Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-752/2022 23.11.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X14 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şərur rayon Nikah Evinə qarşı “hüquqi əhəmiyyətli doğumun və qohumluq münasibəti faktının müəyyən olunmasına dair” ərizəsinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, doğum haqqında akt qeydiyyatı kitabında onun Fərzəliyeva (Əkbərova) Xoşqədəm Yadulla qızının doğum qeydiyyatının olmaması müəyyən edilməklə, onun xx.xx.1968-ci il tarixdə Şərur rayon Düdəngə kəndində doğulmağı faktının müəyyən edilməsinə, atasının X9, anasının X8 olmasının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində onun Ərizəçi xx.xx.1968-ci il tarixdə Şərur rayon Düdəngə kəndində anadan olduğunu, ona doğum şəhadətnaməsi verildiyini və həmin şəhadətnaməyə görə də digər sənədlərini aldığını, xx.xx.1986-cı il tarixdə Cəlilkənd kənd sakini X10 ilə nikaha daxil olduğundan soyadını ərinin soyadı ilə dəyişdirdiyini, sonradan ailə vəziyyəti ilə bağlı Türkiyə Respulikasına getdiyini, uzun müddətdir ki, orada yaşadığını, onun həyat yoldaşına Türkiyə Respublikasında müvəqqəti yaşamaq icazəsi verildiyini, bunun üçün ona verilən bir sıra güzəştlərdən onun da istifadə etməyi üçün sənədlər lazım olduğunu, sənədləri hazırlayan zaman ona doğum şəhadətnaməsini itirməyi məlum olduğunu, yenidən doğum şəhadətnaməsi almaq üçün Şərur rayon Nikah Evinə müraciət etdiyini, lakin müraciəti zamanı onun doğu haqqında heç bir qeydinin olmamasının ona məlum olduğunu, onun bu barədə Ədliyyə Nazirliyinin aidiyyatı üzrə qeydiyyat və vətəndaşlıq vəziyyəti bölməsinə müraciət etsə də onun doğumu barədə heç bir qeydin olmadığını ona bildirdiklərini, onun bu faktı başqa yolla həll edə bilmədiyindən məcbur qalıb məhkəməyə müraciət etdiyini, Naxçıvan MR Dövlət Arxivi İdarəsində saxlanılan 1972-1974-cü illərə aid təsərrüfatbaşına qeydiyyat kitabında onun X3 ailəsində doğulmağının öz əksini tapdığını, onunla bir sinifdə oxuyan X24 və X5 da onun X3 ailəsində doğulduğuna, onlarla birlikdə məktəbdə oxumağına şahidlik edə biləcəklərini qeyd edərək, doğum haqqında akt qeydiyyatı kitabında onun Fərzəliyeva (Əkbərova) Xoşqədəm Yadulla qızının doğum qeydiyyatının olmaması müəyyən edilməklə, onun xx.xx.1968-ci il tarixdə Şərur rayon Düdəngə kəndində doğulmağı faktının müəyyən edilməsinə, atasının X9, anasının X8 olmasının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmətdən ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Şərur rayon Qeydiyyat şöbəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X15 ifadəsində Ərizəçi ilə eyni kəndli olduğunu, Şərur rayon Düdəngə kəndində qonşu olduqlarını, 10 il eyni məktəbində sinif yoldaşı olduqlarını, ailəvi münasibətlərinin yaxşı olduğunu, Xoşqədəmin atasının X9, anasının isə X8 olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən Mehdiyev Həkimeldostu ifadəsində, onların qonşu kəndlərdə yaşadıqlarını, onun Cəlikəndində, Xoşqədəmin isə Düdəngə kəndində yaşadığını, Xoşqədəmin qardaşı Bünyat ilə uşaqlıqdan dost olduqları üçün onlara tez-tez gedib gəldiklərini, ailəvi münasibətlərinin çox yaxşı olduğunu, hər zaman bir-birilərinin xeyir-şər işlərində yaxından iştirak etdiklərini, Xoşqədəmin atasının X9, anasının isə X8 olduğunu bildirmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işdə olan digər sübutları qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 13/1373 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışda qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Cəlilkənd sovetliyi-Düdəngə kəndinin 1972-1974-cü illərə dair 8 № li təsərrüfatbaşına kitabında mərhum X9 ailə başçısı olmaqla aşağıdakı ailə üzvlərinin olduğu müəyyən edilmişdir: 1.X9-ailə başçısı-1933 2.X8-həyat yoldaşı-1943 3.X16 –oğlu-xx.xx.1966 4.X6–qızı-xx.xx.1968 5.X11-qızı-xx.xx.1972 - Şərur rayon Cəlilkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 86 nömrəli arayışından görünür ki, Ərizəçi Şərur rayon Dizə kəndində yaşayır; - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat şöbəsinin hüquqi şəxslər və vətəndaşlıq bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 14 nömrəli arayışında bildirilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı xx.xx.1968-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayo Düdəngə kəndində andan olmuş Fərzəliyeva (Əkbərova) Xoşqədəm Yadulla qızının doğumunun müəyyən edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin X2 Arxivi və “X2 avtomatlaşdırılmış elektron inofmasiya sistemi”nə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmışdır. Fərzəliyeva (Əkbərova) Xoşqədəm Yadulla qızının doğumu barədə “X2 avtomatlaşdırılmış elektron inofmasiya sistemində” və nazirliyin X2 Arxivində heç bir məlumat tapılmadı; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, nikah haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X9 ilə X7 arasında 09 iyul 1965-ci il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 36 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Əkbərova" soyadı verilmişdir; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, nikah haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X10 ilə X6 arasında 20 iyun 1986-cı il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 20 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Fərzəliyeva" soyadı verilmişdir; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ölüm haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X9 xx.xx.1990-cı il tarixdə Şərur şəhərində tənəffüs-ürək çatışmamazlığından vəfat etmişdir; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ölüm haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X8 xx.xx.2015-ci il tarixdə Şərur rayo Düdəngə kəndində beyinə qansızmadan vəfat etmişdir; - Şərur rayon Nikah evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 712 nömrəli arayışdan görünür ki, Ərizəçi doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq Vəziyyəti aktları” X1 Sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır; - Pasportun surətindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Ərizəçi xx.xx.2018-ci il tarixdə pasport verilmişdir; - Azərbaycan Respublikası şəxsiyyə vəsiqəsinin surətindən görünür ki, Ərizəçi şəxsiyyə vəsiqəsi verilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyi üçün yenidən şəhadətnamə almaq üçün Şərur rayon Nikah Evinə müraciət etmiş, lakin doğum haqqında akt qeydləri kitabında onun haqqında, eyni zamanda atası və anası barədə məlumat olmadığı üçün bundan imtina edilərək, məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə baxışı iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialında olan digər yazılı sübutlarla ilə müəyyən olundu ki, ərizəçi Fərzəliyeva (Əkərova) Xoşqədəm Yadulla qızı xx.xx.1968-ci il tarixdə Şərur rayon Düdəngə kəndində doğulmuş, atası X9, anası isə X4r. Ərizəçinin doğum akt qeydinin bərpası üçün bu faktların başqa qaydada müəyyən edilməsi mümkün olmadığından ərizəçi Fərzəliyeva (Əkərova) Xoşqədəm Yadulla qızının xx.xx.1968-ci il tarixdə Şərur rayon Düdəngə kəndində doğulması faktı məhkəmə qaydasında müəyyən edilməli, eyni zamanda doğum haqqında akt qeydləri kitabında ərizəçi Fərzəliyeva (Əkərova) Xoşqədəm Yadulla qızının ata qırafasında atasının X9, ana qırafasında anasının X8 olması barədə doğum akt qeydi bərpa olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarının müəyyən edilməsi barədə işlərə baxır; - 307.2.11-ci maddəsinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır; - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220-ci, 307,308, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçi Fərzəliyeva (Əkərova) Xoşqədəm Yadulla qızının xx.xx.1968-ci il tarixdə Şərur rayon Düdəngə kəndində doğulması faktı müəyyən edilsin. Şərur rayon Nikah Evində doğum haqqında akt qeydləri kitabında ərizəçi Fərzəliyeva (Əkərova) Xoşqədəm Yadulla qızının ata qırafasında atasının X9, ana qırafasında anasının X8 qeyd edilməklə doğum akt qeydi bərpa edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçi Fərzəliyeva (Əkərova) Xoşqədəm Yadulla qızına aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəkti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-752/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-752/2022
23.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver