Məhkəmə qərarları › İş №2(075)-394/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-394/2021

25.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-394/2021 25.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh Asim oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Asim oğluna qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(075)-691/2014 saylı əmri ilə təyin edilən 100 manat alimentin məbləğinin artırılaraq Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat məbləğində tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Onunla birgə nikahdan olan xx.xx.2004-cü il təvəllüdlü Tunar adlı övladının saxlanılması üçün aliment tutulması barədə Şəki rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(075)-691\2014 saylı məhkəmə əmrinə əsasən Cavabdeh övladları X2 üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 100 (yüz) manat tutulub ona verilməsi əmr edilmişdir. Məhkəmə əmrindən artıq uzun müddət keçmiş və yaşayış minimumu aliment məbləğinə nisbətdə xeyli artmışdır. Həmçinin o, X6 onun nəzarıtindın kənar pul xərcləməsini hiss etmiş və həmin pulu babasından və ya digər qohumundan almasını öyrənmişdir. Bundan başqa cavabdeh Tunarın alınması tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə iddia təmin edilməmişdir. Buna görə də düşünmüşdür ki, cavabdehin imkanı əlavə bir uşağa da baxa biləcək qədər yaxşıdır. Ona görə də cavabdehdən tutulacaq alimentin miqdarının artırılması qərarına gəlmişdir. Əlavə olaraq göstərmişdir ki, özü ARB kanalında işləyir, aylıq əmək haqqı 1000 manat təşkil edir. İddianın təmin edilməsini məhkəmədən xaiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(075)-691/2014 saylı məhkəmə əmrinə əsasən ondan övladları X2 üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 100 (yüz) manat tutulub İddiaçı verilməsi əmr edilmişdir. Lakin o, sonrdan Nigar adlı şəxslə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş və həmin nikahdan da, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Hazırda o, heç bir yerdə işləmir. Təyin edilmiş aliment məbləğlərini belə ödəməkdə çətinlik çəkir. Həmin aliment məbləğini atasının və qardaşının köməkliyi ilə ödəyir. Hazırda ailəli olmasının və himayəsində 2 azyaşlı uşaqlarının olmasının nəzərə alınmasını xahiş edir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(075)-691/2014 saylı məhkəmə əmrinə əsasən Cavabdeh övladları X1 üçün sabit pul məbləğində hər ay uşaq üçün 100 (yüz) manat tutulub ona verilməsi əmr edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə iddianı qəbul etməmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(075)-691/2014 nömrəli əmrinin təsdiq olunmuş surətindən görünür ki, Şəki rayonu Cəyirli kəndində yaşayan Cavabdeh hər ay uşaq üçün 100 (yüz) manat aliment alınaraq xx xxxx 2004-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəki rayonu Qoxmuq kəndi ərazisində yerləşən STMF-nin 2 saylı ictimai yaşayış binasının 6 saylı mənzilində yaşayan İddiaçı verilməsi əmr edilmişdir. İşdə olan AZ-İ 538184 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki,xx.xx.2004-cü il təvəllüdlü X6 atası Cavabdeh, anası İddiaçı Ehtibar qızıdır. İşdə olan AZ-İ 499698 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünürki, Cavabdeh ilə X10 arasında xx.xx.2009-cu il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 103 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İİ 379743 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünürki, xx.xx.2009-cu il təvəllüdlü X5 atası Cavabdeh, anası X8r. İşdə olan AZ-İİ 598896 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünürki, xx.xx.2010-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası X8r. İşdə olan Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-1168/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh xx xxxx 2004-cü il təvəllüdlü X6 İddiaçı alınıb onun himayəsinə verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(075)-691/2014 nömrəli əmri ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxx 2004-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini, həmçinin cavabdehin ikinci dəfə nikaha daxil olmasını və həmin nikahdan da 2 azyaşlı uşaqlarının olmasını nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli xx xxxx 2004-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(075)-691/2014 saylı əmri ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 110 (bir yüz on) manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Göründüyü kimi təyin edilmiş 110 manat iddianın illik dəyəri 500 manatdan çox edir. Buna görə də Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxx 2004-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(075)-691/2014 saylı əmri ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində müəyyən edilsin və həmin aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar