Məhkəmə qərarları › İş №2(075)-551/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-551/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-551/2021 01.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi“ tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı «xxxx» ASC-nin xeyrinə xx xxxxxxx 2016-cı il tarixli kredit müqaviləs üzrə ödənilməmiş qalan 2044,15 manat əsas, 1264,65 manat faiz olmaqla, cəmi 3308,8 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiа ərizəsi məhkəmənin icrааtınа qəbul edilmiş, məhkəmə hаzırlıq iclаsı xx.xx.2021-ci il tarixdə keçirilmiş, mülki işin məhkəmə baxış iclası bu günə, yəni xx xxxxx 2021-ci il tаrixə sааt 10:30-a təyin edilmişdir. İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X1 xx xxxx 2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi üzrə işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. İşdə olan iş üzrə Cavabdeh ünvanına göndərilmiş məhkəmə bildirişinin olduğu SS710121461AZ nömrəli zərfin üzərinə edilmiş qeydiyyatdan görünür ki, Cavabdeh vəfat etmişdir. Həmçinin məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixdə verilmiş ölüm haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə Şəki rayonu, Bolludərə kəndində ölmüşdür. Göründüyü kimi Cavabdeh xx.xx.2018-ci il tarixdə vəfat etmiş və bu barədə xx.xx.2019-cu il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi“ tələbinə dair iddia ərizəsi isə xx.xx.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Belə olduğu halda iddia ərizəsi üzrə cavabdeh kimi qeyd edilən Cavabdeh məhkəmədə tərəf olarkən deyil, hələ belə status qazanmamışdan təxminən 2 il əvvəl vəfat etmişdir. Göründüyü kimi iddiaçı məhkəmədə artıq 2 il əvvəl ölmuş cavabdehə qarşı iddia qaldırmışdır. Halbuki, iddiaçı məhkəməyə müraciət etdiyi vaxtda cavabdeh artıq vəfat etmiş olmuşdur. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinin məzmununa görə isə mərhum Cavabdeh məhkəmə iclasında tərəf kimi iştirak edib, mülki işə baxılan zaman isə vəfat edərdisə və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərdisə məhkəmə cavabdehin hüquqi varisini müəyyən edərək işə cəlb etməlidir. Lakin hazırkı vəziyyətdə iddiaçı özü mərhum Cavabdeh hüquqi varisini aşkar edərək ona qarşı məhkəmədə iddia qaldırmaq hüququ vardır. MPM-nin 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası MM-nin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi“ tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilməlidir. İddiaçı «xxxx» ASC-nə izah edilməlidir ki, Cavabdeh hüquq varisini müəyyən edildikdən sonra ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.7, 263-264, 266- 268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi“ tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. İddiaçı «xxxx» ASC-nə Cavabdeh hüquq varisini müəyyən etməklə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar