Məhkəmə qərarları › İş №2(075)-546/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-546/2021

01.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-546/2021 01.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “2840 manat təbiətə vurulmuş ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ətraf mühitə vurulmuş 2840 (iki min səkkiz yüz qırx) manat məbləğində ziyanın Cavabdeh alınaraq X4 üzrə Dövlət Fondunun Bİ. Benefısiar (alan ) bank Adı: DXA Kodu:210005 VÖEN: ********** Müxbir hesab: AZ41NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ22 B2. Vəsaiti alan Adı: 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi HESAB N: AZ64CTRE******************** VÖEN: ********** D1. Ödənişin təyinatı və əsas D3. Büdcə təsnifat kodu: 142582 D4. Büdcə səviyyə kodu: 3 bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə Cavabdeh, X3 ilə birgə, Şəki şəhəri B.Vahabzadə küçəsinin qərbində, Kiş çayının sanitar mühafizə zonasından 36 ədəd köküstə yaş Qələmə Qovaq ağacını qanunsuz olaraq dib kökündən kəsmişdir. Həmin ağacların kəsilməsi nəticəsində ətraf mühitə 8080 (səkkiz min səksən) manat məbləğində ziyan vurulmuşdur. Nəticədə törədilmiş əməl cinayət məsuliyyətinə səbəb olmuş və Şəki rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(075)-26/2020 nömrəli hökmünə əsasən Cavabdeh 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cavabdeh müştərək olaraq vurulmuş ziyanın məhkəmə istintaqı dövründə 1000 (bir min) manat, sonradan isə 200 (iki yüz) manat məbləğini X4 üzrə Dövlət Fonduna ödənilməsini təmin etmişdir. Ödənilməyən 2840 (iki min səkkiz yüz qırx) manat məbləğində ziyanın isə ödənilməsi təmin etməmişdir. Hesab edir ki, vurulmuş ziyan qanuvericiliyə əsasən X4 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməlidir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, o, xx xxxxx 2020-ci il tarixdə X3 ilə birgə, Şəki şəhəri B.Vahabzadə küçəsinin qərbində, Kiş çayının sanitar mühafizə zonasından 36 ədəd köküstə yaş Qələmə Qovaq ağacını qanunsuz olaraq dib kökündən kəsmişdir. Həmin ağacların kəsilməsi nəticəsində ətraf mühitə 8080 (səkkiz min səksən) manat məbləğində ziyan vurulmuşdur. Nəticədə törədilmiş əməl cinayət məsuliyyətinə səbəb olmuş və Şəki rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(075)-26/2020 nömrəli hökmünə əsasən o, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. O, müştərək olaraq vurulmuş ziyanın məhkəmə hökmündən sonra 1000 manat və 200 manat məbləğini X4 üzrə Dövlət Fonduna ödənilməsini təmin etmişdir. Hazırda iddia üzrə tələb edilən məbləğ qalıq məbləğidir. Həmin məbləği qəbul edir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(075)-26/2020 saylı hökmünün məzmunundan görünür ki, Cavabdeh qəsdən X3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girmiş və qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan meşə fonduna daxil olmayan, dövlət mülkiyyətinə aid torpaq sahəsində olan ağacları qanunsuz olaraq kəsib külli miqdarda ziyan vurmaqla qanunsuz ağackəsmə cinayətini törətmişdir. Belə ki, o qəsdən, X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib "Yaşıllıqların Mühafizəsi" haqqında Azərbaycan Respublikası x xxx 2014-cu il tarixli qanunun 13-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 321 saylı xx xxxxxx 2016-ci il tarixli "Yaşıllıqların götürülməsi Qaydası"sı ilə müəyyən edilmiş əsaslar olmadan xx.xx.2019-cu il tarixdə saat 14:30 radələrində meşə fonduna daxil olmayan, Şəki şəhəri, B.Vahabzadə küçəsinin qərb hissəsində Kiş çayının sol sahilində yerləşən dövlət mülkiyyətinə aid torpaq sahəsində olan diametri 10 sm olan 1 ədəd 120 manat, hər biri 150 manat olmaqla diametri 14 sm olan 3 ədəd cəmi 450 manat, hər biri 150 manat olmaqla diametri 16 sm olan 3 ədəd cəmi 450 manat, hər biri 180 manat olmaqla diametri 18 sm olan 4 ədəd cəmi 720 manat, hər biri 180 manat olmaqla diametri 20 sm olan 3 ədəd cəmi 540 manat, hər biri 200 manat olmaqla diametri 22 sm olan 6 ədəd cəmi 1200 manat, hər biri 200 manat olmaqla diametri 24 sm olan 5 ədəd cəmi 1000 manat, hər biri 250 manat olmaqla diametri 26 sm olan 2 ədəd cəmi 500 manat, hər biri 250 manat olmaqla diametri 28 sm olan 2 ədəd cəmi 500 manat, hər biri 300 manat olmaqla diametri 30 sm olan 2 ədəd cəmi 600 manat, hər biri 350 manat olmaqla diametri 34 sm olan 2 ədəd cəmi 700 manat, hər biri 350 manat olmaqla diametri 36 sm olan 2 ədəd cəmi 700 manat, diametri 44 sm 1 ədəd 600 manat olan ümumilikdə 36 ədəd olan yaş köküstə qovaq ağaclarını kəsmələri nəticəsində təbiətə 8080 (səkkiz min səksən) manat məbləğində, yəni külli miqdarda ziyan vurmuşlar. İş materialına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(075)- 26/2020 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, maddi ziyanın ödənilməməsi, iş üzrə mülki iddianın olmamasının nəzərə alınması hökm edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi Cavabdeh məhkəmə iclasında iddiaçı təşkilata 2840 manat məbləğində maddi ziyan məbləğinin qalmasını etiraf edir. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, ətraf mühitə vurulmuş 2840 manat məbləğində ziyan Cavabdeh alınaraq X4 üzrə Dövlət Fondunun B1. Benefisiar (alan ) bank, Adı: DXA, Kodu:210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, B2. Vəsaiti alan, Adı: 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, HESAB N: AZ64CTRE********************, VÖEN: **********, D1. Ödənişin təyinatı və əsas, D3. Büdcə təsnifat kodu: 142582, D4. Büdcə səviyyə kodu: 3 bank hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin iddiası təmin olunaraq ətraf mühitə vurulmuş 2840 manat məbləğində ziyan Cavabdeh alınaraq X4 üzrə Dövlət Fondunun B1. Benefisiar (alan ) bank, Adı: DXA, Kodu:210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, B2. Vəsaiti alan, Adı: 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, HESAB N: AZ64CTRE********************, VÖEN: **********, D1. Ödənişin təyinatı və əsas, D3. Büdcə təsnifat kodu: 142582, D4. Büdcə səviyyə kodu: 3 bank hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar