düzəldiləcəyindən və bunun üçün həmin şəxsə 4000 manat verdiklərindən xəbəri olmuşdur. Lakin həmin şəxsə pul verilərkən şəxsən şahidi olmamışdır. Məhkəmə iclasında iddiaçıların vəsatəti ilə şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, İddiaçı1 onun dayısı oğludur. “Elnur” adlı şəxsə 2000 manat beh verilərkən orada olmuşdur. “Elnur” adlı şəxsin göndərdiyi “Elsevər” ustaya əlavə olaraq 2000 manat pul verildiyini eşitmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Tərtər Rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı, polis mayoru X2 icraatında olmuş HQK-1/1041 nömrəli materialdan görünür ki, Tərtər rayonu Kəngərli kəndində yaşayan İddiaçı2, X9 və İddiaçı1 yuxarı instansiyalara şikayət ərizəsi ilə müraciət edərək Şəki şəhər sakini Cavabdeh onların evinin pilləkənlərini düzəltmək üçün 4000 manat pul aldığı pilləkənləri yarımçıq qoyaraq düzəltmədiyini, verdiyi pulları da geri qaytarmadığını bildirərək Cavabdeh barədə qanuni tədbir görülməsini xahiş etmiş, həmin müraciət xx xxxxxx 2019cu il tarixdə HQK-1/1041 sayda qeydə alınaraq icraata götürülmüşdür. Araşdırma zamanı izahatı alınmış İddiaçı1 Tərtər rayonu Kəngərli kəndində yaşadığını, özünün həmin kənddə fərdi yaşayış evi olduğunu, 2018-ci ildə evinin pilləkənlərini Bakı şəhər Zabrat qəsəbəsində dülgər sexi olan, əslən Şəki rayonu Qoxmuq kəndindən olan Cavabdeh tapdıqlarını, onu Tərtər rayonu Kəngərli kəndinə dəvət etdiyini, pilləkənlərə-qapılara baxdığını, pilləkənləri düzəltmək üçün ona sifariş verdiyini, Cavabdeh ilə evin pilləkələrinin hamısının qoz ağacından yüksək səviyyədə düzəldəcəyi ilə razılaşdığını, öncə ona beh kimi 2000 (iki min) manat pul verdiyini, həmin pulu verəndə ailə üzvlərinin hamısının, həmçinin qardaşı oğlu Kənan Əsgərlinin və dayısı oğlu Şahid2 da orada olduğunu, Elnur onlara getməmişdən qabaq Elsevər adlı usta ilə pilləkənləri düzəltmək üçün qozdan olmayan zay material gətirdiyini, onunla razılaşmadıqlarını, həmin materialı qəbul etmədiklərini, Elnur göndərdiyi Elsevər adlı ustaya yenidən 2000 (iki min) manat pul verdiyini, pulu verəndən sonra da Elnur və Elsevərin pilləkənlər düzəltmədiklərini, Elnurla neçə dəfələrlə əlaqə saxlamağına baxmayaraq yalan vədlər verərək öhdəsinə götürdüyü işi yerinə yetirmədiyini bildirmişdir. İzahatı alınmış İddiaçı2 və X1 Vüqar İdris oğlu ilə eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Araşdırma zamanı Cavabdeh izahatının alınması üçün Şəki şəhər-rayon polis şöbəsinə sorğu məktubu göndərilmişdir. Araşdırma zamanı Cavabdeh istifadə etdiyi ***-***-**-** nömrəsi ilə əlaqə saxlanılmış, Cavabdeh İddiaçı1 işini yarımçıq qoyduğunu, tezliklə onun işini görüb qurtaracağını, halhazırda Bakı şəhərində olduğunu və Tərtər rayon polis şöbəsinə gedərək izahat verəcəyini bildirmiş, ancaq bu günə kimi RPŞ-nə gəlməmiş, ona görə də onun izahatını almaq mümkün olmamışdır. Beləliklə, toplanmış materialdan görünür ki, 2018-ci ildə Şəki şəhər sakini Cavabdeh Tərtər rayonu Kəngərli kənd sakini İddiaçı1 pilləkənlərini düzəltmək üçün ondan razlaşma yolu ilə 4000 manat pul aldığı, hal-hazırda İddiaçı1 işini başa çatdırmadığı məlum olmuşdur. Ona görə də X3 əməlində cinayət tərkib olmadığından xx xxxxxxxx 2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, İddiaçı1 ilə Cavabdeh arasında olan mübahisə mülki xarakterli olduğundan mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi ona izah edilmişdir. İşdə olan «xxxx» MMC tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 309 saylı ekspert rəyindən görünür ki, iddia predmeti olan iddiaçılar İddiaçı2, X10 və İddiaçı1 məxsus Tərtər rayonu Kəngərli kəndində yerləşən fərdi yaşayış evinin pilləkənlərinin quraşdırılması cavabdeh tərəfindən qüsurlu, eləcə də tikinti norma və qaydalarının tələblərinə uyğun quraşdırılmadığını nəzərə alaraq, mövcud pilləkənlərin quraşdırılmasına sərf olunan vəsaitin məbləğini müəyyən etmək mümkün olmadı. Qeyd olunur ki, həmin natamam pilləkənlərinin tamamlanması üçün mövcud pilləkənlərin sökülüb yenidən quraşdırılması məqsədə müvafiq hesab edilir. Ekspertə təqdim edilmiş nöqsan aktına əsasən iddia predmeti olan iddiaçılar İddiaçı2, X10 və İddiaçı1 məxsus Tərtər rayonu Kəngərli kəndində yerləşən fərdi yaşayış evinin pilləkənlərinin təmirinin tam olaraq yekunlaşdırılması üçün 5100 manat vəsait müəyyən edilir. Tədqiqatın dəyəri 300 manat təşkil edir. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 özlərinə məxsus Tərtər rayonu Kəngərli kəndində yerləşən fərdi yaşayış evinin pilləkənlərinin quraşdırılması üçün Cavabdeh 4000 manat pul vermiş, lakin cavabdeh bugünədək həmin işi başa çatdırmamış və ya aldığı pulu qaytarmamışdır. İddiaçılar həmin pulun 2000 manatını beh kimi verdiklərini iddia edərək həmin behin iki mislini və əlavə olaraq verdikləri 2000 manatın ödənilməsini cavabdehdən tələb edirlər. İddiaçılar iddianı müdafiə edirlər. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməyərək iddiaya münasibət bildirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında şifahi podrat müqaviləsi bağlanmış, Cavabdeh podratçı, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 sifarişçi qismində çıxış etmişlər. Tərəflər arasında bağlanmış şifahi podrat müqaviləsinə görə Cavabdeh müqavilədə nəzərdə tutulan işi icra etməyi, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdələrinə götürmüşlər. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. «xxxx» MMC tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 309 saylı ekspert rəyinə əsasən podratçı Cavabdeh iddia predmeti olan, iddiaçılar İddiaçı2, X10 və İddiaçı1 məxsus Tərtər rayonu Kəngərli kəndində yerləşən fərdi yaşayış evinin pilləkənlərinin quraşdırılmasını qüsurlu icra etmiş, eləcə də tikinti norma və qaydalarının tələblərinə uyğun quraşdırmamışdır. Odur ki, natamam pilləkənlərinin tamamlanması üçün mövcud pilləkənlərin sökülüb yenidən quraşdırılması tələb olunur. Həmin Məcəllənin 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Göründüyü kimi Cavabdeh sifarişi qüsurlu olaraq icra etdiyindən sifarişçilərin müqavilədən imtina etməklə onlara vurulmuş zərərin əvəzini tələb etmək hüquqları yaranmışdır. «xxxx» MMC tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 309 saylı ekspert rəyinə əsasən həmin pilləkənlərinin təmirinin tam olaraq yekunlaşdırılması üçün 5100 manat vəsait tələb olunur. İddiaçılar cavabdehə verdikləri 4000 manatı tələb etdiklərindən, həmçinin Tərtər Rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən HQK-1/1041 nömrəli material üzrə qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh iddiaçıların evinin pilləkənlərini düzəltmək üçün və geri qaytarmadığını pulun məbləği 4000 manat göstərildiyindən məhkəmə hesab edir ki, iddiaçılar həmin məbləğdə pulun cavabdehdən alınaraq onlara verilməsini tələb etməkdə haqlıdırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh işin görülməsi üçün 2000 manat beh verdiklərini iddia edərək həmin pulun iki mislini cavabdehdən tələb etsələr də, qanunvericiliyə əsasən beh haqqında razılaşma yazılı formada bağlandığından və iddiaçılar tərəfindən razılaşmanın yazılı formasına riayət edildiyini təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Ona görə də məhkəmə cavabdehə verilmiş 2000 manatı beh kimi qəbul etmədiyindən iddia tələbi 2000 manat pulun iki mislinin cavabdehdən tələb edilməsi hissəsində əsassızdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 4000 manat pul alınaraq iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 verilməli, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Tələb etməmələri nəzərə alınaraq ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. 300 (üç yüz) manat ekspertiza xərci isə Cavabdeh tutularaq «xxxx» MMC-nin “xxxx” ASC-nin Gənclik Mall filialındakı hesabına – Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesaba ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat pul alınaraq İddiaçı2, İddiaçı3 və İddiaçı1 verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. 300 (üç yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq «xxxx» MMC-nin “xxxx” ASC-nin Gənclik Mall filialındakı hesabına – Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar