Məhkəmə qərarları › İş №2(075)-426/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-426/2022

05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-426/2022 05.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki şəhəri N.Nərimanov küçəsi 1-də yaşayan xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh 2969,80 manat (iki min doqquz yüz altmış doqquz) manat 80 qəpik əsas borcun, 49,70 (qırx doqquz) manat 70 qəpik dövlət rüsumun, ümumilikdə 3019,50 manat (üç min on doqquz) manat 50 qəpik borcun tutularaq "Azəriqaz” İstehsalat Birliyinin xeyrinə (bank hesabları:ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************J) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə baxılarkən iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh sayğac göstəricilərinə əsasən yaranmış 178,30 (bir yüz yetmiş səkkiz) manat 30 qəpik əsas borcun, 30.01.2019-cu il tarixli akta əsasən hesablanmış 540 (beç yüz qırx) manat dəymiş ziyanın, cəmi 718,30 (yeddi yüz on səkkiz) manat 30 qəpik məbləğində borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 izahat verərək göstərmişdir ki, "Azəriqaz" İB, Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Cavabdeh məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçına məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00000 saylı qaz hesabında ödənilməmiş 3947.80 manat borc vardır. Həmin borcun 978 manat hissəsi ilə bağlı artıq Şəki Rayon Məhkəməsində 2(075)-52?/2017 saylı iş üzrə araşdırma aparılmış və 23.02.2017-ci il tarixdə tələbin təmin edilməsinə dair qətnamə çıxarılmışdır. Qaz hesabında qeydə alınmış borcun digər hissəsi olan 2969.80 manat (3947.80 m - 978 m = 2969.80 m) borcun 178.30 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 2791.50 manat hissəsi isə həmin ünvanda 5 dəfə ayrı ayrı vaxtlarda aşkar edilmiş təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Bildirmişdir ki, iddia tələbində göstərilən sayğac göstəricisinə əsasən yaranmış 89 manat borc həmin ünvanda istismarda olan G-4 markalı 12535581 saylı sayğacın 4463 m3 göstərici ilə müəyyən edilmişdir. Digər tərəfdən "Azəriqaz" İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin ayrı-ayrı vaxtlarda apardığı xidməti yoxlamalar zamanı Cavabdeh yaşadığı fərdi yaşayış evində sayğacdan kənar əlavə xətt ilə şəbəkəyə dəfələrlə qoşularaq qanunsuz qazdan istifadə etdiyi aşkar etmiş və aşağıdakı aktlar tərtib edilmişdir. Göstərmişdir ki, istehlakçının ünvanında qüsur aşkar edilməmişdən əvvəl ilə qüsur aşkar olunduqdan sonra istehlakçının qaz sərfıyatları müqaisə edildiyi zaman görünür ki, aşkar edilmiş nöqsan aradan qaldırıldıqdan sonra istehlakçının qaz sərfıyatının göstəricisi nəzərə çarpacaq dərəcədə artmışdır. Beləliklə qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsdən irəli gəlir. Qeyd etmişdir ki, Cavabdeh yaşadığı fərdi yaşayış evində bir neçə dəfə də qazdan istifadə qaydalarının pozulması halları qeydə alınmış və bu hallar Şəki Rayon Məhkəməsinin 2(075)-527/2017 saylı 23.02.2017-ci il tarixli qətnaməsində öz əksini tapmışdır. Göstərmişdir ki, hazırda cavabdehin sayğac göstəricisinə əsasən 178.30 manat, 30.01.2019-cu il tarixli akt əsasında isə 540 manat borcu vardır. Bildirmişdir ki, cavabdeh qeyd edilən akt əsasında qaz xəttinə qanunsuz qoşulmasına görə 03 may 2019-cu il tarixdə inzibati məsuliyyətə cəlb edilmiş və MN ******* nömrəli qərarla 100 manat cərimə də edilmişdir. İddianı azaltdığı hissədə müdafiə etmiş və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəmə iclasında göstərmişdir ki, o, İddiaçı İB, Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olmaqla özünə məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə etmişdir. Göstərmişdir ki, dədə-babadan yaşadığı evlərində kürə olmuş və həmin kürədə çörək bişirib satmışdır. Orta hesabla günə 60-70 şörək bişirib satmışdir. Göstərmişdir ki, kürəyə ayrıca qaz xətti çəkilməmiş, evə gələn qazdan istifadə edərək kürəni qızdırmışlar. Bildirmişdir ki, 2017-ci ildə yaşadığı ünvanında istismar olunmuş qaz sayğacı çıxarılmış, sonradan yeni sayğac quraşdırılmışdır. Bu qayda ilə onun ev ünvanına indiyədək 5 dəfə sayğac dəyişdirilmişdir. 2018-ci ilin payız aylarında yaşadığı ünvana quraşdırılmış sayğac çıxarılaraq aparılmış və 4 gün sayğac quraşdırılmamışdır. Dəfələrlə qaz işçilərinə ünvanına sayğac quraşdırılmasını tələb etmişdir. Lakin onların sayğacı quraşdırmasını gecikdirmələrini görüb elə qaz işçilərinin yanında rezin boru ilə (şlanqla) qeyri-qanuni qaz xəttinə qoşularaq qazdan istifadə etmişdir. Buna görə də barəsində akt tərtib edilərək 540 manat ziyanlıq hesablanmışdır. Həmçinin Bakı şəhərindən gələn əməkdaşlar onu inzibati məsuliyyətə cəlb edərək 100 manat cərimələmişlər. O, həmin 100 manat cəriməni ödəmişdir. Axırıncı yeni sayğac 2021-ci ilin may ayında quraşdırılmış və 4 gün sonra yenidən “Azəriqaz İB”-nin əməkdaşları yeni quraşdırılmış sayğacı sökərək aparmışlar. Hazırda yaşadığı evdə sayğac vardır, lakin ondan istifadə etmir. Bildirmişdir ki, 718,3 manat borc məbləği barədə qətnamə çıxarılmasına etiraz etmir.. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 24 iyun 2015-ci il tarixli 6013 nömrəli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləndən görünür ki, Cavabdeh həmin müqavilədə nəzərdə tutulan şərtlərlə razı olduğuna görə İddiaçı ilə qazın alqı-satqısı ilə bağlı müqavilə bağlamışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 23 fevral 2027-ci il tarixli 2(075)-527/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh sayğacla istifadə edilmiş təbii qaza görə 335,40 (üç yüz otuz beş) manat 40 qəpik, istismara yararsız vəziyyətə gətirilən sayğacların dəyəri olan 315 (üç yüz on beş) manat, qanunsuz istifadə edilən itirilmiş təbii qazın dəyəri olan 642,60 (altı yüz qırx iki) manat 60 qəpik, ümumilikdə 1293 (bir min iki yüz doxsan üç) manat pul, 30 (otuz) manat rüsum və 0,40 (qırx) qəpik xidmət haqqı tutularaq İddiaçı X1 İstismar İdarəsinin hesabına ödənilməsi qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş 31 oktyabr 2017-ci il tarixli aktdan görünür ki, istehlakçı Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən evində qaz işlədicilərindən PQ-4-ün saatlıq qaz sərfi 0.9 m3/saat, orta günlük iş rejimi 4 saat hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 864 m3 müəyyən edilərək onun dəyəri olan 86,4 manat məbləğdə ziyan (864 m3 x 0.10 man = 86,4 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş 31 yanvar 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh yaşadığı Şəki şəhəri, N.Nərimanov pr ünvanında yerləşən evində qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün; dəmir sobasının maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 5400 m3 (864m3+4536m3) müəyyən edilərək onun dəyəri olan 540 manat məbləğdə ziyan (5400 m3 x 0.10 man = 540 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş İddiaçı İBnin Zaqatala RQİİ-nin Şəki sahəsinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 yanvar 2019-cu il tarixli, ******* nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus N.Nərimanov pr ünvanında yerləşən evində sayğacsız qaz xəttinə qoşulma müəyyən olunmuş, mövcud sayğacın saatlıq qaz sərfinə uyğun quraşdırılması və istehlakçıdan dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 03 may 2019-cu il tarixli, MN ******* seriya nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh qaza sayğacsız kənar xətt birləşdirərək təbii qazı talan etdiyi üçün İXM-nin 114-cü maddəsinə əsasən 100 manat məbləğində cərimə olunmuşdur. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı İB, Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Şəki şəhəri, N.Nərimanov küç, 3/1 ünvanında yaşayan Cavabdeh məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilmişdir. İstehlakçının yaşadığı mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00000 saylı qaz hesabında ödənilməmiş 718.30 manat borc vardır. Həmin borcun 178.30 manat hissəsi sayğac üzrə, 540 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir. Keçən müddət ərzində cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq yaranmış borc tam şəkildə ödənilmədiyindən iddiaçı "Azəriqaz" İB hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tərəf iddianı müdafiə edir. Cavabdeh isə məhkəmə iclasında iddianın təmin edilməsinə etiraz etməmişdir. Mülki iş materiallarını araşdırıb iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı iddiası əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci bəndinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin qaydaların 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin qaydaların 6.5-ci bənidnə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.2-ci maddəsinə görə, müqavilə onun bağlandığı vaxt qüvvədə olanqanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Tərəflər arasında bağlanılmış müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Həmin qaydaların 4-cü bənində əsasən istehlakçılar tərəfindən sayğaca və plomblara hər hansı bir müdaxilə edilməklə qazdan istifadə qaydalarının pozulmasına yol verilməsi aşkar edildikdə qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək və yuxarıda şərh olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh yaşadığı ünvanında yerləşən mənzildə təbii qazdan istifadə etsə də, qaz hesabında yaranmış qaz sərfiyyatı və akt əsasında yaranmış borcunu tam şəkildə ödəməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 718,30 manat borc, 49,70 (qırx doqquz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir (bank hesabları:ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************J). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217, 219-220, 227 və 233-cü maddələrin tələblərini rəhbər tutub məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh cəmi 718,30 manat borc, 49,70 (qırx doqquz) manat tutularaq İddiaçı (bank hesabları:ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************J) hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar