Məhkəmə qərarları › İş №2(075)-381/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-381/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-381/2021 04.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, X1 zamini Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 2014-M-76 nömrəli Kredit müqaviləsi üzrə ödənilməmiş borc üzrə 553,11 manat, faiz borcu üzrə 14,44 manat olmaqla, cəmi 567,55 (beş yüz altmış yeddi manat əlli beş qəpik) manat kredit borcunun tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, “xxxx" ASC-nin Şəki filialı ilə borclu X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2014- M-76 nömrəli Kredit müqaviləsinə əsasən X3 illik 24 faiz (%) dərəcəsi ilə hesablanmaqla 48 ay müddətinə, 3,500 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı kimi Bankla Cavabdeh arasında xx.xx.2014-cü il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Eyni zamanda, Zaminlik müqaviləsinin 2.1-ci maddəsinə əsasən sözügedən kredit müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə görə Zamin Kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən isə borclu qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi və vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. X4 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Zaminlik müqaviləsi aksessor xarakterli olmaqla bərabər əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik mücaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Buna görə də hazırda kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. xx.xx.2014-cü il tarixli, 2014-M-76 nömrəli Kredit müqaviləsinə əsasən X2 vəfat etdiyi tarixə əsas borc üzrə 553,11 manat, faiz borcu üzrə 14,44 manat olmaqla, cəmi 567,55 manat borcu mövcuddur. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, X1 zamini Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 2014-M-76 nömrəli Kredit müqaviləsi üzrə 553,11 manat ödənilməmiş borc, 14,44 manat faiz borcu olmaqla, cəmi 567,55 (beş yüz altmış yeddi manat əlli beş qəpik) manat kredit borcu, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqı tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq «xxxx» ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 zamini Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 2014-M- 76 nömrəli Kredit müqaviləsi üzrə 553,11 manat ödənilməmiş borc, 14,44 manat faiz borcu olmaqla, cəmi 567,55 (beş yüz altmış yeddi manat əlli beş qəpik) manat kredit borcu, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar