Məhkəmə qərarları › İş №2(075)-379/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-379/2021

24.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-379/2021 24.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, cavabdeh xxxqızının iştirakı ilə İddiaçı cavabdeh xxxqızına qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2006-cı il təvəllüdlü X7 və xx xxxxxx 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün təyin edilmiş aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində müəyyən edilməsi və cavabdeh xxxqızından alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmişdir. Lakin İddiaçı məhkəməyə xx xxxxxx 2021-ci il tarixdə ərizə göndərərək, üzrlü səbəbdən məhkəmədə iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, onun cavabdeh Cabbarova (Abdullayevə) Gülnar Sərdar qızı ilə arasındakı nikah pozulmuş, AZ-İ № 333767 nömrəli, xx xxxxxx 2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamə ilə qeydiyyat alınmışdır. Şəki Rayon Məhkəməsinin 2(075)-142/2020 nömrəli, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə cavabdehlə birgə nikahlarından doğulmuş xx xxx 2006-cı il təvəllüdlü X7 və xx xxxxxx 2009-cu il təvəllüdlü X5 onun himayəsinə verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(107)-982/2020 saylı qətnaməsi ilə cavabdehlə birgə nikahlarından doğulmuş xx xxx 2006-cı il təvəllüdlü X7 və xx xxxxxx 2009-cu il təvəllüdlü X1 hər birinin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ayda 60 (altmış) manat aliment məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda oğlunun 14, qızının isə 11 yaşı var. Şəki Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqların saxlanılmasını təkbaşına həyata keçirdiyi üçün əlavə işdə çalışa bilmir. Təkbaşına onların tələbatını tamamilə ödəyə bilmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2020-ci ildə hər uşaq üçün 175 manat müəyyən edilmişdir. Həmçinin, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri bir dəfə də olsun ödəməmişdir. Uşaqların bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqların da anasına qarşı ehtiyac və tələbatı artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək təklikdə ona çox çətindir. Buna görə də aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı cavabdeh xxxqızı iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddia tələbinə etiraz edir və iddianı əsassız hesab edir. Belə ki, o, heç yerdə işləmir. Atasının himayəsindədir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(107)-982/2020 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləğini də atası ödəyir. Bundan başqa uşaqlar əvvəllər onun himayəsində olarkən iddiaçıdan hər ay hər uşaq üçün 50 manat alimentin tutulması müəyyən edilmişdir. İddiaçı hətta həmin alimenti də ödəməmişdir. Hazırda isə heç yerdə işləməyən bir qadından 350 manat aliment tələb edir. Əgər iddiaçı uşaqlarını saxlaya bilmirsə, uşaqlar onun himayəsində verilsin. Hazırkı mübahisə üzrə iddiaçı alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Hesab edir ki, iddiaçının irəli sürdüyü bu hallar alimentin məbləğinin artırılması üçün əsas ola bilməz. Çünki alimentin 120 manat həcmində müəyyənləşdirilməsi ilə bağlı onun həmin işə baxıldığı zamankı vəziyyəti ilə indiki vəziyyəti arasında alimentin məbləğinin artırılmasına əsas verəcək dəyişiklik olmadığı aydın olur. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə xxxqızının birgə nikahlarından xx xxx 2006-cı il tarixdə X7 və xx xxxxxx 2009-cu il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 982/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə xx xxx 2006-cı il təvəllüdlü X7 və xx xxxxxx 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xxxqızından hər ay hər uşaq üçün 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İddiaçı həmin aliment məbləği ilə uşaqların tələbatlarının ödənilməsinin mümkünsüz olması və uşaqların tələbatlarının artmasını ilə əsaslandırmışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-982/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(075)-291/2019 saylı qətnaməsi ilə X6 ilə İddiaçı arasında xx xxxxxx 2005-ci il tarixdə Şəki şəhər VVADQ Şöbəsində bağlanmış 263 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları – xx xxx 2006-cı il təvəllüdlü X7 və xx xxxxxx 2009-cu il təvəllüdlü X1 anası X2 yanında qalmaları, xx xxx 2006-cı il təvəllüdlü X7 və xx xxxxxx 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutularaq iddiaçı X3 verilməsi və alimentin tutulmasının əvvəlinin xx xxx 2019-cu il tarixdən hesablanması qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-142/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahdan olan uşaqları – xx xxx 2006-cı il təvəllüdlü X4 və xx xxxxxx 2009-cu il təvəllüdlü X1 anaları Cabbarova (Abdullayeva) Gülnar Sərdar qızının himayəsindən alınaraq ataları İddiaçı verilməsi və onun himayəsində saxlanılmaları qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-982/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-142/2020 nömrəli qətnaməsi “iddianın təmin olunmayan” hissəsində ləğv edilmiş, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, xxxqızından xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 60 (altmış) manat, cəmi 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-982/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, xx xxx 2006-cı il təvəllüdlü X7 və xx xxxxxx 2009-cu il təvəllüdlü X1 anaları xxxqızı, ataları isə İddiaçıdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Həmçinin, cavabdehin heç bir yerdə işləməməsi onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Apellyasiya Məhkəməsinin 2(107)-982/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılmaları üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxx 2006-cı il təvəllüdlü X7 və xx xxxxxx 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh xxxqızından İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx xxx 2006-cı il təvəllüdlü X7 və xx xxxxxx 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Apellyasiya Məhkəməsinin 2(107)-982/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün 70 (yetmiş) manat olmaqla, cəmi 140 (bir yüz qırx) manat sabit pul məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən cavabdeh xxxqızından 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxx 2006-cı il təvəllüdlü X7 və xx xxxxxx 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 70 (yetmiş) manat olmaqla, cəmi 140 (bir yüz qırx) manat aliment xxxqızından tutularaq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. xxxqızından 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar