Məhkəmə qərarları › İş №2(075)-430/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-430/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-430/2021 01.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi Ağabalayev Səxavət Məmməd oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2212,42 manat məbləğində əsas kredit borcu, 354,89 manat məbləğində faiz borcu, 552,22 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3119,53 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmə iclasında göstərdi ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 29 avqust 2019-cu il tarixli, 007A********** nömrəli kredit müqaviləsinə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh2 aylıq faiz dərəcəsi 2,0883 faiz olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2500 məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədi ilə «İddiaçı” QSC ilə Cavabdeh1 arasında 29 avqust 2019 il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış kredit müqaviləsi və razılaşmaya əsasən Cavabdeh2 əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay hissə-hissə ödəməli idi. Həmin kredit müqaviləsinə əsasən borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə hər gecikdirilmiş gün üçün kredit qalığının 0,5 %-ə qədər cərimə pulu ödəyir. Zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 Cavabdeh2 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşımağı öz üzərinə götürmüşdür. Lakin, cavabdehlər müqavilə üzrə öhdəliklərinə vaxtında və lazımi qaydada əməl etməmişlər, kredit məbləğinin bir hissəsini banka geri qaytarmasına baxmayaraq həmin müqavilə üzrə 2212,42 manat məbləğində əsas kredit borcu, 354,89 manat məbləğində faiz borcu, 552,22 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3119,53 manat məbləğində krediti ödəməmişlər. Bu səbəbdən də bank hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianı müdafiə edir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 29 avqust 2019-cu il tarixli, 007A********** nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 aylıq faiz dərəcəsi 2,0883 faiz olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 2500 məbləğində kredit verilmişdir. Həmin razılaşmanın 4.2.3-cü bəndinə əsasən borcalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faiz məbləğində cərimə ödəyir. İşdə olan 29 avqust 2019 il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 Cavabdeh2 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyır. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 29 avqust 2019-cu il tarixli, 007A********** nömrəli kredit müqaviləsinə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh2 aylıq faiz dərəcəsi 2,0883 faiz olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2500 məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədi ilə «İddiaçı” QSC ilə Cavabdeh1 arasında 29 avqust 2019 il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış kredit müqaviləsi və razılaşmaya əsasən Cavabdeh2 əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay hissə-hissə ödəməli idi. Həmin kredit müqaviləsinə əsasən borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə hər gecikdirilmiş gün üçün kredit qalığının 0,1 faiz məbləğində cərimə pulu ödəyir. Zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 Cavabdeh2 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşımağı öz üzərinə götürmüşdür. Lakin, cavabdehlər müqavilə üzrə öhdəliklərinə vaxtında və lazımi qaydada əməl etməmişlər. Buna görə də İddiaçı QSC hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə məhkəmə iclasında iştirak etməmişlər və iddiaya qarşı hər hansı bir münasibət bildirməmişlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqavilələrində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlə «İddiaçı” QSC arasında bağlanmış zaminlik müqaviləsi əsasında zamin Cavabdeh1 bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. İddiaçı «İddiaçı” QSC tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək kredit məbləğinin Cavabdeh2 ödənilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən kredit və zaminlik müqavilələrinin şərtlərinə tam şəkildə əməl edilməmişlər. Bu səbəbdən də «İddiaçı” QSC ödənilməmiş kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tələb etməkdə haqlıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı «İddiaçı” QSC-nin cavabdehlərə qarşı hazırkı iddia tələbinin 552,22 manat cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Şərh edilənləri nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2212,42 manat məbləğində əsas kredit borcu, 354,89 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə olmaqla, cəmi 2617,31 manat məbləğində borc tutularaq iddiaçı «İddiaçı” QSC-nin hesabına ödənilməlidir. Tənasübsüz dərəcədə yüksək hesablandığından 552,22 manat cərimə tələbinin 502,22 manatına dair hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 30 manat dövlət rüsumu tutularaq iddiaçı «İddiaçı” QSC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 223 və 227.1-cı maddələrinin tələblərinə əsasən məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2212,42 manat məbləğində əsas kredit borcu, 354,89 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə olmaqla, cəmi 2617,31 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq «İddiaçı” QSC-nin hesabına ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən, surəti alındığı vaxtdan 1 (bir) ay müddətində Şəki rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-430/2021 01 mart 2021-ci il İddiaçı: İddiaçı QSC-nə (Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3, məhəllə 1033) Cavabdehlər: Cavabdeh2 (Şəki şəhəri, Yunuslar küçəsi ev 33) Cavabdeh1 (Şəki rayonu, Kiş kəndi) Şəki Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2 (075)-430/2021 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 02 vərəqə, 04 səhifə. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-430/2021 01 mart 2021-ci il Cavabdehlər: Cavabdeh2 (Şəki şəhəri, Yunuslar küçəsi ev 33) Cavabdeh1 (Şəki rayonu, Kiş kəndi) Şəki Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2 (075)-430/2021 saylı qətnaməsindən çıxarış məlumat üçün sizə göndərilir. Qoşma: 01 vərəqə Hakim Elçin Mehdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar