Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-422/2021 05.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı BOKT «xxxx» MMC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə İddiaçı BOKT «xxxx» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı BOKT «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada BOKT «xxxx» MMC-nin xeyrinə 2463,74 manat əsas, 72,73 manat faiz, 0,39 manat cərimə olmaqla, cəmi 2536,86 manat borcun, 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı BOKT «xxxx» MMC-nin nümayəndəsi X3 məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada BOKT «xxxx» MMC-nin xeyrinə 2287,80 manat əsas, 42,67 manat faiz, 0,39 manat cərimə olmaqla, cəmi 2330,86 manat borcun, 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT «xxxx» MMC-nin iddia tələbinin həcminin azaldılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı BOKT «xxxx» MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, iddiaçı BOKT «xxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə illik faiz dərəcəsi 1 faiz olmaqla 2463,74 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə 13 dekabr 2019-cu il tarixdə BOKT «xxxx» MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 Cavabdeh1 kredit təşkilatı qarsısında 13 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Kredit təşkilatı tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərinin icrasını təmin etməmişlər. Buna görə də iddiaçı BOKT «xxxx» MMC hazırki tələblə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia əsaslıdır və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh1 izahatında göstərdi ki, həqiqətən də, onunla iddiaçı BOKT «xxxx» MMC arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik faiz dərəcəsi 1 faiz olmaqla 2463,74 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən o, krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə 13 dekabr 2019-cu il tarixdə BOKT «xxxx» MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 onun kredit təşkilatı qarsısında 13 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. O, bir müddət kredit borcundan ödənişlər etsə də, sonradan maddi vəziyyəti ilə bağlı kredit öhdəliklərinin icrasını təmin edə bilməmişdir. İddianı qəbul edir və borcunu hissə-hissə ödəyəcəyinə söz verir. Göstərilənləri nəzərə alaraq qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş edir Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan iddiaçı BOKT «xxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən BOKT «xxxx» MMC tərəfindən Cavabdeh1 60 ay müddətinə illik faiz dərəcəsi 1 faiz olmaqla 2463,74 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 13 dekabr 2019-cu il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh1 BOKT «xxxx» MMC-dən 2463,74 manat pulu həmin tarixdə qəbzə imza etməklə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 götürdüyü 2463,74 manat krediti ona hesablanmış faizlərlə birlikdə 60 ay müddətində hər ay hissə-hissə ödəməklə qaytarmalı olmuşdur. İş materiallarında olan 13 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 BOKT «xxxx» MMC qarşısındakı 13 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatları, təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, BOKT «xxxx» MMC ilə Cavabdeh1 arasında 13 dekabr 2019-cu il tarixli kredit müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 60 ay müddətinə illik faiz dərəcəsi 1 faiz olmaqla 2463,74 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh1 krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə BOKT «xxxx» MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmış, zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısında kredit öhdəliklərinin icrasında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit təşkilatı tərəfindən kreditin verilməsinə baxmayaraq cavabdehlər müqavilə öhdəliklərinə əməl etmədiklərindən BOKT «xxxx» MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlə BOKT «xxxx» MMC arasında bağlanmış zaminlik müqaviləsi əsasında zamin Cavabdeh2 kredit təşkilatı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən müqavilə iştirakçılardan bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, BOKT «xxxx» MMC tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək 2463,74 manat pulun Cavabdeh1 verilməsinə baxmayaraq sonuncu kredit müqaviləsi üzrə kredit borcunun tam şəkildə iddiaçının hesabına ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də BOKT «xxxx» MMC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2287,80 manat əsas, 42,67 manat faiz, 0,39 manat cərimə olmaqla, cəmi 2330,86 manat borc tutularaq BOKT «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. İddia təmin edildiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 manat dövlət rüsumu və 0,40 manat xidmət xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2287,80 manat əsas, 42,67 manat faiz, 0,39 manat cərimə olmaqla, cəmi 2330,86 manat borc, 30 manat dövlət rüsumu və 0,40 xidmət xərci tutularaq BOKT «xxxx» MMC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-422/2021 05 mart 2021-ci il İddiaçı: BOKT «xxxx» MMC -nə (Gəncə şəhəri, Nəriman Nərimanov küçəsi 207) Cavabdehlər: Cavabdeh1, (Şəki şəhəri, M.Əliyev küçəsi ev 46) Cavabdeh2, (Şəki şəhəri, Bilallılar küçəsi ev 1/2) Şəki Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2 (075)-422/2021 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 02 vərəqə, 04 səhifə. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-422/2021 05 mart 2021-ci il İddiaçı: BOKT «xxxx» MMC -nə (Gəncə şəhəri, Nəriman Nərimanov küçəsi 207) Cavabdehlər: Cavabdeh1, (Şəki şəhəri, F.Abdurahmanov küçəsi ev 9/14) Cavabdeh2, (Şəki şəhəri, S.Vurğun küçəsi ev 3) Şəki Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2 (075)-422/2021 saylı qətnamədən çıxarış məlumat üçün sizə göndərilir. Qoşma: 01 vərəqə Hakim Elçin Mehdiyev.
Məhkəmə qərarları › İş №2(075)-422/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-422/2021
05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver