Məhkəmə qərarları › İş №2(075)-369/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-369/2022

07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-369/2022 07.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, Cavabdeh iştirakları ilə İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair ilk və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 741.90 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 28 dekabr 2021-ci il tarixdə məhkəmənin icraatında daxil olmuşdur. Cavabdeh 12 fevral 2022-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş 01.05.2020-ci il tarixli akt əsasında hesablanmış 428.32 manat, 26.07.2017-ci il tarixli akt əsasında hesablanmış 255.01 manat, 02.06.2020-ci il tarixli akt əsasında hesablanmış 85.12 manat və 02.06.2020-ci il tarixli akt əsasında hesablanmış 343.20 manat borcun hesabında silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh 12 fevral 2022-ci il tarixdə məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikasının MPM-nin 155-ci maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Lakin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi məhkəməyə 17 mart 2022-ci il tarixdə elektron etiraz ərizəsi göndərərək, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehin Şəki rayonu Cəfərabad kəndində yerləşən fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında Cavabdeh adına **********00009 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İstehlakçı yaşadığı ünvanda uzun müddət elektrik enerjisindən istifadə etsə də hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Hazırda istehlakçının enerji hesabında 741.90 manat borc vardır. Keçən müddət ərzində cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yaranmış borc tam şəkildə ödənilmədiyindən iddiaçı "xxxx" ASC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Elektrik enerjisinin alqı-satqısı ilə bağlı hüquqi münasibətlər tərəflər arasında bağlanılmış “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilə” ilə tənzimlənir və cavabdeh tərəf həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozur. Ona görə də iddiaçı "xxxx" ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə göndərdiyi 17 mart 2022-ci il tarixdə elektron etiraz ərizəsində göstərmişdir ki, qarşılıqlı iddia ərizəsində qeyd olunan digər 85.12 manat və 343.20 manat məbləğlər barədə heç bir akt tərtib edilməmiş və hər hansı hesabat aparılmamışdır. İddiaçı tərəfindən həmin məbləğlərin haradan alındığı məlum deyildir. Qeyd olunan 26 iyul 2017-ci il tarixli akt əsasında hesablanmış 255.01 manat borcun silinməsi tələbinə münasibətdə bildirmişdir ki, 21.07.2017-cı il tarixdə Azərişıq” ASC-nin əməkdaşları İ.Bağırov, S.Xəlilov və V.Lətifov tərəfindən Şəki rayonu Cəfərabad kəndində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifcdə Qaydalan”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının işləmədiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydalarının 8.32-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 21.07.2017-ci il tarixli, R072140 saylı akt tərtib olunmuşdur. 21.07.2017-ci il tarixli, R072140 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 0.07 manatla 3643 kvts, dəyəri 255.01 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Bütün bunları nəzərə alaraq Cavabdeh qarşılıqlı iddiasının rədd edilməsi və "xxxx" ASC-nin borcun ödənilməsinə dair iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin iddiası əsaslı deyildir. Bununla bağlı iddiaçı tərəfindən hər hansı mötəbər bir sübut məhkəməyə təqdim edilə bilməz. Onun etirazı əsasında həmin iş iddia icraatına keçirilmişdir. O, Şəki rayonu Cəfərəbad kəndində yaşamışdır. Həmin ünvanda həmişə yaşadığı müddətdə işlətdiyi elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında poçta ödəmiş, sayğacı üzrə ödəniş aparmışdır. Lakin, cavabdeh təşkilatın nümayəndələri onun barəsində akt tərtib etmişlər. Abunə haqqında mlumatdan görünür ki, "xxxx" ASC tərəfindən onun barəsində 26 iyul 2017-ci il tarixdə, 02 iyun 2020-ci il tarixdə və 02 iyun 2020-ci il tarixdə aktlar tərtib edilmişdir. Həmin aktlardan 26 iyul 2017-ci il tarixli akt üzrə 255.01 manat, 02 iyun 2020-ci il tarixli akt üzrə 85.12 manat və 02 iyun 2020-ci il tarixli akt üzrə 343.20 manat hesabat aparılmışdır. Halbuki, həmin aktlardan da xəbəri yoxdur. Həmçinin, o, uzun müddətdir ki, Şəki rayonu Cəfərəbad kəndində yaşamır. Lakin barəsində əsassız olaraq hesabat aparılmışdır. Qanunvericliyin tələblərinə əsasən akt tərtib edilərkən enerji təhcizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Göründüyü kimi cavabdehin təşkilatın nümayəndələri qarşılarına qoyulmuş planı doldurmaq üçün mənim evdə olmamağımdan mükəmməl olaraq istifadə etmişlər. Bundan başqa həmin aktı məşət abonenti kimi o imzalamamışdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda ayrıca qeyd aparılmalıdır. Lakin cavabdeh təşkilatın nümayəndəsi həmin aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşlar. Odur ki, məcburiyyət qarşısında qalaraq akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Cavabdeh qarşılıqlı iddia ərizəsini müdafiə edərək məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, Cavabdeh Şəki EŞ-nin enerji satış bazasında **********00009 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, **********00009 saylı abonentin elektrik enerjisindən istifadə nəticəsində 2021-ci ilin noyabr ayının sonuna istifadə edilmiş elektrik enerjisinin dəyəri üzrə 741.90 manat borcu yaranmışdır. Şəki Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(075)-351/2022 saylı, 08 fevral 2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh iddia tələbi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair 01 may 2020-ci il tarixli, R seriyalı, 167273 nömrəli akt əsasında **********00009 saylı abonent kod hesabında qeydə alınmış 428.32 manat borc Cavabdeh hesabından silinməsi qət edilmişdir. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş: 21 iyul 2017-ci il tarixli, R seriyalı, 072140 nömrəli aktdan görünür ki, Cavabdeh məxsus elektrik sayğacına baxış zamanı sayğacın işləmədiyi aşkar edilmişdir. Abunə haqqında məlumatdan görünür ki, 21 iyul 2017-ci il tarixli, R seriyalı, 072140 nömrəli akta əsasən itirilmiş enerjinin bərpası məqsədilə Cavabdeh sayğacdan keçən yükə uyğun 0.07 manatla 3643 kvt.s (dəyəri 255.01 manat) dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə ilk və qarşılıqlı iddia tələblərinin “255.01 manat elektrik enerjisindən qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabat və 255.01 manat borcun silinməsi” hissələrinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində eletrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Göründüyü kimi, Qaydaların 8.32-ci bəndində göstərilən pozuntulara görə mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış evinin daxilində quraşdırılmayan məişət abonentinin məsuliyyəti istisna edilmişdir. Çünki «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Cavabdeh istifadəsində olan elektrik sayğacına yazılmış elektrik enerjisi borcunun sayğacın nasaz olması ucbatından yaranması cavabdehin məhkəmə iclasında verdikləri izahat və iş materiallarına əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, sayğacın nasaz olmasının Cavabdeh vəziyyətini daha da ağırlaşdıraraq ona əlavə elektrik enerjisi borcunun yazılmasına səbəb olmuşdur. Məhkəmə «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11-ci bəndini və yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Şəki EŞ-nin enerji satış bazasında **********00009 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan Cavabdeh elektrik sayğacında yaranmış problemin onun təqsiri ucbatından yaranması ilə bağlı iddiaçının nümayəndəsinin göstərdikləri əsaslı deyil. Belə ki, iddiaçı təşkilatın əməkdaşları tərəfindən 21 iyul 2017-ci il tarixdə cavabdehə məxsus Şəki rayonu Cəfərabad kəndində yerləşən mənzildə elektrik enerjisindən istifadə qaydalarına əməl edilməsinə riayət edilib-edilməməsini yoxlamaq üçün baxış keçirilmiş, həmin ünvanda quraşdırılmış sayğacın işləməməsi ilə əlaqədar “Elektrik enerjisindən istifadə qaydalarının” pozulması əsas götürülərək R seriyalı, 072140 nömrəli akt tərtib edilmişdir. İddiaçı təşkilatın əməkdaşları aktda onun tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aşkar edilmiş pozuntunun məhz istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamışdır. Həmçinin, istehlakçının ünvanına sayğacın quraşdırılmasına baxmayaraq aktda sayğacın hansı səbəbdən işləməməsi barədə heç bir fikir ifadə edilmir. Belə ki, sayğacda hər hansı bir qüsurun olması bunun bütün hallarda sayğacın işləməməsinin istehlakçının təqsiri nəticəsində baş verməsinə əsas vermir. Bundan başqa R seriyalı, 072140 nömrəli aktın tərtibində nəinki istehlakçının, hətta hal şahidlərinin də iştirakı təmin edilməmişdir. İş materialı ilə də hazırkı iş üzrə Cavabdeh hər hansı bir təqsirli hərəkəti olduğu müəyyən edilməmişdir. Odur ki, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “elektrik sayğacı işləmir" qeydinin cavabdehin hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Sözügedən sayğacın cavabdehin mülkiyyətində olan ərazidə deyil, yol kənarında quraşdırılmış olması hüquq pozuntusunun Cavabdeh və onun ailə üzvləri tərəfindən törədilməsi ilə bağlı cavabdehin təqsirli olmasını şübhə altına alır. Buna görə də ilk iddia tələbi 255.01 manat akt əsasında yaranmış borcun cavabdehdən tutulması hissəsində əsaslı deyil və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair 21 iyul 2017-ci il tarixli, R seriyalı, 072140 nömrəli akt əsasında **********00009 saylı abonent kod hesabında qeydə alınmış 255.01 manat borc əsassız hesab edilərək Cavabdeh hesabından silinməlidir. Məhkəmə ilk iddia tələbinin qalan hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalan”nın 8.14-cü bəndinə əsasən istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (krediorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək və yuxarıda şərh olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh yaşadığı Şəki rayonu Cəfərabad kəndində yerləşən mənzildə elektrik enerjisindən istifadə etsə də, abonent hesabında yaranmış enerji sərfiyyatı kimi hesablanmış cəmi 58.57 manat borcu tam şəkildə ödəməmişdir. Odur ki, iddiaçı həmin borcun cavabdehdən alınaraq xeyrinə ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən ilk iddia qismən təmin edilərək, Cavabdeh 58.57 manat məbləğində əsas borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İlk iddia qismən təmin edildiyindən ödənilmiş 30.40 manat dövlət rüsumunun 27.60 manat hissəsi iddiaçının özünə aid edilməklə, 2.40 manat hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, əsassız olduğundan ilk iddia qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia qismən təmin edilərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair 21 iyul 2017-ci il tarixli, R seriyalı, 072140 nömrəli akt əsasında **********00009 saylı abonent kod hesabında qeydə alınmış 255.01 manat borc Cavabdeh hesabından silinməlidir. Qarşılıqlı iddia tələbinə “01.05.2020-ci il tarixli akt əsasında hesablanmış 428.32 manat, 02.06.2020-ci il tarixli akt əsasında hesablanmış 85.12 manat və 02.06.2020-ci il tarixli akt əsasında hesablanmış 343.20 manat borcun hesabında silinməsi” hissəsində xitam verilməsi barədə Şəki Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(075)- 369/2022 nömrəli qərardadı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 223 və 227.1-ci maddələrinin tələblərinə əsasən məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Cavabdeh 58.57 manat məbləğində əsas borc tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş 30.40 manat dövlət rüsumunun 27.60 manat hissəsi iddiaçının özünə aid edilməklə, 2.40 manat hissəsi Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair 21 iyul 2017-ci il tarixli, R seriyalı, 072140 nömrəli akt əsasında **********00009 saylı abonent kod hesabında qeydə alınmış 255.01 manat borc Cavabdeh hesabından silinsin. Qarşılıqlı iddia tələbinə “01.05.2020-ci il tarixli akt əsasında hesablanmış 428.32 manat, 02.06.2020-ci il tarixli akt əsasında hesablanmış 85.12 manat və 02.06.2020-ci il tarixli akt əsasında hesablanmış 343.20 manat borcun hesabında silinməsi” hissəsində xitam verilməsi barədə Şəki Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(075)- 369/2022 nömrəli qərardadı nəzərə alınsın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar