Məhkəmə qərarları › İş №2(075)-629/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-629/2021

14.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-629/2021 14.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2016-cı il təvəllüdlü X5 və xx xxxxxx 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün təyin edilmiş aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxxxx 2015-ci il tarixdə ailə qurmuşdur. Cavabdehlə birgə nikahlarından xx xxxxxx 2016-cı il təvəllüdlü X5 və xx xxxxxx 2016-cı il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 2(075)-440/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan uşaqlar onun yanında saxlanılmış, onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 120 manat olmaqla, 240 manat alimentin Cavabdeh tutulub ona verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən alimentin müəyyən edilməsindən ötən müddət ərzində onun himayəsində olan uşağın tələbatları artmışdır. O isə təkbaşına himayəsində olan uşaqların tələbatlarını ödəyə bilmir. Cavabdeh da bir ata kimi uşağın zəruri tələbatlarının ödənilməsinə köməklik etməlidir. Məhkəmə tərəfindən təyin olunan alimentlə uşağın çox cüzi bir tələbatlarının ödənilməsi mümkündür. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh xx xxxxxxxx 2015-ci il tarixdə ailə qurmuş, xx xxxxxx 2016-cı il təvəllüdlü X5 və xx xxxxxx 2016-cı il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 2(075)-440/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan olan uşaqlar iddiaçının yanında saxlanılmaqla, onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 120 manat olmaqla, 240 manat alimentin Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. İddiaçı həmin aliment məbləği ilə X5 və X2 tələbatlarının ödənilməsinin mümkünsüz olması və uşaqların tələbatlarının artmasını ilə əsaslandırmışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-440/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, xx xxxxxx 2016-cı il təvəllüdlü X5 və xx xxxxxx 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 120 manat olmaqla, 240 manat alimentin Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, xx xxxxxx 2016-cı il təvəllüdlü X5 və xx xxxxxx 2016-cı il təvəllüdlü X2 ataları Cavabdeh, anaları isə İddiaçıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 2(075)-440/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxxxx 2016-cı il təvəllüdlü X5 və xx xxxxxx 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2016-cı il təvəllüdlü X5 və xx xxxxxx 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 2(075)-440/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla, 260 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxx 2016-cı il təvəllüdlü X5 və xx xxxxxx 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat olmaqla, 260 (iki yüz altmış) manat aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar