Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-399/2021 15.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Ağabalayev Səxavət Məmməd oğlunun katibliyi, İddiaçı Orucova (Əliabbasova) Günay Bakir qızının vəkili X7 iştirakı ilə İddiaçı Orucova (Əliabbasova) Günay Bakir qızının Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Orucova (Əliabbasova) Günay Bakir qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2 (075)-842/2018 nömrəli qətnaməsi ilə 04 aprel 2012-ci il təvəllüdlü X3 və 19 noyabr 2013cü il təvəllüdlü X1 üçün təyin edilmiş aliment məbləğinin artırılaraq hər ay hər bir uşaq üçün 175 manat olmaqla sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Orucova (Əliabbasova) Günay Bakir qızının vəkili X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, iddiaçı Orucova (Əliabbasova) Günay Bakir qızı Cavabdeh ilə 24 sentyabr 2009-cu il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan onların 04 aprel 2012-ci il tarixdə Xəqani və 19 noyabr 2013-cü il tarixdə Zəhra adlı uşaqları anadan olmuşdur. Sonradan münasibətləri uyğun gəlmədiyindən onlar ayrılmışlar. Bundan sonra iddiaçı Orucova (Əliabbasova) Günay Bakir qızının iddiası əsasında Şəki Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2 (075)-842/2018 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə Orucova (Əliabbasova) Günay Bakir qızı arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan uşaqları-04 aprel 2012-ci il təvəllüdlü X5 və 19 noyabr 2013-cü il təvəllüdlü X6 iddiaçı Orucova (Əliabbasova) Günay Bakir qızı himayəsinə verilmiş, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 100 manat alimentin tutularaq Orucova (Əliabbasova) Günay Bakir qızına verilməsi və aliment tutulmasının əvvəlinin 08 fevral 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Lakin, bu günkü bazar qiymətlərinə görə cavabdehdən alınaraq iddiaçı Orucova (Əliabbasova) Günay Bakir qızına verilməli olan həmin məbləğ çox azdır və iddiaçı Orucova (Əliabbasova) Günay Bakir qızı heç bir yerdə işləmir və maddi cəhətdən çox çətinlik çəkir. İddiaçı Orucova (Əliabbasova) Günay Bakir qızının təkbaşına uşaqlarının pal-paltarlarının, təhsilinin, sağlamlığının və maddi təminatlarının qeydinə qalması heç cür mümkün deyildir. Uşaqların səhhəti ilə əlaqədar mütəmadi olaraq dərman xərcləri artır. Uşaqlar böyüdükcə tələbatları artır. İddiaçı Orucova (Əliabbasova) Günay Bakir qızı isə təkbaşına himayəsində olan uşaqlarının tələbatlarını ödəyə bilmir. Bu səbəblərdən də iddiaçı Orucova (Əliabbasova) Günay Bakir qızı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iş yeri və aylıq qazancının məbləği barədə məlumatı yoxdur. Lakin, şifahi məlumata görə Cavabdeh Bakı şəhərində tikintidə ustalıq edir. Cavabdeh qət edilmiş aliment borcunu fasilələrlə ödəyir. İddiaçı Orucova (Əliabbasova) Günay Bakir qızı və Cavabdeh nikahları pozulduqdan sonra yenidən nikaha daxil olmamışlar. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında iddiaçının vəkilinin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, iddiaçı Orucova (Əliabbasova) Günay Bakir qızı Cavabdeh ilə 24 sentyabr 2009-cu il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan onların 04 aprel 2012-ci il tarixdə Xəqani və 19 noyabr 2013-cü il tarixdə Zəhra adlı uşaqları anadan olmuşdur. Sonradan münasibətləri uyğun gəlmədiyindən onlar ayrılmışlar. Bundan sonra Şəki Rayon Məhkəməsinin 05 aprel 2018ci il tarixli, 2 (075)-842/2018 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə Orucova (Əliabbasova) Günay Bakir qızı arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan uşaqları-04 aprel 2012-ci il təvəllüdlü X5 və 19 noyabr 2013-cü il təvəllüdlü X6 iddiaçı Orucova (Əliabbasova) Günay Bakir qızı himayəsinə verilmiş, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 100 manat alimentin tutularaq Orucova (Əliabbasova) Günay Bakir qızına verilməsi və aliment tutulmasının əvvəlinin 08 fevral 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. İddiaçı müəyyən edilmiş hər uşaq üçün cəmi 100 manat aliment məbləği ilə uşaqlarının tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddianı müdafiə edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmiş və iddiaya münasibət bildirməmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2 (075)- 842/2018nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən X8 ilə Cavabdeh arasında 24 sentyabr 2009-cu il tarixdə Şəki şəhər İHB-nin Qayabaşı kənd İcra Nümayəndəliyində bağlanmış 20 nömrəli nikah pozulmuş, birgə nikahdan olan uşaqları-04 aprel 2012-ci il təvəllüdlü X5 və 19 noyabr 2013-cü il təvəllüdlü X2 (Əliabbasova) Günay Bakir qızının himayəsində saxlanılmış, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 100 manat alimentin tutularaq Orucova (Əliabbasova) Günay Bakir qızına verilməsi və aliment tutulmasının əvvəlinin 08 fevral 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşaqların saxlanılmaları üçün zəruri tələbatları, əvvəlki illərə münasibətdə 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün artmasını, iddiaçı Orucova (Əliabbasova) Günay Bakir qızının Şəki Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2 (075)-842/2018 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləği ilə uşaqlarının saxlanılmaları üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 04 aprel 2012-ci il təvəllüdlü X5 və 19 noyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Orucova (Əliabbasova) Günay Bakir qızının xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin cavabdehin aylıq qazancının miqdarı barədə məhkəməyə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 04 aprel 2012-ci il təvəllüdlü X5 və 19 noyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 120 manat aliment tutularaq Orucova (Əliabbasova) Günay Bakir qızına ödənilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 04 aprel 2012-ci il təvəllüdlü X5 və 19 noyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 120 manat aliment tutularaq Orucova (Əliabbasova) Günay Bakir qızına ödənilsin. Aliment tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2(075)-399/2021 15 fevral 2021-ci il İddiaçı: Orucova (Əliabbasova) Günay Bakir qızına (Şəki rayonu, Qayabaşı kəndi) İddiaçının vəkili: X9 (Şəki Regional Vəkil Bürosu) Cavabdeh: Cavabdeh, (Şəki rayonu, Sarıca kəndi) Şəki Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2 (075)-399/2021 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 02 vərəqə, 04 səhifə. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2(075)-399/2021 15 fevral 2021-ci il Cavabdeh: Cavabdeh, (Şəki rayonu, Sarıca kəndi) Şəki Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2 (075)-399/2021 saylı qətnaməsindən çıxarış məlumat üçün sizə göndərilir. Qoşma: 01 vərəqə. Hakim Elçin Mehdiyev.
Məhkəmə qərarları › İş №2(075)-399/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-399/2021
15.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver