Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-625/2021 15.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqları xx xxxx 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün ödənilməli olan alimentin miqdarının artırılaraq, hər ay 200 manat miqdarında, alimentin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-352/2016 saylı qətnaməsi ilə Cavabdeh ilə onun arasında xx xxxxxxxx 2013-cü il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış 419 nömrəli nikah pozulması, birgə nikahdan olan uşağı-xx xxxx 2014-cü il təvəllüdlü X3 anası onun yanında qalması, xx xxxx 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh hər ay sabit pul məbləğində 80 manat aliment tutularaq ona verilməsi qət edilmişdir. 2017-ci ildə o, aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(075)-2836/2017 saylı qətnaməsi ilə Cavabdeh hər ay 110 (yüz on) manat aliment tutularaq xx xxxx 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi qət edilmişdir. Həmçinin Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-737/2019 saylı qətnaməsi ilə aliment məbləği artırılaraq xx xxxx 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Göstərmişdir ki, 130 manat aliment məbləği indiki zamana görə çox azdır, uşağa baxmaq üçün kifayət etmir. Günü-gündən övladının təlabatı artır. Belə ki, uşaq normal qaydada yeməli, müalicə olunmalı, ona pal-paltar alınmalı, təhsili və uşağın dünya görüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Bu il əvvəlki illərə nisbətən hər şeyin qiyməti qalxmışdır. Eyni zamanda uşaq yeddinci sinifdə oxuyur, 4 fənn üzrə hazırlığa gedir. Hər ay hər fənn üzrə 50 manat, cəmi 200 manat pul ödəyir. İstəyir ki, onun uşağı yaxşı oxusun, keyfiyyətli təhsil alsın. O, “xxxx” ASC-də işləyir və aylıq maaşı 420 manat təşkil edir. Cavabdehin ikinci dəfə ailə qurmasından xəbəri var, lakin onun həmin nikahdan övladının olmasından xəbəri yoxdur. Həmçinin göstərmişdir ki, cavabdehin maddi vəziyyətində hər hansı müsbət dəyişikliyin də oloması barədə onda hər hansı məlumat və ya sübut yoxdur. Uşağın qayğısına qalmaq, təlim-tərbiyəsi ilə məşğul olmaq, uşağa baxmaq valideynlərin borcudur. Buna görə də məhkəmə qətnaməsi ilə ödənilməli olan alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 izahat verərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-352/2016 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx xxxxxxxx 2013-cü il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış 419 nömrəli nikah pozulmuş, xx xxxx 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 80 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(075)-2836/2017 saylı qətnaməsi ilə Cavabdeh hər ay 110 (yüz on) manat aliment tutularaq xx xxxx 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-737/2019 saylı qətnaməsi ilə xx xxxx 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Göstərmişdir ki, Cavabdeh hazırda başqa şəxslə nikaha girmiş və alimentin miqdarı sonuncu dəfə artırıldıqdan təxminən 7 ay sonra, yəni xx.xx.2019-cu il tarixdə X6 adlı uşağı dünyaya gəlmişdir. Sonuncu aliment artırılmasından sonra Cavabdeh maddi vəziyyətndə hər hansı artım olmamış, əksinə onun 1 uşağı daha dünyaya gəlmiş və həmin uşaq da onun himayəsində və öhdəsindədir. Övladı Fərid 130 manat alimenti çətinliklə ödəyir və onun hazırda 500 manat aliment borcu vardır. Hesab edir ki, təyin edilmiş aliment miqdarı uşağın saxlanılması üçün kifayət qədərdir. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-352/2016 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxxxx 2013-cü il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış 419 nömrəli nikah pozulması, birgə nikahdan olan uşağı-xx xxxx 2014-cü il təvəllüdlü X3 anası İddiaçı yanında qalması, xx xxxx 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 80 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(075)-2836/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh hər ay 110 (yüz on) manat aliment tutularaq xx xxxx 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-737/2019 nömrəli qətnaməsindən görünür ki, xx xxxx 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay üçün sabit pul məbləğində 130 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan AZ-İV 348404 seriya nömrəli doğum haqqında şəhaadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası isə X1r. İşdə olan vahid məhkəmə portalından xx.xx.2021-ci il tarixdə çıxarılmış vətəndaş haqqında məlumatdan görünür ki, İddiaçı “xxxx” ASC-də kargüzar vəzifəsində işləyir və əmək haqqısı 420 manat təşkil edir. Cavabdeh “Fərid-İnşaat” firmasında elektrik mantyoru vəzifəsində işləyir və əmək haqqısı 300 manat təşkil edir. Mülki proses tərəflərinin izahatlarını dinləyib, işdə mövcud olan sənədləri araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Belə ki, aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, aliment miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs aliment miqdarının artırılmasını tələb edə bilər. Məhkəmə tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimentin miqdarını dəyişməyə və yaxud aliment ödəyən şəxsi onu ödəməkdən azad edə bilər. Həmin məsələ məhkəmədə müzakirə edildikdə, buna əsas olan halın daimi xarakter daşıyıb-daşımaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. xx xxxxxx 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh əvvəllər ailəli olmuş və onların birgə nikahlarından xx xxxx 2014-cü il təvəllüdlü X7 adında uşaqları doğulmuşdur. Sonradan onlar arasındakı nikah pozulmuş və hal-hazırda hər uşaq ananın himayəsindədir. Cavabdeh həmin uşağa görə iddiaçıya məhkəmənin xx xxxx 2019-cu il tarixli, 2(075)-737/2019 nömrəli qətnaməsi üzrə hər ay 130 manat aliment ödəyir. Lakin cavabdeh sonradan ikinci dəfə rəsmi nikaha daxil olmuş və həmin nikahdan da X6 adlı əlavə bir uşağı da anadan olmuşdur. Göründüyü kimi cavabdehin maddi vəziyyətində müsbət hər hansı dəyişiklik baş verməmiş, versə də iddiaçı məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Əksinə cavabdehin ikinci nikahdan da bir uşağının olması onu nisbətən daha məsuliyyətli duruma salmışdır. Beləliklə də cavabdehin himayəsində hal-hazırda 2 uşağı vardır. İddiaçı iddianın təmin, cavabdehin nümayəndəsi isə cavabdehin ikinci dəfə ailə qurmasını və həmin nikahdan da 1 uşağının olmasını, həmçinin iddiaçının özünün də işləyərək gəlir əldə etməsini nəzərə araq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, cavabdehn ikinci nikahdan da 1 uşağının olmasını, maddi vəziyyətinin yaxşı olmamasını, iddiaçının özünün də işləyərək gəlir əldə etməsini, sonuncu dəfə alimentin qət edilməsindən sonra iddiaçı tərəfindən cavabdehin qazancında müsbət dəyişikliyin baş verməsi barədə məhkəməyə heç bir sübutun təqdim edilməməsini, iddiaçının əsas gətirdiyi dəlilləri nəzərə alaraq məhkəmə iddianı əsaslı hesab etmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh uşaqları xx xxxx 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün ödənilməli olan alimentin miqdarının artırılaraq, hər ay 200 manat miqdarında, alimentin xeyrimə tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddiaçı Cavabdeh uşaqları xx xxxx 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün ödənilməli olan alimentin miqdarının artırılaraq, hər ay 200 manat miqdarında, alimentin xeyrimə tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-625/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-625/2021
15.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver