Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-617/2023 28.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 4200 (dört min iki yüz) manat borc, Cavabdeh 2800 (iki min səkkiz yüz) manat borc, Cavabdeh 2300 (iki min üç yüz) manat borc olmaqla, ümumilikdə 9300 (doqquz min üç yüz) manat borcun və ödənilmiş 113 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi baradə qətnamə çıxarılması xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(075)-94/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi hər bir cavabdehə münasibətdə ayrıca icraata ayrılmış və Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə hazırkı mülki işə 2(075)-617/2023 nömrəsi verilmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərmişdir ki, o, 17 iyul 2020-ci il tarixində cavabdeh şəxs X2 1800 (min səkkiz yüz) manat məbləğində borc pul vermişdir. Həmin borc məbləğinin verilməsi ilə əlaqədar onunla Cavabdeh arasında Bakı şəhərində notarial qaydada təstiqlənmiş kredit müqavilsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh həmin borv məbləğini 17 may 2021-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Bildirmişdir ki, Cavabdeh 12 dekabr 2020-ci il tarixində ondan 500 (beş yüz) manat məbləğində pulu borc olaraq almışdır. Cavabdeh 500 manat borc məbləğini götürməsi ilə bağlı yazılı müqavilə yazmış, öz imzası ilə təsdiq etmişdir. Ümumilikdə isə cavabdehə 2300 (iki min üç yüz) manat məbləğində borc pul vermişdir. Cavabdeh şəxs qeyd olunan borc məbləğini 17 may 2021-ci il tarixinədək ona ödəyəcəyini bildirmişdir. Lakin bu günə qədər müxtəlif bəhanələr gətirərək ona olan borcunu ödəməmişdir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 17 iyul 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 1800 (min səkkiz yüz) manat məbləğində pulu borc olaraq vermiş və həmin borc məbləğini 17 may 2021-ci il tarixə kimi ödəməyi öhdəsinə götürmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 12 dekabr 2020-ci il tarixli əl yazma ilə yazılmış müqavilədən görünür ki, Cavabdeh İddiaçı 500 manat borc pul aldığını qeyt etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh pula ehtiyacı olduğu üçün İddiaçı 1800 (min səkkiz yüz) manat borc pul götürmüşdür. İddiaçı ilə cavabdeh arasında 1800 (min səkkiz yüz) manat borc pulun cavabdehə verilməsi ilə bağlı notarial qaydada təstiq olunmuş müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh götürdüyü borc məbləğini 17 may 2021-ci il tarixə kimi ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa Cavabdeh iddiaçıdan 500 (beş yüz) manat məbləğində borc pul almışdır. Bununla bağlı cavabdeh yazılı qəbz yazmış və öz imzası ilə təsdiqləmişdir. Cavabdeh aldığı borc məbləğlərini 17 may 2021-ci il tarixində qaytaracağı barədə söz versə də, borcunu qaytarmamışdır. Buna görə də məhkəmə iddiaçı ilə cavabdeh arasında bağlanmış 1800 (min səkkiz yüz) manat borc pulun cavabdehə verilməsi ilə bağlı notarial qaydada təstiq olunmuş müqaviləni və cavabdeh tərəfindən iddiaçıya 500 manat pulun alınması barədə yazmış olduğu qəbzi mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Buna görə də onlar arasındakı münasibətlərə pul müqaviləsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (pul verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (pul alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (pul alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində pul verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul pul verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, pul müqaviləsi yazılı formada bağlanmalıdır. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh cəmi 2300 (iki min üç yüz) manat pul və 43 (qırx üç) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh cəmi 2300 (iki min üç yüz) manat pul və 43 (qırx üç) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-617/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-617/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver